18 mar 11:35Yazar

Ağlamalı riyaziyyat

Vacib giriş: “Qadın futbolçuların sayının artırılması – 2010-11-ci illərlə müqayisədə 445 faiz artım” - Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədlik broşürünün NƏTİCƏ bölümündən seçmə.
Müəllifin etirafı: Bu yazını qələmə almağıma AFFA-nın baş katibinin məlum broşüründən həmin hissə səbəb oldu. Oxudum və valeh oldum. Qərara gəldim ki, “445 faizlik artım”ın şərəfinə mütləq bir yazı həsr etməliyəm.
Və başlayırıq: Mən özüm kənddə böyümüşəm, dostlar. Xüsusilə sovetlər birliyinin süquta uğramağa, kənd təsərrüfatının tənəzzülə getməyə başladığı, kolxozların formal və statistik quruma çevrildiyi dövrdə bizim kəndimizə Bakıdan tez-tez çəkiliş qrupları gəlirdi. Dərhal da bütün kəndə səs yayılardı, bizim real həyatda hər gün gördüyümüz briqadirlərin, kolxoz sədrinin, aqronomun, ferma müdirlərinin kamera qarşısına keçməsini, kolxozumuzun inkişafından danışmasını maraqla və fəxrlə seyr edirdik. Çəkiliş bitəndən sonra dərhal da elan olunurdu ki, kəndimizi filan axşam “Kənd saatı” verlişində, yaxud da “Torpaq” proqramında göstərəcəklər. Bu elandan sonra ürəyimiz rahatlayardı. Biz pambığın alağını təmizləməyə gedərdik, onlar isə Bakı – Astara magistralının kənarındakı kabab iyi gələn restoranların birinə. Bəs necə? Gərgin keçən çəkiliş prosesindən sonra toqqanın altını yaxşıca bərkitmək, adama əlli-əlli vurub, kolxozumuzun şəninə sağlıqlar demək vacib idi axı...
Ömründə bir kitabın üzünü açmayan, iki cümləni düzüb-qoşa bilməyən adamlar həmin qara rəngli kameranın önündə elə qırmızı-qırmızı yalanlar danışardılar ki. Kolxozumuzun pambıq planını artıqlaması ilə yerinə yetirməsindən, taxıl istehsalının ildən ilə artmasından, fermanın inəklərindən sağılan südün vedrələrə sığmamasından, hər qoyundan 3-4 baş bala almalarından həvəslə bəhs edərdilər. Onların danışdıqlarının yalan olduğunu biz yaxşı bilirdik. Elə əllərində kamera və mikrofon tutub Bakıdan gələm əmilər də bilirdilər. Amma kim idi bu qara kamera qarşısında deyilən qırmızı yalanları ifşa edən, yalançıların üzünü qızardan? Ən acınacaqlısı odu ki, biz bildiyimiz həmin yalanları daha sonra evimizdəki televizorlardan çox maraqla, sehirli sözlərdən məsti-xumar olurmuş kimi dinləyərdik. Elxan Məmmədovun “445 faizlik artım” iddiasını oxuyan kimi mən keçmişə qayıtdım, tozlu-torpaqlı kolxozlu günlərimi yenidən xatırladım. Bizim tanıdığımız, həsədlə baxdığımız Avropanı bu cür yalanlarla aldatmaq mümkündümü? Bizim baş katibin bu gülünc yalanını oxuyan ispaniyalı gözəlçə Patrisiya Qonsales uzaq İspaniyada əlini əlinə vurub, gülməkdən qəşş eləməzmi? Yeri gəlmişkən, məlum broşürün dizaynında Patrisiya xanımın gülümsəyən surətinə də yer verilib. Heç də təsadüfi deyil.
Özünü mütərəqqi insan sayan, xaricdə təhsil almasıyla öyünən intelligent Elxan Məmmədov niyə bu cür gülünc yalanlarla insanları aldatmağa çalışır, anlamıram. Azərbaycanda futbolla maraqlanan istənilən şəxs cənab Məmmədovun adından yazılmış həmin broşürün həqiqəti əks etdirməyən rəngli kitabça olduğunu yaxşı anlayır. Bütün bu yalanlar bizim gözümüzün önündə baş vermirmi? Riyaziyyatdan ibtidai səviyyədə anlayan istənilən şəxs “445 faizlik artım” sözünə gülər. Bu eynilə bizim kolxozun çobanlarının bir qoyundan üç baş bala almasıyla öyünməsinə bənzəyir. Kimdi o 445 faizə daxil olanlar? Adları yadımda qalanları sadalayım, siz də əlavə edin: Kristina Bakaranadze, Lusiya Suarez, Yaiza Relea, Samara və Malena Ortizlər, Alina Mixaelis, Mərvə Özdəmir, Vesela Borukova, Natalya Rodelqo, Gizəm Tənəkəçi. Bu siyahıya Almaniyada terrorçuların təşilatını dəstəkləyən, onların bayraqları və liderlərinin portreti ilə nümayişə çıxan Melisa Sarıaltını da mütləq əlavə etməliyik. İndi görürsüzmü Elxan Məmmədov kimlərin adını öz hesabatına salır, UEFA-nın və Avropanın Futbol Federasiyalarında səsvermə hüququ olanların gözünə kül üfürməyə çalışır?
AFFA-nın Hesabat Konfransından və İcraiyyə Komitəsinin iclasından çəkilən fotoları maraqla izlədim. Yüksək zövqlə tikilmiş kostyumla və ütülü qalstukla süstlənmiş futbol funksionerlərinin sayı Azərbaycanda yetərincə çox imiş. Hətta o qədər çoxdular ki, funksionerlərin sayı premyer-liqada yarışan klubların, millimizin heyətindəki həqiqi azərbaycanlıların sayını bir neçə dəfə üstələyir. Bunu bilmək üçün xüsusi riyazi hesablamalar aparmağa da ehtiyac yoxdu. Gözümüzlə gördüyümüz şeyləri təmiz başla və vicdanla müqayisə etməyimiz yetərlidi. Bu, sadə riyaziyyatdı, həm də ağlamalı.
Nəticə: Premyer-liqasında cəmi 8 klub yarışan, birinci divizionu “açıq bazar” olan, milli komandaları aşağı yaş qruplarından üzü yuxarı ucdantutma “milliləşdirilmişlər”in oylağına çevrilən ölkənin futbol funskionerlərinin inkişafdan danışmağa, qürrələnməyə mənəvi haqqı yoxdu. Elə bizim də bu faciəvi duruma seyrçi qalmağımız bir ayrı faciədi!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar