12 yan 15:30Yazar

Cadu, ah-nalə, “göz”, yoxsa nə?

Fasilə dönəmindən yeni çıxmışıq deyə, nisbi sakitlikdi. Qaynaşma, çaxnaşma, ağlaşma, hər nə varsa, hamısına ara verilib. Amma bir məqam var ki, bu məni xeyli vaxtdı düşündürür. “Neftçi”nin başına gələnləri deyirəm. Çempionata uğurlu başlayan, “Qarabağ”ın Avroliqanın qrupunda oynadığı dönəmdə rəqiblərin daşını daş üstə qoymayan bakılılar kiminsə, nəyinsə qurbanı olmaqdadı. Dekabrın 1-dən bu yana baş verən proseslərə və olaylara diqqət edək.
Ötən ilin son ayının ilk günü. Masazırın “Əlincə Arena”sında “Sabah”ın qonağı olan Bordinin yetirmələri artıq ilk hissənin ortalarında Tural Axundovun meydandan qovulması ilə azlıqda qalmışdı. Buna baxmayaraq, fasiləyə hesabda üstün yollanmaq mümkün olmuş, ikinci yarıda Marko Deviçin fərqi azaldan qolu, çox keçmədən Baqali Dabonun qırmızı vərəqə alması oyunun tempini bir az da artırmışdı. Meydan sahiblərinin cəhdlərinə baxmayaraq, yekunda 3 xalı “Neftçi”lilər evlərinə aparmışdı.
Amma həmin gün “Əlincə Arena” qələbə yox, savaş meydanını xatırladırdı. Oyunun gedişində və bitimində qonaq azarkeşlərin hakimləri və “Sabah”lıları küçə söyüşlərinə “qonaq etməsinin” üstündən dəqiqələr keçməmiş ölkənin ən köklü klubunun idman direktoru Ceyhun Sultanovun mətbuatda özündə çarpıcı sözləri əks etdirən müsahibəsi dərc olundu. İntizam Komitəsi iclasda müsahibəyə görə Sultanova 10 oyunluq cəza kəsdi, klubu 16 min manat məbləğində cərimələdi. Sonrada cəza və cərimə yarıbayarı azaldılsa belə, qələbənin dadını çıxarmaq istənilən halda mümkün olmadı.
Həmin ayın 9-u. Yenə çempionat oyunu, bu dəfə 14-cü tur, rəqib “Sumqayıt”, məkan isə “Bakcell Arena”. Oyuna itkilərlə çıxan “ağ-qaralar” “Qarabağ”la xal fərqinin “əriməməsi” üçün meydanda can qoymalı, bir həftə əvvəl Masazırda yaşananların və məlum qərarın cavabını baxımlı oyun, layiqli nəticəylə verməliydi. Alınmadı. Ağıllı müdafiəsi və təhlükəli əks-hücumları ilə diqqəti çəkən “kimyaçılar” özlərinə hava-su kimi lazım olan 1 xalı qazanmağa nail oldu. Bu heç-heçə “Qarabağ”la 5 xallıq fərqin 3-ə enməsi demək idi.
Premyer-liqanın ilk yarısı başa çatır. Növbədə kubokun 1/4 final mərhələsinin oyunlarıdı. Tərslikdən məkan yenə “Bakcell Arena”, rəqib yenə “Sumqayıt”. Bakılılar hələ oyun başlamamış, bir gün əvvəl – dekabrın 14-də ilk zərbəni alır. “Əlincə Arena”da yaşananlara görə “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunur. Dindirilir və sərbəst buraxılır.
Qrupun azarkeşləri etiraz və ehtiyat olaraq “Sumqayıt”la hər iki oyunda komandalarına dəstək verməkdən boyun qaçırırlar. “Neftçi” çoxlarının gözləmədiyi halda özündən qat-qat zəif rəqibinə 0:2 hesabı ilə məğlub olur. Cavab matçına olan-qalan ümidlər isə dekabrın 19-da “Kapital Bank Arena”nın yeni döşənmiş qazonunda dəfn olub, torpağa tapşırılır. Hədəfləri yüksək olan “ağ-qaralar” qalibi olmaq istədiyi iki yarışın birindən əlini üzür. 2018-dəki oyunlar qurtarır və hamı istirahətə yollanır.
Yeni ilin ilk günləri. Gündəmdə yenə “Neftçi”di. Budəfəki olay meydanda yaşanmır. Heç tribunalıq da bir şey yoxdu. Hadisə Tbilisi prospektində yerləşən hündürmərtəbəli binada yaşanır. Xüsusi hazırlıqlı oğrular yeni ilin ilk günlərində binanın damından öncə 19-cu, daha sonra 11-ci mərtəbəyə soxularaq soyğunçuluq edirlər. 11-ci mərtəbədəki mənzildən pul, qızıl-zinət əşyaları və qadın şubası oğurlandıqdan az sonra məlum olur ki, qarət olunan ev Ceyhun Sultanova məxsus imiş. Bəli, düz bir ay əvvəl İntizam Komitəsinin pul cəriməsi kəsdiyi həmin Sultanova.
Ağır dərddi, çox ağır. Bir ayın içində “Sumqayıt”la oyunda 2 xal itirmək, bir neçə gün sonra azarkeşlərini də itirmək təhlükəsi ilə üzləşmək, kubokdan əlini üzmək, idman direktorunun cəza və cəriməyə layiq görülməsinə, bir ay sonra evinin soyulmasına şahidlik etmək – bütün bunlar boşuna ola bilməz. “Neftçi”yə ya göz dəyib, ya da kimsə əməl edib. Odu ki, fasilə müddətindən yararlanıb problemi üzə çıxarmaq lazımdı. Bordin komandanı gizlədə bilər, amma cadunun, “göz”ün, ah-nalənin gizli qalmasına əsla razı olmaq olmaz.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar