12 yan 16:22Yazar

Uğursuz metamorfoz

…Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən…
Böyük söz ovsunçusu, duyğu memarı Eldar Baxışın “Sərçə balası” şeirindəndi. Mərhum şairimizin fikri zamanın görünməyən çöhrəsinə çəkmək məharəti sözün əsl mənasında yaradanlıqdı. Bir var qafiyələrin qulaqda melodiyaya necə çevrilməsini dinləmək, bir də var hər kəsə verilməyən bəsirət gözü ilə poeziyanın rəngini görmək.
İfrata varmadan kəpənəyi niyə idman qəzetinin mənim üçün ayrılmış köşəsinə gətirdiyimi deyim. Müstəqil Azərbaycan futbolu da “divlər”lə müqayisədə həşərata bənzəyirsə, deməli, kəpənəyi yada salmaq o qədər də uğursuz cəhd deyil.
Hə, dəyərli oxucular, çox yox, 10-15 il öncə futbol ictimaiyyətinin böyük qismi sürünə-sürünə balaca bir budağa dırmaşan “kəpənək balası”nın qanadlanacağına, ölkənin yaşıl çəmənlərindən kənarda coşqu ilə qanad çalacağına, heyranlarına qürur bəxş edəcəyinə inanırdı. Bəlli futbol dalğasından ruhlanan çinli məmurlar, pullu iş adamları kənarda qalmaq istəmirdi. Kimi dəb, kimi də tələb mayakına doğru addımlamağı özünə borc bilirdi. “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Karvan”, “İnter” kimi klubların “doğuluşu” kəpənək qanadlarının zərinə bələnmiş işıqlı sabahlarla bağlı böyük ümidlər yaradırdı. Ölkənin futbol ictimaiyyəti hamılıqla səriştəsiz, hamılıqla həvəsli idi.
Görməmişcəsinə xərclənən pullara, alçaqcasına talanan büdcələrə, şərəfsizcəsinə edilən “otkat”lara baxmayaraq, tərpəniş sezilirdi. Öncə avrokuboklarda bir-iki mərhələ adlamaqla bitən macəraların uğur sayılmadığını anladıq, ardından Azərbaycan adlı məmləkətdən Qurban Qurbanov kimi işini vicdanla görən mütəxəssilərin çıxa biləcəyinə şahidlik etdik, daha sonra “Neftçi”, “Qarabağ” və “Qəbələ” Avroliqanın qrupuna düşməyin yalnız xəyal olmadığını isbatladı. Yavaş-yavaş çempionat oyunlarını pulla alan məşqçilərin, sifarişçi klub rəsmilərinin, özünə hörmət etməyən futbolçuların iç üzü açıldı, ən qədim peşənin sakinlərini xatırladan bir sıra hakimlərin maskası yırtıldı.
Təbii, idman mətbuatında da ibtidai rəqabət formalaşdı. Yerli futbol xəbərlərini bu idman növüylə maraqlananlara daha tez çatdırmaq, başqalarından bir addım önə çıxmaq hədəfi kütləviləşməyə təkan verdi. Əlbəttə, təcrübəsi və “çəki”si imkan vermədiyi halda yalnız özünün işlətdiyi saytda baş redaktor vəzifəsi tutmağa can atanlar, klubların qapısında yatıb, yumşaq desək, dilənçilik edənlər, öyrənmədən öyrətməyə çaba göstərənlər az deyildi. Amma futbola yatırılan pulların yaratdığı məlum fəsadlar fonunda idman jurnalistikasındakı cücərməni də danmaq olmaz.
...Alnına böyük yolçuluğa sürfə kimi başlamaq yazılan həşəratın başqa nə yolu vardı ki. Sürünə-sürünə budağa çıxan həmin kəpənək balası - tırtıl süstləşdi, pupa çevrildi. Gözlərinin önünə uğurla tamamlanacaq metamorfozu gətirib dərin yuxuya daldı. Fəqət, oyana, qanadlarını günəşin sarı şəfəqlərində qurudub kəpənəkləşə bilmədi. Yatdıqca başının üstündə tor quran hörümçəklər ona layla çaldı, silkələnmək, süstlük durumuna “dur” demək istədikcə əcaib məxluqların məkrli niyyətlərindən qorxub baramasında qaldı. Ara-sıra yuxularında minlərlə insanın düzüldüyü arenada zərli, bəzəkli qanadlarını çırpa-çırpa uçduğunu görsə də, pup vəziyyətindən çıxmadı.
O qanad,
o inad,
o istək hanı?!
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar