08 yan 15:30Yazar

Bizə serb lazımdı?

Əlbəttə ki, Joze Mourinyonu gətirsələr, millimiz AÇ-2020-nin seçmə mərhələsini 4-cü pillədə tamamlaya bilər. Yəni dahi portəgiz və ya dahi ispan Pep Qvardiola belə, bu ölkənin əsas komandasını Avropa çempionatına aparmağı bacarmaz. AFFA-nın baş katibi Elxan Məmmədovun açıqlamadan daha çox qızdırmalı adamın sayıqlamalarını xatırladan iddiası xalqı ələ salmaq çabasından başqa bir şey deyil.
Siyasi xırdalıqlara varmaq istəmirəm. Amma futbolla əlaqəsi olmayan Elxan bəyin birdən-birə assosiasiyada məsul vəzifəyə “yapışdırılması” və məmləkətimizin bu gününə uyğun siyasət yürütməsi faktdı. Bəli, biz azərbaycanlılar uzun illərdi batman-batman vəd yeyirik. Demokratiya pərdəsi altında bərq vuran anarxiya qanunlarıyla hesablaşmaq məcburiyyətində qalır, sovetdənqalma şəxsiyyətə pərəstiş rejiminə qarşı ümumilli üsyan yolu tapmağı bacarmırıq.
Qurban Qurbanovun nüfuzu fonunda təkhakimiyyətliliyi təhlükə altına düşən “vəzir”in “Qarabağ”ın çalışdırıcısının və onun belə desək, xeyir-duasıyla aşağı yaş qrupları üzrə yığmalara gətirilən mütəxəssislərin “aradan götürülməsinə” də futbol ictimaiyyəti olaraq reaksiya verə bilmədik. Məmmədov simasından əskik olmayan diplomatik təbəssümü ilə müxalif azlığı yola verdi. Çoxluq isə... “Ləbbeyk, ya vəzir” deyən çoxluqdan nə danışasan? Futbolun sabahı haqda zərrə qədər də düşünməyən, AFFA-dan təqaüd və “paket” almağı özünə həyat kredosu seçənləri necə məzəmmət edəsən? Zaman göstərdi ki, bu gün baş katibin qaranlıq yoluna şam tutan futbol veteranları heç kimdi və belələrinin futbol təsərrüfatında söz sahibi olmağındansa, elə futbolun dünənində adı olmayan məmurun əlaltısı kimi ömür sürməsi daha yaxşıdı.
Əlqərəz, baş katib indi də serb bazarına “xod” tapıb. “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevin də yardımı ilə Avropanın fırıldaqçılığı ilə ad çıxarmış ölkələrində çoxa qol çəkib az alacaq, “otkatlar”a hazır mütəxəssislər saf-çürük edilir. Bir müddət öncə adları çəkilən italyan çalışdırıcılardan hansısa birini yığmanın baş məşqçisi postunda görəcəyinizi əsla fikirləşməyin. Namizədlərin adlarının hansı qaynaqda üzə çıxdığına diqqət yetirin, həmin mənbənin kim tərəfindən maliyyələşdirildiyini öyrənin, həqiqət kələfinin ucunu tapın. Hamısı nağıldı, gərgin axtarışların getdiyini gözə soxmaq üsulu, başqa sözlə, köhnə nəğmələrin yeni aranjimanda təqdimatıdı...
İndi də Elxan müəllimin Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Feyha”nın baş məşqçisi Slavolyub Muslinə Azərbaycan yığmasının potensial baş məşqçisi gözüylə baxdığı haqda xəbərlər dolaşır. Serbiya millisini DÇ-2018-in finalına aparan Muslin müəmmalı şəkildə qovulandan bəri “Əl-Feyha”da iş başındadı. Buna qədər serb mütəxəssis 19 klub çalışdırıb ki, onlar arasında “Bordo” (Fransa), “Lokomotiv” (Moskva), “Srvena Zvezda” (Serbiya) və “Levski” (Bolqarıstan) də var. Ölkəsinin yığmasını Rusiyada keçirilən son mundiala daşıyan 65 yaşlı Muslinin uğurun ardından yola salınması haqda çox fikirlər səsləndirilib. Onlardan biri isə bir neçə sıravi futbolçunu pul qarşılığında milliyə dəvət etməsidi. Serb həmkarlarımız ağsaqqalın bu addımını onların transfer qiymətini qaldırmaq, daha sonra “faizə otuzdurmaq” kimi qiymətləndirib. Məntiqlə, bizim futbol mühitində işə yaraya biləcək personadı.
U-21-in tapşırılacağı gözlənilən digər serb – 1977-ci il doğumlu Milan Obradoviç də Serbiya futbolunun boz kardinallarından sayılır. Sözügedən Balkan ölkəsinin U-19 yığmasını çalışdıran Obradoviç güclü yeniyetmələri kənarda qoyaraq heyətə bir neçə tanışının tapşırığı ilə oyunçu götürdüyü üçün dəfələrlə tənqid atəşinə tutulub. Bu iki həmyerli Azərbaycan yığmalarında söz sahibinə çevrilsə, yerli futbol başbilənləri üçün də ümumi şərait münbitləşəcək. Yenə Almaniyanın Regional Liqalarından kürd mənşəli gənclər yığmamızda oynamaq təklifi alacaq, yenə babası 1942-ci ildə hansısa azərbaycanlı ilə eyni əsir düşərgəsində yatmış ukraynalıya milli pasport veriləcək, yenə təlim-məşq toplanışları adıyla büdcədən milyonlar silinəcək, yenə açıqlanan maliyyə hesabatlarında gülünc, quyruqlu rəqəmlər göz qamaşdıracaq...
Məncə, hər şey qanunauyğundu. Futbol ictimaiyyətinin 95 faizi buna layiqdi. Qalan 5 faiz isə harayı özünü yandıran ədalət carçılarıdı. Özündən 9,5 dəfə böyük oğruya gücü çatmayan doğruların da yarısı 2020-ci ilə qədər ruhdan düşəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar