15 yan 14:53Yazar

Sadıqovla Diniyev səmimi danışsaydı…

Serbiya mətbuatında Milan Obradoviç artıq U-21 millimizin baş məşqçisidi. AFFA-nın təklifinə öncə “yox” deyən çalışdırıcı ölkəsinin U-19 yığmasından ayrılıb Bakıya gəldi. Ertəsi qurumun rəsmi saytında neft ölkəsindən dollar çıxarmağa yeriklədiyi gözlərindəki ifadədən dərhal sezilən əcnəbinin, baş katibin və onların yanında dayanmaqla işlərini bitmiş sayırlarmış kimi sinəsini şişirdərək poz verən məşqçilərimizi gördük. Başınız sağ olsun, izdivac rəsmiləşdi!
Şübhəsiz, Elxan Məmmədov və Məşqçilər Komitəsi (MK) adı altında başına topladığı işsiz mütəxəssislərdən heç biri sözügedən serbin naz sataraq daha çox pul qazanmaq hədəfinə çatdığını etiraf edəcək cəsarətin sahibi deyillər. Sadə məntiqlə, futbolunun səviyyəsi bizimkindən dəfələrlə üstün olan Serbiyanın U-19 yığmasında çalışmaq bir əcnəbi üçün Azərbaycanda işləməkdən 5 dəfə perspektivlidi. Belədə onun bizimkilərin təklifi ilə sonradan razılaşmasında həlledici məqam yalnız və yalnız daha çox pul ola bilər. Bütün başqa izahlar, səbəb göstərmək çabaları gülünc alınar.
Müəyyən pul qarşılığında susdurulmuş yerli məşqçilərin başında duran Vaqif Sadıqovun “niyə məhz Obradoviç” sualına saytların birində verdiyi cavaba diqqət yetirək: “Portuqaliyadan, Xorvatiyadan və başqa ölkələrdən namizədlər var idi. Azı 6-7 namizəd olub. Bu proses uzun çəkdi. Rəhbərliklə birlikdə müzakirələr aparıldı, görüşlər keçirildi... Sonda namizədlər arasında ən yaxşısının Milan Obradoviç olduğuna dair qərar qəbul olundu. Obradoviç hazırda məşqçi üçün əlverişli yaşdadı. Bundan başqa, ötən il Serbiyanın əsas millisində köməkçi məşqçi kimi dünya çempionatında iştirak edib. Ümumiyyətlə, beynəlxalq təcrübəsini, eyni zamanda daha əvvəllər aşağı yaş qruplarında çalışmağını nəzərə alaraq belə bir qərar qəbul olundu. Çünki U-21 millisində işləmək ona yad bir iş deyil".
Sizcə, bu cavabdı? Vaqif müəllimi çox yaxşı tanıyıram. Dəfələrlə ondan müsahibə və açıqlamalar almışam, milli və klublarda işlədiyi dönəmlərdə mətbuat konfranslarına təpik döymüşəm, Avstriya yığması ilə Bakıdakı məlum “quru” bərabərliyə yığmanı dünya çempionatının final mərhələsinə daşımış biri qədər sevinməsinə baxıb acı-acı gülümsəmişəm. Yetərincə məntiqli, əksər həmkarlarından fərqli, fikrini asanlıqla ifadə edən adamdı. Amma Vaqif müəllimin suala daha səmimi cavabı belə olmalıydı: “Başda mən olmaqla, baş katibin bayrağı altında susdurulanlardan heç biri U-21-in yükünü çiyinlərimizdə qaldıracaq bacarıqda mütəxəssis deyilik. Görürsüz, neçə müddətdi ofis işçiləri kimi boz binaya gedib-gəlirik. Yerli klubların komitədəki çalışdırıcılara gözünün ucuyla da baxmaması bir yana, heç Türkmənistan çempionatında köməkçi-məşqçi olmaq çağırışı da almamışıq. Bizi bura yığıblar ki, baş katibin iradəsinə qarşı çıxmayaq, orda-burda AFFA-nın əleyhinə danışmayaq, ölkə prezidentinin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın fiaskoya uğradıldığını, futbol ictimaiyyətinin işbilməzlərin əlində qaldığını dilimizə gətirməyək. Əcnəbi tapmaq onun tapşırığı idi. Nə qədər acı olsa da, etiraf edim ki, hər birimizin ürəyindən Obradoviçin yerində olmaq keçirdi. Amma alınmadı. Əmr “sarayın adil vəzir”inindi, o olan yerdə biz nə kərayik ki”.
Son vaxtlar dahi Rene Dekartı özünə kumir seçən, “ya sus, ya susmaqdan daha qiymətli söz de” deyimini özü üçün prioritetə çevirən Şahin Diniyev isə belə danışmalıydı: ”Öz aramızdı, bu sayda qocaman dura-dura Rəşad Sadıqovun da hegemonluq etməsi, heç kimin tapşırığına məhəl qoymaması bir şey deyildi axı. Mən o vaxt onun ayağını yığmadan qəsdən kəsmişdim. Bilirdim ki, böyüyüb başımıza bəla olacaq, köhnə bazara təzə nırx qoymağa çalışacaq. Bizdən sonra futbol oynayan Qurban Qurbanovun yığmaya gətirilməsinə üzüləydik, yoxsa hələ futbol oynayan gənc Sadıqovun bizimkindən dəfələrlə artıq nüfuz sahibi olmasına? Mənə kimin və niyə gətirilməsi maraqlı deyil. Əsas odu ki, Sadıqov getdi, bu qədər”.
Digər MK üzvlərini də oxşar şəkildə səmimiyyətə səsləyə bilərəm. Zamanla hər birini ayrı-ayrılıqda tanımaq, xarakterinə və bacarığına bələd olmaq imkanı qazanmışam. El diliylə desək, ucundan tutub ucuzluğa getmək, gözlərinizi yormaq istəmirəm.
Bəlli həqiqətdi, hansısa neft buruğundan çıxan “qara qızıl”ın satışından gələn paraların Obradoviçin cibinə getməsi assosiasiyada meşin qapılar arxasında oturanları maraqlandırmır. Haqq sözün eşidildiyi, qiymətləndirildiyi ölkədə yaşasaydıq, təbii ki, bu gün “vəzir”in yerində şərəfli futbol veteranlarından biri əyləşər, müxalif qüvvələri zərərsizləşdirmək naminə yaradılan MK da olmazdı. Bir qədər də dərinə getsək, həmin Sadıqovla Diniyev də 12 komandalı Azərbaycan çempionatında baş məşqçi qismində fəaliyyət göstərərdi. Və ya Vaqif müəllimin özü futbola təsadüfən “calanmış” indiki baş katibin postunu tutar, baş əymədiyinə görə başdakıların bəyənmədiyi beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Frits Stuxlikə tapşırılan Hakimlər Komitəsində böyük potensialını uğurla xərcləyərdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar