11 yan 17:15Yazar

Diası hardan tapmalı?

Dəyərli həmkarımız Həbibin Yeni il bayramı ərəfəsində hazırladığı yazılardan biri xeyli diqqətçəkən oldu. İnternetdə də xeyli paylaşılan həmin yazıda azərbaycanlı futbolçuların bahalı avtomobillərindən bəhs edilirdi. O yazını oxuyandan sonra bir daha əmin olduq ki, bizim futbolçularımız cəmiyyətimizin ən varlı təbəqəsində yer alırlar. Aralarında 300 min manat qiyməti olan maşın sürənlər var. Əksəriyyəti ayağını yerdən “Porshce Panamera”, “Range Rover”, “Mersedes G-class”, “BMW” markalı maşınlarla üzürlər. Nisbətən kasıbları isə “Audi”, “Lexus”, “Maserati” ilə məşqə gedib-gəlirlər. Sağlıqlarına qismət, xəta-bəladan uzaq olsunlar.
Onsuz da bizim üçün yenilik deyil. Dəfələrlə bizim futbolçuların bahalı avtomobillərlə qəzaya düşmələri, piyadaları vurub əzmələri ilə bağlı xəbərlər oxuyuruq. Bəzən məlum olur ki, futbolçularımız hər nə qədər zəngin olsalar da, öz pullarını düzgün idarə etməyə, sərvətlərini qorumağa çətinlik çəkirlər. Kimisi daha çox qazanmaq, kimisi də futbolu buraxdıqdan sonra mal-mülk sahibi olmaq həvəsi ilə külli miqdarda pulu işbazlara qapdırır. Məsələn, hazırda Bakı məhkəmələrinin biri Rahid Əmirquliyevin əldən çıxan evlərini geri qaytarmaqla məşğuldu. Daha dəqiqi, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilir. Onlar "Bakı” MTK-nın tikdiyi çoxmərtəbəli binadakı mənzilləri eyni anda bir neçə nəfərə satmaqda, bununla da külli miqdarda pulu fırıldaqçılıqla qazanmaqda ittiham olunurlar. Təəssüf ki, aldananlar arasında Rahid Əmirquliyev də var və millimizin sabiq kapitanı tez-tez məhkəmə iclasına qatılır, orda ifadə verir. Məhkəmədən hazırlanan reportajlardan belə məlum olur ki, təqsirləndirilən şəxslər Rahidin iki mənzilini başqa adamlara da satıblarmış.
Ötən ilin yazında yığma üzvlərindən daha ikisinin adı belə xoşagəlməz olayda hallanırdı. Cavid Hüseynovla Elvin Məmmədov Ayaz Məhərrəmov adlı şəxsin dələduzluğundan şikayətçi olmuş, ərizə ilə polisə müraciət etmişdilər. Məlum olmuşdu ki, həmin şəxs Cavidin 40 min, Elvinin isə 60 min pulunu alıb, sonra da həbsxanaya düşüb. Futbolçular pulu Məhərrəmova borc kimi verdiklərini, ona etibar etdiklərini iddia edirdilər. Amma Ayaz Məhərrəmov heç kimin etibarından sui-istifadə etmədiyini, həmin 100 min manatı futbolçulardan iş qurmaq üçün faizlə aldığını demişdi. Sözün düzü, hadisələrin sonradan necə cərəyan etdiyindən xəbərsiz olduq. Heç sözümün canı o da deyil. Nəinki futbolçularımızın, ümumiyyətlə, heç kimin fırıldaqçılara rast gəlməsini arzulamıram. Hər kəsin halal pulu özünə qalsın, oğruya-fırıldaqçıya nəsib olmasın.
Demək istədiyim odu ki, futbolçular hazırda Azərbaycanda ən zəngin təbəqələrdən biridi. Xalqın böyük əksəriyyətinin bir qarın çörək puluna gecə-gündüz çalışdığı, övladlarının gözünün içinə baxmaq üçün özünü oda-közə vurduğu indiki zəmanədə futbolçular yağ içində böyrək kimi dolanır, bahalı maşınlar sürür, hərdən də artıq qalan yüzminlərini fırıldaqçılara qapdırırlar. Əslində bu məqamın özü yüzlərlə, minlərlə valideyn və onların övladları üçün stimul olmalıdı. Valideynlər övladlarını futbol məktəblərinə yazdırmağa, uşaqlar da topun arxasınca qaça-qaça məşq etməyə, yaxşı futbolçuya, sonra da zəngin adama çevrilməyə çalışmalıdılar. Yuxarıda qeyd etdiyimiz futbolçuların hamısı Azərbaycanın daxilində top qovanlar, ölkə klublarında günlərini keçirənlər, millinin heyətində isə “kötəklənən uşaq” olanlardı. Yəni onların səviyyəsi Azərbaycan sərhədlərini aşmağa, xarici klublarda çıxış etməyə imkan vermir. Bunu bacarsaydılar, daha da zəngin olardılar, sərvətləri yüzminlərlə yox, milyonlarla ölçülərdi. Bundan yaxşı daha nə stimul olmalıdı?
Madrid “Real”ı bu yaxınlarda 19 yaşlı Braim Diası rənglərinə bağladı. Buna qədər “Mançester Siti”nin futbolçusu sayılan Diasın müqaviləsinin müddəti yayda başa çatacaqdı. Amma madridlilər gənc istedada sahiblənmək üçün yaya qədər gözləməyi lazım bilmədilər, İngiltərə klubu ilə danışıqlar masasına əyləşdilər. Transferin təxminən 25 milyon avroya başa gəlməsi barədə informasiyalar isə bizi heyrətləndirməyə bilməz. Cəmi 19 yaşı olan futbolçu indidən bu qədər qiymətlidisə, sonrasını proqnozlaşdırmaq elə də çətin deyil. Bizdə Diasla eyni yaşda olanlar, onunla birlikdə Bakıda keçirilən Avropa çempionatında çıxış edənlər isə Azərbaycan klublarının əvəzedici heyətlərində günlərini keçirirlər. Bu yaxınlarda həmkarlarımız Bakıdakı Avropa çempionatının iştirakçısı olan azərbaycanlı futbolçuların sonrakı taleyini də araşdırmışdılar. Məlum olmuşdu ki, Azərbaycan futbolunun gələcəyi sayılan həmin gənclərdən yalnız Fərid Nəbiyev ölkənin hüdudlarını aşıb. O da Çexiya “Slaviya”sının əsas yox, ehtiyat qüvvə sayılan komandasının üzvüdü. Qalanları isə elə buralardadı və heç biri premyer-liqada meydana çıxmır, xüsusi heç nə ilə fərqlənmir.
Yetərincə ciddi və düşündürücü məsələdi. “O əjdahadan bizdə niyə yoxdu” sualının ətrafında mütləq baş sındırmalıyıq. Nə üçün bizimkilər Dias kimi ola bilmirlər?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar