13 mar 11:41Yazar

Bu Qətərin dalınca Almaniya...

U-21-in ağır yükünü daşımaqdan yorulmayan, çiyinlərinə U-23-ü də “götürən” Yaşar Vahabzadədən həmkarlarım Oruc Balaşlı barədə soruşublar. Zaqatalalı futbolçu hazırda birinci divizionun “qol kralı”dı. Bizim futbolda “vuran ayaq” problemi isə həmişə aktual olub, şikayətlənirik ki, Nazimin, Vəlinin, Qurbanın davamçıları yetişmir. Buyurun, bu da sizə qolçu. UEFA ilə birgə hazırlanmış "Grow-2020” proqramı çərçivəsində AFFA-nın himayəsində olan klublardakı gəncləri, milliyə namizəd olan futbolçuları nəzarətə alıblar. Hər futbolçuya ayrı-ayrılıqda məşqçi təhkim ediblər ki, həmin gənclərin inkişafına dəstək göstərilsin. Alqışlayıram. Bəs Oruc Balaşlının düzgün inkişafına kim kömək göstərəcək? Dəstək verib, onu da irəli çəkmək lazımdı. Amma cənab Vahabzadə etiraf edir ki, son vaxtlar Orucun oyununu görməyib. Söhbət heç də Balaşlının milli komandalara düşməsindən getmir. Problem ondadı ki, bizim məşqçilər “Anji”nin 2-ci komandasındakı futbolçulardan xəbər tutur, milliyə çağırırlar. Di gəl ki, gözlərinin önündə olan orucları görmək istəmirlər. Şəxsən mən onların yerinə utanıram.
Qəzetimizin dünənki sayında “Sumqayıt”ın məşçisi Etibar Tarıverdiyev dağıstanlı qapıçı Mehdi Cənnətovdan ağızdolusu danışıb və əminliyini ifadə edib ki, o, gələcəkdə (?!) yaxşı qapıçı olacaq. Ay Etibar müəllim, ayıb deyilmi? Bu cür yalanları danışandan sonra məşqə gedib azərbaycanlı yeniyetmələrin gözünün içinə necə baxırsız, gecələr necə rahat yatırsız? Yeni “tapıntı”nızın artıq 25 yaşı var. Bu vaxta qədər “Anji”də, “Baltika”da özünə yer tapa, rəqabətdən qalib çıxa bilməyib. AFFA aşağı diviziona limit qoyanda deyirdilər ki, 23-24 yaşına qədər özünü təsdiqləyə bilməyən futbolçu gedib başqa işlə məşğul olsun, ondan nəsə gözləməyə dəyməz. İndi siz 25 yaşlı dağıstanlı üçün gələcək zamanda böyük ümidlərlə danışırsız. Yoxsa məqsədiniz AFFA rəhbərliyini, İcraiyyə Komitəsinin üzvlərini yalançı çıxarmaq, onların futboldan bixəbər olduqlarını isbatlamaqdı? Yaxşı ki, sizə verilən sifarişin mahiyyətini sonda dilə gətirmisiz: “Cənnətov tezliklə “Sumqayıt”dakı inamlı oyunu ilə millinin məşqçilərinin də diqqətini cəlb edəcək”. Mesaj alınmışdır, Tarıverdiyev.
Sözün düzü, mən “Təbriz Həsənov kimilər sinfi”nə daxil olanları ürəkdən qınaya bilmirəm. Adamların bu sahədən başqa məşğul olacaqları iş yoxdu. Məcburdular ki, AFFA-dan nə desələr, onu da təkrarlasınlar, əməllərini və sözlərini həmin sifarişlərə uyğun “rəndələsinlər” Əks halda, işsiz qalacaqlar. Azərbaycan futbolu belə idarə olunur, əzizlərim. Pafosla, görüntüylə, yalanlarla. Bütün iplər isə onun əlindədi – qurumun baş katibi Elxan Məmmədovun. Onu uzun müddətdi Bakıda görən yoxdu. Avropanın şərqində öz seçki platformasını təbliğ edir, yadına heç Azərbaycan futbolu da düşmür. Düşsəydi, özünü tərifləyib, xorvatlara, serblərə, çernoqoriyalılara yağlı vədlər verəndən sonra onların birindən millimizlə Bakıda yoxlama görüşü keçirmək üçün razılıq alardı. AFFA-nın “uğurlu daxili və xarici siyasəti”nin nəticəsidi ki, millimiz Qətərin ayağına gedir, azarkeşsiz və televiziya yayınına qadağa qoyulmuş qarşılaşmada meydana çıxır. Bu boyda ölkənin milli komandasına daha başqa nə pislik edəcəksiz, ay futboldan bixəbərlər? İndi hansı dövrdü, hansı əsrdi ki, ərəblər “qapalı oyun” keçirirlər? Camaat indi az qala küçədə maşın sürməsini də sosial şəbəkə vasitəsiylə canlı yayınlayır, elmi-texniki tərəqqi dünyanı bürüyüb. Ərəblər isə guya özlərini rəqiblərindən gizlədirlər. Hələ mən bir neçə il əvvəl AFFA-nın yüzminlər xərcləyib, canlı yayın üçün texnika və kameralar almasını demirəm. Görəsən, həmin o bahalı aparatların sonu necə oldu, Bakının hansı şadlıq sarayında toy çəkilişi üçün peşkəş olunub?
Güman edirəm ki, Qətər şeyxləri ölkə əhalisini dünya çempionatının finalında Braziliya ilə qarşılaşdıqlarına, bəd nəzərdən qorunmaq üçün oyunu qapalı keçirdiklərinə inandıra biliblər. Şimali Koreyanın dünya çempionatı zamanı oxşar yalanla əhalini aldatmasını unutmamışıq. Təfəkkür eynidisə, ölkənin adının nə fərqi var? Məlumat üçün qeyd edim ki, Qətər millisi Asiya qitəsi üzrə seçmə mərhələdə 4 xalla A qrupunun autsayderlərindəndi. Üçüncü sıradakı Özbəkistandan 5 xal geri qalan ərəblər bu ay Daşkəndə qonaq gedəcək və həmin oyundakı mümkün məğlubiyyət mundial arzularının üzərindən xətt çəkilməsi deməkdi. Belə olan halda, hapa-gopa basıb, guya oyun gizlətməyə çalışmağın məntiqli izahı ola bilərmi? Ərəblər dünya futboluna yeni taktiki sxem gətirib, özbəkləri şoka salacaqlar, gərək biz də ehtiyatlı olaq. Acınacaqlı haldı, əzizlərim. UEFA-nın İcraiyyə Komitəsinə seçilmək üçün futbol idarəçiliyini tərifləyən, Avropanı qarış-qarış gəzən Elxan Məmmədov Azərbaycan millisini Asiya təmsilçisi Qətərə möhtac edib. Özü də alçaldıcı şərtlərlə. Nə varmış ki, qələbə qazanıb, sinələrini irəli verəcəklər, Prosineçkini tərifləyəcəklər. Bu Qətərin dalınca Almaniyanın gəldiyini düşünəndə isə adamı dəhşət bürüyür. Almanlarla oyuna hazırlaşmaq üçün Qətərləri rəqib seçməyimiz Hitlerin nəvə-nəticəsini qəzəbləndirməsə, yaxşıdı...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar