03 fev 12:57Yazar

Keçmişə tüpürənlər

Həyatın qanunu belədi. Bir gün gəlib, bir gün gedirsən. Vaxtilə biz uşaq olanda onlar gənc idilər, sonra biz gənclik illərinə qədəm qoyduq, onlar yaşlandılar. İndi biz yaşlanırıq, onlar isə işıqlı dünyanı haqq dünyasına dəyişirlər. Və beləcə itir-itirə gedirik. Xəstəlik ucbatından, yaxud yaşa dolma səbəbindən – fərqi yoxdu. Fakt, bizləri tərk edirlər.
2014-də Ələkbər Məmmədovu torpağa basdırdıq, bir ildən sonra Mübariz Zeynalov vaxtilə can deyib, can eşitdiyi dostunun yanına yollandı. 2016 Valeri Hacıyev üçün son oldu. 2018-in martında Böyükağa Hacıyevi uzun sürən xəstəlikdən sonra məzara qoyduq. 2019-un birinci ayında isə Adil Nadirov dünyadan köçdü.
Həqiqətən də ağrılı mənzərədi. Dünənə kimi zəng vurub açıqlama aldığımız, üzbəüz görəndə əl sıxıb görüşdüyümüz futbol adamlarını bir-bir yola salırıq. Günlərin birində biz də cismimizi götürüb o cür gedəcəyik. Səssiz-səmirsiz. Heç nə olmamış kimi. Bu dünyada qalan yalnız xoş xatirələr və əməllərimiz olacaq. Təəssüf ki, bu da hər adama şamil olmur.
Cümə axşamı telefon əlaqəsi qurduğum Adil Nadirovun bazar ertəsi ölüm xəbərini eşitmək məni sözün əsl mənasında şok etdi. Axı o “Qarabağ” – “Neftçi” derbisini gözləyirdi. Oyunda heç-heçənin qeydə alınacağına dair proqnoz vermişdi. “Futbol+”in redaksiyasına gəlib, dərdini bölüşəcəkdi, həmişə olduğu kimi “Qarabağ” və Ağdamla bağlı xatirələrini danışacaqdı. Qismət olmadı.
Ağdamlı futbolsevərlərin könlündə taxt quran Adil əmi “Qarabağ”ın yaşaması üçün hər şeyindən keçənlərdən biri, bəlkə də birincisi olub. Çətin dönəmlərdə qapılar döyüb, altındakı maşını satıb futbolçuların maaşını paylayıb, hər çətinliyə sinə gərib, təki “Qarabağ” yaşasın. Və əminliklə deyə bilərəm ki, “köhlən atlar”ın bugünkü uğurlarında əsas pay sahiblərindən biridi. Ata-ana övladı böyüyür, hansısa sənətə yiyələnməsinə çalışır. Günlərin birində övladın əli çörəyə çatır və buna görə ən çətin günlərində ona dayaq olan valideynləri qarşısında baş əyir. Nadirov da “Qarabağ”ın uşaqlığında ona ata olub, əlindən tutub böyüdüb, çörəyə çatdırıb. Həmin “Qarabağ” artıq özünə gün ağlayıb, böyüyüb, müəyyən yaşa çatıb. Elə buna görə də uğurlarda pay sahibi olanların hər birini rəhmətliyin ruhu qarşısında baş əyməlidi.
Tək “Qarabağ”lılar yox, elə futbola rəhbərlik edənlər də. Yəni AFFA-da oturanlar, bu komandanın beynəlxalq arenalardakı uğurlarını öz adlarına yazanlar. Ən pis halda baxıb fəxr edənlər. Amma nə yazıq ki, ölkə futboluna cavabdehlik daşıyanlardan heç biri vaxt ayırıb, canına əziyyət verib mərhumun üç mərasiminə getmədi. Bir-iki saatlıq vaxtlarını Adil Nadirova çox gördülər. Qurum rəsmisi Firuz Abdulla məsələylə bağlı qəzetimizə açıqlamasında AFFA-da oturanların işlərinin çoxluğunu əsas gətirib. Deyək ki, Rövnəq Abdullayevlə Elxan Məmmədovun vaxtı yoxdu. Bəs başqaları? İstəsəydilər, maraqlı olsaydı, assosiasiyada oturanların arasında üç yox, lap beş nəfər tapıb yasa göndərərdilər. İstəmədilər, həvəs göstərmədilər. Çünki onlara nə Adil Nadirov lazımdı, nə də keçmiş. Bu gün-sabahla yaşayan insanlardı.
Karambö, Pires, Arda Bakıya gələndə qabaqlarına qaçıb üzlərinə gülmək, şəkil çəkdirmək, saatlarla söhbət etməyə vaxt tapılır. Bu ölkədən vurub o ölkədən çıxmağa zaman ayrılır. Amma söhbət “Qarabağ”ı yaradan və yaşadan kişi kimi kişinin yasına gələndə, adamlar məşğul olur. Təki işiniz avand olsun, xeyir-şərə zaman tapmayasız. Bir gün siz də öləcəksiz və etdikləriniz bumeranq olub özünüzə qayıdacaq. Nə vaxt tapıb yasınıza gələn olacaq, nə də ruhunuza salavat çevirən. Hələ ki başınızı pullarla qatıb, ölkə futbolunun keçmişinə tüpürməkdə olun...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar