03 fev 13:04Yazar

Yaşa, yaşa, çox yaşa!

“Qanlı düşmən bizi qorxudur ki, ürəyimiz alçaq itaətə vərdiş eləsin. Əzmimiz qırılsın, iradəmiz şikəst olsun. Ruhumuza qaranlıq çöksün”.
Nədənsə KİVDF-nin “Futbol+”ə maliyyə dəstəyini kəsməsindən sonra “Babək” filmində səslənən bu fikirlər beynimdə canlandı. Onsuz da ilk devalvasiyadan sonra çap mediasının vəziyyəti ağırlaşmışdı. İldən-ilə də durum daha da acınacaqlı hal alırdı. Sonuncu addım isə bardağı daşıran damla oldu. Ancaq “Futbol+”in ac günü çox olan, amma ümidsiz günü olmayan Babək kimi nikbin, sabaha inamlı, prinsipial baş redaktoru Mahir Rüstəmli varsa, ona zaval yoxdu...
Etiraf edim ki, qəzetdən ayrılandan sonra bir neçə dəfə köşə yazısı qələmə almaq istəmişəm. Qurban Qurbanov istefaya göndəriləndə də, kişi voleybolçularımız son anda Avropa çempionatına vəsiqəni əldən verəndə də, basketbolçularımız etiraz aksiyası keçirəndə də. Ancaq səbrimi basıb, təmkinimi qorumuşam. Düşünmüşəm ki, hansısa federasiyanın mətbuat katibi kimi başqa federasiyaya qulp qoşmaq, onu tənqid etmək ən azı etik meyarlara sığmaz. Bu, kənardan da yaxşı görünməz. Amma 8 ilə yaxın çalışdığım “Futbol+”in məlum çətinliklə üzləşməsi fonunda ürəyimdən keçənləri qəzetin oxucularına çatdırmağı özümə borc bildim.
Mən həmişə sevimli qəzetimlə bağlı xoş xəyallar qurmuşam. Xarici nəşrlərdə olduğu kimi, bütün səhifələrin rəngli olmasını arzulamışam. “Futbol+”in reklamının TV və radiolarda getməsini və daha da qol-budaq atmasını diləmişəm. Ancaq zalım fələk xəyallarımı puç etdi. Əksinə, qəzetin olan-qalan rəngli səhifələri də ağ-qara oldu. Ardınca ixtisarlar və s.
Bütün çətinliklərə baxmayaraq, sevimli qəzetimiz ayaqda qalmağı bacarıb. Mahir Rüstəmli və onun “fədailər ordusu” (oxu: kollektivi) idman brendimizin məhv olmasına izin verməyib. Fikrimcə, belə də davam edəcək, etməlidi!
Həqiqətən bu gün Azərbaycanda qəzetə münasibət çox dəyişib. Bir ölkənin vətəndaşı, köşkə qəzet yox, siqaret, saqqız, su almaq üçün üz tutursa, köşkün satıcısı yeni gələn qəzetləri vitrinə qoymağa həvəs göstərmirsə, bu, bir xalqın faciəsidi. Belə vəziyyətdə qəzeti yaşatmaq əsl qəhrəmanlıqdı. Bunun üçün məhz Mahir bəy, qəzetin sahibi Vüqar bəy kimi fədakar olmalısan. Reklam bazarı demək olar ki, yoxdu, bu azmış kimi dövlət dəstəyi də getdi işinin dalınca.
Bəs nə etməli? Yeganə çıxış yolu, son ümid yeri oxucu marağıdı. Son iki gündə “feysbuk”da “Futbol+”ə dəstək kampaniyası geniş yayılıb. Bundan qürur duymamaq, təsirlənməmək əldə deyil. Hamı çıxış yolunu qəzetin daha çox satılmasında görür. Bəli, mövcud şərtlər altında alternativ variant yoxdu. Bu gün sabiq “Futbol+”çilər başda olmaqla, futbol ictimaiyyətinin hər bir üzvü - futbolçusu, məşqçisi, AFFA rəsmisi, azarkeşi bu dəstək kampaniyasına qoşulmalıdı. Sadəcə, hərə bir qəzet alsın, yetər. Onsuz da futbolumuz simasını, rəngini çoxdan itirib. Heç olmasa, idman mətbuatı rəngsizləşməsin. “Futbol+” həqiqətən böyük dəyərdi. Bir dəfə də dəyərimizin qədrini onu itirməmiş bilək...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar