27 yan 13:06Yazar

Obradoviçin “quru” debütü

“Dənizdən, səmadan soruşdum, kimsən sən?” – rəhmətlik Oqtay Ağayevin səsiylə dinlədiyimiz və sevdiyimiz bu gözəl mahnını serbiyalı baş məşqçi Milan Obradoviçin U-21 millimizə təyinatının rəsmiləşdiyi gün xatırladım. Heç də səbəbsiz deyildi. Yəqin ki, həmin o fotoşəkilə siz də baxmışdız və dodağınıza gülüş qonmuşdu. AFFA-nın baş katibi Elxan Məmmədov Obradoviçlə birlikdə şəkil çəkdirmişdi. Sağlarında və sollarında da Azərbaycanın adlı-sanlı məşqçiləri dayanmışdı. Məşqçilər Komitəsinin üzvləri Şahin Diniyev, Yaşar Vahabzadə, Şakir Qəribov və onların sədri Vaqif Sadıqov fotokameraya gülümsəməyə çalışmış, başlar içində başlarının olduğunu göstərmişdilər. Guya ki, AFFA, daha doğrusu, Elxan Məmmədov U-21 millisinə Serbiyadan Şahin Diniyevin oğlu yaşında olan Obradoviçi baş məşqçi təyin edəndə bunlarla məsləhətləşibmiş, onların sözlərinə qulaq asıbmış. Ay sizi, xətakarlar, kimə kələk gəlirsiz?
Hə, mən də həmin şəkilə baxa-başa Oqtay Ağayevin məşhur mahnısını zümzümə etməyə başlamışdım. Özü də elə Məşqçilər Komitəsinin üzvlərinə xitabən: “Dənizdən, səmadan soruşdum, kimsiz siz?” Məşqçisizsə, niyə məşqçi kimi çalışmırsız, qazandığınız uğurlarla qürrələnmirsiz? Rəhmətlik Böyükağa Hacıyev həmişə meydan üçün darıxdığını deyər, yağa bilməsə də, guruldayardı. Hiss edirdin ki, çalışmaq, işləmək, məşqçilik etmək istəyir. Kabinetdə oturub, məmurluq etmək, gününü qeybətlə keçirmək, AFFA-nın çaldığı havaya oynamağın müqabilində hər ay kartına köçürülən pulu alıb, gününü keçirmək onluq deyildi. Bəlkə də Vahabzadə də, Diniyev də, Mircavadov da, Qəribov da, lap elə Sadıqov da indiki halından məmnun deyillər, ürəklərinin dərinliklərində düşdükləri duruma, onları bu günə salanlara lənət oxuyurlar. Amma səslərini çıxara bilmirlər. Kiriyib, yerlərində oturublar. Eynən Fatı kimi. “Qalx” deyəndə qalxacaqlar, “otur” deyəndə oturacaqlar. Tale onlarla o qədər pis zarafat edir ki, axırda gəlib Obradoviçi də alqışlamağa razılıq verir, boyunlarını büküb, şəkil çəkdirirlər.
Hamısından ayrı-ayrılıqda soruşsan ki, 41 yaşlı Obradoviçin hansı keyfiyyətlərinə bələdsiz, hansı oyunda futbolçu, yaxud da məşqçi kimi istedadını görmüsüz, sakitcə qımışacaqlar. Və bu gün onların qımışması, başlarını aşağı salıb susması sayəsində Elxan Məmmədov yığmaların, ümumilikdə futbolumuzun başına istədiyi oyunu açır. Azərbaycan millisi o qədər ucuzlaşdırılır ki, onun baş məşqçisi postu hələ öz ölkəsində bərkə-boşa düşməmiş bir əcnəbiyə həvalə olunur. Azərbaycan millisinə Rusiyanın, Türkiyənin və Ukraynanın ikinci, Almaniyanın üçüncü, İngitlərənin isə lap beşinci divizionunda çıxış edən, bizimlə yaxından-uzaqdan əlaqəsi olmayanların doldurulması prosesi isə yeni sürət götürüb. Son bir ildə bu prosesin səngiyəcəyinə, yığmamızın formasına və dövlətimizin pasportuna hörmət qoyulacağına kövrək ümidlərimiz yaranmışdı. Artıq həmin ümidləri də darmadağın ediblər. Yığmada dünyanın hər yanından tapdıqları fitri istedadları oynadacaqlar, təkcə öz balalarımızdan başqa. Çünki azərbaycanlı balaları onlar üçün qazanc mənbəyi deyil. Onlar bu məmləkətdə “azərbaycanlıdan futbolçu olmaz, Azərbaycandan məşqçi çıxmaz” kimi xəstə və mənfur fikirləri beyinlərə yeritməkdə israrlıdılar.
Məşqçilər Komitəsinin üzvləri “salla başı, al maaşı” prinsipi ilə susmaqda, hazırda iş başında olan futbol adamları iş yerinin əldən çıxması qorxusuyla ağzını qıfıllamaqda, işsiz olanlar da heç olmasa, gələcəkdə iş tapmaq ümidiylə özünü lallığa və karlığa vurmaqda olsunlar. Sizə kimdən danışım, 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Milan Obradoviçdən. Onun başçılığı altında komandamız artıq ilk sınağını verib. Bizimkilər Antalyadakı toplanış çərçivəsində “Spartak”ın ikinci komandasıyla qarşılaşıb və oyun qolsuz heç-heçə ilə başa çatıb. “Siftə”si “quru” olan serbiyalı mütəxəssis küləkdən, əlverişsiz hava şəraitindən şikayətlənib. Guya ki, hava günəşli olsaymış, onun meydana buraxdığı futbolçular rusları topa tutacaqmışlar, Moskva klubunun qapı toru dəlik-deşik olacaqmış. Obradoviç serbiyalı olsa da, zəif damarımızı tez tuta bilib. Nəticə yoxdusa, havadan şikayətlən, gələcəkdə daha yaxşı olacağını de. Qalan şeylər onsuz da düzələn deyil. Azərbaycan xalqı dözümlü xalqdı. Narahat olma, cənab Obradoviç, futbol ictimaiyyəti isə daha dözümlüdü.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar