27 yan 16:27Yazar

Peşəkar futbolçuya qayda öyrədənlərin ölkəsi

Mehman Hüseynovla bağlı olaylar ölkənin gündəmini elə qatdı ki, nəinki dekabrın 8-dən başsız qalan yığma, bəlkə heç futbol özü artıq kimsənin vecinə deyil. Amma cəmi bir həftədən sonra çempionat oyunları qaldığı yerdən davam edəcək, martda isə artıq yığmanın yeni sərgüzəştləri başlayacaq. Leysan, yağış Azərbaycan klublarının planlarını pozsa da, çoxu özünü sındırmadı, çətinliklə tapdıqları rəqiblərlə oyunlarda guya yeni futbolçuları və yeni taktiki sxemləri sınaqdan keçirdilər. İnanan daşa dönsün, mən ölü, siz diri, nə dərəcədə gücləndiklərini tezliklə özünüz də görəcəksiz.
Klubların hamılıqla vətəndən ayrılmasında, yanvarı Antalyada keçirməsində, açığı, mən həm də bir qəribə mistika görürəm. Onsuz da futbol camiəsi ictimaiyyətin başqa təbəqələrindən ayrıdı: həm maliyyə imkanlarına, həm də dünyagörüşünə görə. Sadəcə, yanvar bu ayrılığı bir qədər də dərinləşdirdi. Cismən də bizdən qopdular. Getdilər, hazırlaşdılar, oynadılar, gəldilər. PFL sağ olsun, prodakşn rolunu oynayıb, bəzi oyunları “yutub” kanalında millətə göstərdi, yoxsa ayrılıq və həsrət notları bizləri şairə çevirəcəkdi. Yeri gəlmişkən, böyük əksəriyyətdən fərqli PFL-in addımına ironiya ilə baxıram. Məncə, Azərbaycan yeganə ölkədi ki, burda çempionat və kubok oyunlarının təşkilinə görə cavabdehlik daşıyan qurum həm də lazım gələndə telekanala çevrilib, oyunları translyasiya edir. Necə deyərlər, yanlış da bir naxışdı.
Hərçənd Frits Stuxlikin bəzi addımları və hərəkətləri fonunda Ramin Musayevin prodüsserliyi toya getməlidi. Xaqani Məmmədov kimi, yeni hakimbaşı da vaxtaşırı klubların düşərgəsinə baş çəkir, peşəkar futbolçulara oyun və meydandakı davranış qaydalarını anladır. Bu addım o dərəcədə gülməlidi ki, məsələn, eyni məntiqlə yanaşsaq, adamlara ilin bütün fəsillərində ayaqqabı geyməyin və ya şalvarın, yubkanın altında alt paltarı daşımağın da zəruriliyini çatdırmaq lazımdı. Alt paltarı demişkən... Son vaxtlar futbolumuzda bu yöndə də tez-tez problemlər yaranır. Hakimlər futbolçuları paltardəyişmə otağına göndərirlər ki, tumanla alt paltarının rəngi bir-birini tamamlasın, ziddiyyət yaradıb, seyrçilərin estetik zövqünü korlamasın.
Ah, estetika, estetika... Vidadi Rzayev səni ovladığı dovşanın dərisində, Ağasəlim Mircavadov bu yaşda baş vurduğu hovuzun dibində axtarır. Və estetik-romantik silkələnmə adamlara necə təsir edirsə, biri ölkə çempionatına baxmağı özünə artıq iş sayır, o biri Milan adında yalnız komanda tanıdığını (Obradoviç haqda sualın cavabında...) deyir. Normal futbol ölkələrində belə cavaba görə adamı məsxərəyə qoyardılar. Əlbəttə, normal ölkələrdə... Azərbaycan bu təyinə uyğun gəlirmi? Burda qazandığı pulu hələ də xərcləyib qurtara bilməyən Berti Foqts tapılsaydı, bu suala daha dolğun cavab verərdi. Amma özünüz də bu yöndə düşünüb, hansısa həqiqətlərə çata bilərsiz.
Dağdan vurub, arandan çıxdım. Süjetini əvvəlcədən qurmadığım bütün yazılar elə belə alınır. Yoxsa Antalya hara, Berti Foqts hara? Düzdü, Antalya ona da yad deyil. Səhv etmirəmsə, yığma ilə tanışlıq mərasimi elə bu şəhərdə baş tutmuşdu. Gəlin, onun da əvəzinə dua edək ki, Allah tezliklə Rövnəq Abdullayevlə Elxan Məmmədovun yolunun üstünə bir halal süd əmmiş avropalı (?!) çıxarsın, onların da canı dincəlsin, bizim də, yığmanın da. Hə, dualarınızı əskik etməyin...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Bu gün, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Bu gün, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Bu gün, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Bu gün, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Bu gün, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Bu gün, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar