30 yan 16:28Yazar

Xatirə dolu görüş yeri

Şənbə günü premyer-liqamız qaldığı yerdən davam edəcək. Hər nə qədər rəqabətdən yoxsul, maraqsız olsa da və boş tribunalar önündə keçirilsə də, çempionatımız üçün darıxdığımızı deməliyik. Məşhur şeirin misralarını bir az dəyişdirib, onu bizim premyer-liqanın şərəfinə bu cür səsləndirmək də mümkündü: “Orda bir çempionat var uzaqda, tribunası boş, marağı az osla da, o bizim çempionatımızdı...” Yada satmarıq, yerə də atmarıq. Olanımız budusa, ona da sahib çıxmalıyıq. Başqa yolumuz, seçim imkanımız da yoxdu.
Desəm ki, darıxmamışam, yalan söyləmiş olaram. Düzdü, əvvəlki kimi həyəcan keçirmir, qarşılaşmaların başlamasını səbirsizliklə gözləmir, tez-tez stadionlara getmirəm. Bunun da müxtəlif səbəbləri var. Bəzisi obyektivdi, bəzisi də subyektiv. Əvvəlki illərdə şəxsən mən bir turun azı üç qarşılaşmasını bilavasitə stadiondan izləyər, mətbuat konfranslarına qatılar, məşqçiləri sorğu-sual etməmiş ordan ayrılmazdım. Dəfələrlə olub ki, hansısa yerli, yaxud da əcnəbi məşqçi konfrans salonuna daxil olan kimi məni görüb, üz-gözünü turşudub. Bəziləri isə sualımı eşidəndə dərin fikrə dalıb, cavab vermək üçün xeyli düşünməli olub. Yaxşı günlər var idi. Salyandan vurar, Mərdəkandan çıxardım. Sumqayıtda başlayan tur ya Respublika stadionunda, ya da Lənkəranda bitərdi. Getdi o günlər. Bir daha geri gəlib-gəlməyəcəyini deməyə çətinlik çəkirəm. Bir az yaş əvvəlki deyil, şəxsi qayğılarım çoxalıb. Bir az da premyer-liqanın dadı-duzu qalmayıb, eyni ələ baxan beş klubun mübarizəsi və paytaxtın açıq birinciliyinə bənzəyən yarışı istidə-soyuqda tribunadan izləmək üçün özündə güc tapmaq asan deyil.
Ötən müddət ərzində dəyişən təkcə mənim yaşımla klublar arasındakı rəqabət olmayıb. 12 klubun yarışdığı Azərbaycan çempionatında çox yox, 4-5 il əvvəl əməlli-başlı nəfəskəsən mübarizə, rəqabət vardi. Hanı Kaxaber Tsxadadze, hanı Mirça Rednik, hanı Qyoko Hacievski, hanı Bülənt Korkmaz, hanı... Nə özləri var, nə də onların çalışdırdıqları iddialı və zəngin Azərbaycan klubları. O milyonçu klubların, adlı-sanlı məşqçilərin, tribunadakı dava-dalaşın yerini indi kimlər tutub? Həmin vaxt qızıl medallar uğrunda azı beş komanda rəqabət aparırdı. Həmin komandalar da bir-biri ilə yarışa girir, transferlərin də qiymət yüksəlirdi, hakimlərin də. Bəli, təəccüblənməyin. Azərbaycan futbolunun belə günləri də var idi. Məgər sizli-bizli meydanda qarşılaşan komandaların hər iksindən gizlincə pul alan, 90 dəqiqənin bitimində uduzan tərəfin pulunu geri göndərən hakimin kimliyini bilmirik? Onun işi “tutar qatıq, tutmaz ayran” məsəlində olduğu kimi idi. Bilirdi ki, tərəflərdən biri sevinəcək, o biri də üzüləcək. Belədə asan qazancı əldən buraxmamaq üçün hər iki komanda ilə sövdələşməyə getmiş, nəmərini nəğd almışdı. Elə bu səbəbdən idi ki, AFFA ilə PFL rüşvətə qarşı mübarizəni gücləndirməyə, təyinatları gizli saxlamağa məcbur olmuşdu. Hər turdan öncə hakimləri 3-4 gün cəmiyyətdən təcrid edib, paytaxtdakı otellərdən birində gizlədərdilər. Rüşvət alanın, əlini və fitini əyrilikdən qoruya bilməyənlərin üzünə isə hakimliyin qapıları birdəfəlik bağlanırdı. İndi bizə gülməli gəlsə də, Azərbaycan hakimliyi çirkabdan məhz bu cür üsullarla təmizləndi, sağlam gənc nəsil yetişdirildi. Hazırkı çempionatımızda ürəkaçan, üzümüzü güldürən azsaylı məqamlardan biri də məhz elə hakimliyin səviyyəsidi. Təki bundan sonra mənfiyə doğru dəyişiklik müşahidə etməyək.
Mövsümün 3-cü dövrəsinin startını bədbin notlarla başlamaq istəmirəm. Ona görə də bütün mənfi halları bir tərəfə qoyuram. Gələcəyə nikbin baxmalı, Azərbaycan futbolunun inkişafı üçün əlimizdən nə gəlirsə, onu da etməliyik. Meydandakı futbolçu da, tribunadakı azarkeş də, əlində qələm olan jurnalist də. Hamımız səbrizliklə 15-ci turun açılış oyununu gözləyək və çalışaq ki, mövsümün qalan turları azarkeşlərin zövqünü oxşasın, premyer-liqanın səviyyəsi yüksəlsin. Klublarımız hamısı ölkə xaricində hazırlıq keçib, Antalyada həm yaxşıca dincəlmək, həm də mövsümün həlledici mərhələsinə hazırlaşmaq imkanı qazanıblar. Bu turu əlamətdar edən məqam, sözsüz ki, “Qarabağ” – “Neftçi” qarşılaşması olacaq. Çempionluğa ən real namizəd sayılan iki komandanın görüşü bir neçə baxımdan maraqlı olacaq. Qış fasiləsinə elə də nikbin notlarla yollana bilməyən, əsas rəqiblə xal fərqinin azalmasına imkan verən “Neftçi” çempionluq iddialarının nə qədər ciddi olduğunu göstərməlidi. “Qarabağ” Avropa Liqasının, Qurban Qurbanov isə yığmanın ağır yükündən qurtulub. Deməli, “köhlən atlar” daxili çempionata bütün diqqətini yönəldib və çempionluq yolundakı ilk ciddi addımı elə “Neftçi” ilə oyunda atmalıdı.
Qarşılaşmanın Tofiq Bəhramovun adını daşıyan Respublika stadionuna salınması da bu oyuna olan marağı artırır. Bəli, hava soyuqdu. Bu soyuqda 90 dəqiqə açıq havada dayanmaq, futbola baxmaq o qədər də asan deyil. Amma komandaların baxımlı oyunla bizi isidəcəyinə, vaxtın necə gəlib keçdiyini hiss etməyəcəyimizə inanmağa dəyər. Respublika stadionu futbolla bağlı xatirələrimizdə böyük yer tutur. O xatirələrin üzərinə daha birini də əlavə etməyə dəyər. Elə mən özüm də orda olacam. Görüş yerinə indidən hazırlaşın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu Bu gün, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar