09 yan 10:55Yazar

Millini Məşqçilər Komitəsinə tapşırın!

AFFA-nın bir əvvəlki seçmə mərhələdə milli üçün seçdiyi “Niyə də yox?!” devizi var idi. Robert Prosineçkili yığmanın dünya çempionatının seçmə mərhələsinin startında bir-iki sürpriz nəticəyə imza atmasının fonunda ehtiraslar coşmuşdu və həmin deviz təsirli səslənirdi. Ancaq “su axdı, çuxurunu tapdı” və belədə “Niyə də yox?!” sehrini itirdi, hətta lağlağıya çevrildi. Yağışla müşayiət olunmayan gurultu isə insanın təbii ehtiyaclarından birinə konqruyentdi. Görünür, məlum qaz yuxarıların da burnuna çatdı və xəcalətlərindən Millətlər Liqası üçün deviz-meviz icad etmədilər. Halbuki Qurban Qurbanov qrupdan çıxmağa lap yaxın idi.
Berti Foqtsun “Azərbaycan futbol ölkəsi deyil” iddiasını şüuraltında hamımız qəbul edirdik, ancaq qoca almanın bu fikrini top-tüfənglə qarşılamışdıq. Reallıq budu, bizdə futbol üç-beş nəfərin şəxsi mənfəətinə görə yaşayır, ağır-ağır da olsa, nəfəsi gedib-gəlir. Yoxsa millinin baş məşqçisi Hakimlər Komitəsinin sədrindən az maaş almazdı. Azərbaycan məşqçi sexinin brendi Qurban Qurbanova 17 min məvacib yazan AFFA Frits Stuxlikə aylıq 16 min avro ödəyir. Bu ağbəniz, göygöz, suyuşirin avstriyalını bir göz qırpımında, iki daşın arasında necə axtarıb tapdılarsa, hansı məziyyətlərini kəşf edib razılığa gəldilərsə, heç kim bilmədi. Halbuki çempionat iki ay idi start götürmüşdü və hakimliklə bağlı ciddi etiraz, qalmaqal da baş verməmişdi. Əksinə, Əliyar Ağayev birinci kateqoriyaya yüksəlmişdi, yəni Xaqani Məmmədovu işindən uzaqlaşdırmaq üçün dəlillər əsassız idi. Yeni sədrə çox ehtiyac var idi? Komitə sədrsiz qalmışdı? 10-12 hakimə başçılıq etmək böyük bacarıq tələb etmir. Bu işi Stuxlikin indiki yan-yörəsi də icra edə bilərdi (onsuz da elə belədi). Vüsal Əliyevin, Anar Salmanovun, Elçin Məmmədovun hər biri sədr kürsüsündə oturmaqdan ötrü sinov gedir.
Zərurət yaranmadığı halda komitəbaşı axtaran və niyyətini “Barbarossa planı” sürətiylə həyata keçirən AFFA bir aydı milliyə məşqçi tapa bilmir. Nəymiş? Axtardıqları Avropa çempionatında qrupdan çıxmaq tapşırığını öhdəsinə götürməliymiş, iddialarına cavab verməliymiş, mış, miş, muş, müş... Heç veclərinə də deyil ki, növbəti seçmə mərhələnin startına 2 aydan bir qədər artıq vaxt qalıb. Yeni gələn yığmanı harda görəcək, futbolçuların səviyyəsinə harda bələd olacaq? Hə, Hakimlər Komitəsinə üzvlərin seçilməsində olduğu kimi, yığmanın heyətini də Elxan Məmmədov müəyyənləşdirəcəksə, sözümüz yoxdu. Onsuz da “dünyaya yenidən gəlsəydim, futbolçu olardım” ibarəsiylə çoxlarını inandırıb.
Əvvəlki məşqçilərə heç olmasa, bir “pəncərə” verilirdi. Yadımdadı, Prosineçki Antalya toplanışında olan klubların düşərgəsinə getmiş, oyunları izləmiş, qeydlər götürmüşdü. Bəs “Mister X” martda Xorvatiya ilə oyuna hansı formada, nə vaxt hazırlaşacaq? Yanılmıramsa, fevralda “pəncərə” yoxdu. Bu o deməkdi ki, seçmə oyundan 2-3 gün əvvəl kimlərinsə siyahısındakı heyət üzvlərini bir araya gətirib tanış olacaq bədbəxt məşqçi Xorvatiyayla matçda eksperiment edəcək. Nə olsun, Berti Foqtsu darmadağınla istefaya göndərən xorvatlarla səfər görüşündə şansımız yoxdu?
AFFA-ya bir təklifim var. Əslində keçərli olmayacağını bilirəm, çünki indiki məqamda yuxarıların beyninə əcnəbi mütəxəssis düşüb. “Rastamoşka”sından müəyyən məbləğ qırmaq üçün (elə bilirsiz, 16 min avronun hamısı Stuxlikə çatır?). Amma yenə də təklifimi səsləndirim: millini Məşqçilər Komitəsinə tapşırın! Düzdü, bizdə Məşqçilər Şurası olub, Məşqçilər Komitəsi də sizə eyni gələcək. Məsələ burasındadı ki, Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov, Yaşar Vahabzadə heç vaxt “şura” olmayıblar. Bir baş yaxşıdı, beş baş daha yaxşıdı. Niyə də yox?! Beşi birə dəyməyəcək?
P.S. Doğrudanmı bu ideya Məşqçilər Komitəsinin üzvlərinin ağlına gəlməyib?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar