09 yan 13:49Yazar

Hacı Qalibin futboldakı oxşarları

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da...

“CBC Sport”dakı Elnur Məmmədlinin “ilk frilanser şair” adlandırdığı Nizami Gəncəvinin bu məşhur misraları az danışmağın fəzilətləri haqdadı. Mətləbə keçmədən “frilanser” ifadəsinin daimi iş yeri olmadan müxtəlif təşkilatların sifarişlərini yerinə yetirən peşəkar jurnalistlərə, dizaynerlərə və başqa peşə sahiblərinə aid edildiyini də xatırladım ki, hörmətli oxucumun qulağı bu gün yeni söz eşitsin.
Hə, yoldaşlar, futbol camiəsinin dinə aşırı vurğunluğundan danışacam. Belə mövzuların həssaslığından, deyəcəklərimin inanclı kəsimin bəzi nümayəndələrinə xoş gəlməyəcəyindən də xəbərdaram. Zatən mən də bu mühafizəkar mühitdə doğulmuşam, boya-başa çatmışam. Evdə daim namaz qılan, oruc tutan, İmam ehsanı verən nənəmi, anamı da görmüşəm, bir fanatikin bıçaq zərbələrinə qurban gedən Rafiq Tağının acı taleyini də. Təbii ki, adamların etiqadına, dini inanclarına hörmət etmək lazımdı. Şəxsən mən də müsəlmanlar üçün müqəddəs sayılan aylarda sosial şəbəkələrdə yeyib-içmək məclislərindən şəkilləri, araq-pivə şüşələrini görəndə qıcıqlanıram, özümü həmin inanclı adamların yerinə qoyub, baxış bucağı formalaşdırmağa çalışıram. Elə məqamlar, elə dəyərlər sistemi var ki, bunları gündəlik işdə, davranışda nəzərə almağa məcbursan. Sosiallaşmısansa, ictimaiyyət arasına çıxırsansa, heç şübhəsiz, müəyyən məsələlərdə mizan-tərəzi gözləmək lazımdı.
Bakı kəndlərində az qala Nizami Gəncəvi qədər məşhur olan Hacı Qalib Salahzadə 2017-də 29-cu dəfə Həccə getdi. Son illərdən xəbərim yoxdu, çox güman, artıq 30-u arxada qoyub. Bəli, futbol aləmində də Hacı Qalibin oxşarları çoxdu. Komanda toplanışa başlayır, baş məşqçi, futbolçular düşərgədə yoxdu. Səbəbi ilə maraqlananda aydın olur ki, adamlar hələ ziyarətdən qayıtmayıblar. Özü də, demək olar ki, hər il eyni simalardı. Düzünə qalsa, mən bu təkrarlanan ziyarətlərin nəzəri-praktiki əsasları ilə də maraqlanmışam, bilikli dost-tanışdan nələrsə soruşmuşam. Belə aydın olur ki, futbolçular, ümumiyyətlə, futbol adamları ili sağlam, xoş əhval-ruhiyyədə bitirməyi niyyət edirlər. Yəni Allah sən mənim işlərimi düz gətir, pulum başımdan aşsın, mən də sənin yolundan sapmayıb ziyarətimi edəcəm. Elə burdaca dayanaq. Bildiyimə görə, İslam dininə sitayiş edən hər kəsin ömründə, heç olmasa, bircə dəfə Həccə getməsi vacib buyurulur. Yəni 21 yox, məhz bir dəfə. Bir dəfə ziyatət etdinsə, pulun və canın hesabına vacib əməli yerinə yetirdin. İndi isə ətrafımıza, bizimlə eyni havanı udan, eyni dərd-səri bölüşən soydaşlarımıza baxaq. İnanın ki, uçuq-sökük daxmalarda yaşayan çoxlu şəhid övladını, elementar məişət qayğılarının öhdəsindən gələ bilmədiyinə görə özünü asan, zəhər içən Əhmədi, Məmmədi, Şamamanı, Leylanı görəcəksiz. Ay imkanlı futbol adamları, şəxsi büdcədən dalı yana ata bildiyiniz pulları dağıdın o həmvətənlərimiz üçün. Pərakəndə şəkildə bacarmırsızsa, buyurun, fond yaradın, o fonda ən məşhur futbolçulardan birinin adını qoyun, gerçəkdən ehtiyacı olan adamlar sizin hesabınıza ayaqda qala bilsin, əməliyyata ehtiyac duyanlar yaşamaq şansı qazansınlar. Bir az diqqətli olsaz, elə futbol camiəsində də pula ciddi ehtiyac duyan adamlar var. İnqilab Məmmədovun körpə qızına vurulan “Spinraza” iynəsinin hər biri 125 min dollara başa gəlir. Ömər Paşayev bahalı müalicə prosesinin əlində əsir-yesir olub. Məncə, bu adamların və minlərlə başqa soydaşımızın əlindən tutmaq da Allah yanında savaba yazılar. Qurban olduğumun buyurduğu yolla addımlamaq, savab qazanmaq, cənnəti haqq etmək üçün o qədər əməllər, vasitələr var ki, saymaqla qurtarmaz. Qəlbin, mənəviyyatın təmiz, əməllərin düz olsun, gündəlik həyatda, yaşıl meydanda saxtakarlıq etmə, danışılmış oyunlara getmə, vətən və bayraq üçün canını qoy, layiq olduğundan artığına göz dikmə - bunlar da təkcə müsəlmanlar yox, bütün insanlıq, bəşəriyyət üçün vacib yaşam və mövcudluq şərtləridi.
P.S. əvəzi: ikinci dəfə Həccə gedənlər 500, üçüncü dəfə və daha artıq gedənlər isə Qafqaz Müsəlmanları İdarəsinə 550 dollar əlavə pul ödəməli olur...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar