08 yan 14:41Yazar

Məhv olan lənkəranlılar

Çempionatın “mənəm-mənəm” deyən vaxtlarında “Xəzər Lənkəran”ın öz yeri vardı. Kim nə deyir-desin, pullu klubların arasında “ağ-yaşıllar”a çatan yox idi. “İnter” adı kimi ögey idi. “Simurq” qoltuq altında bəslənən körpə kimi görünürdü. “Bakı”nın sona qədər ayaqüstə dura biləcəyinə inanmaq olmurdu. AZAL qeyri-sabitliyi ilə seçilirdi. Təkcə nəticələr sarıdan yox, ümumi götürəndə də Lənkəran təmsilçisinə çatan tapılmırdı.
Gözəgəlimli stadionu və bazası, daim adlı-sanlı legionerləri, sevimlilərinə inanılmaz dəstək verən azarkeşləri, ekstravaqant klub rəsmiləri – bütün bunlar “Xəzər Lənkəran”a bir ayrı gözəllik verirdi. Klub-komandanın daim üzdə olmasına kömək göstərirdi. Düzdü, Mübariz Mənsimovun əziz qardaşı Mais bəylə başqanın indiyə qədər güvəndiyi Tuyqun Nadirovun şəxsi maraqları ön planda dururdu. Futbolda naşı olmaları bir yana, klubu futbol qanunları ilə yox, istədikləri formada idarə etmələri, bununla da heç kimi vecə almamaq görkəmi yaratmalarının acı sonu olmalıydı. Yekunda oldu da.
Böyük Mənsimovla ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin biznesdəki toqquşması “Xəzər Lənkəran”ın başında partladı. Mübariz bəy adı kimi əmin idi ki, pul xərclədiyi klubu ölkə futboluna nəzarət edən Rövnəq Abdullayevin dönəmində heç nə edə bilməyəcək. Sıxışdırılacaq, daim təzyiq altında olacaq və beləcə “Palmali”nin milyonları havaya sovrulacaq. Yəni Abdullayevin hansı yolla olur-olsun, Mənsimova badalaq vuracağı gün kimi aydın idi. Və beləcə yüzminlərin sevimli komandası pullu kişilərin şəxsi prinsiplərinin qurbanına çevrildi.
Di gəl ki, Mübariz bəy “Xəzər Lənkəran”ın tam çökməsinə razı deyildi. Nisbətən kiçik büdcə ilə uğur qazanmağın mümkünlüyünə inandığından, komandanın yola lənkəranlı gənclərlə davam etməsinə qərar verdi. Artıq yüksək ödənişli futbolçular getmişdi, gələcəyin futbolçuları gözündə görülənlərin yanında Rahid Əmirquliyevlə Rasim Ramaldanov qalmışdı. Çox keçmədən onlar da başlarına çarə qılmaq üçün qapını arxadan bağlamalı oldular. O boyda “Xəzər Lənkəran” qaldı 300-500 azarkeşin və Kamran Abdullazadə, Elnur Cəfərov, İlyas Səfərzadə, Elşən Rzazadə, Kazım Kazımlı, İbrahim Qədirzadə kimi lənkəranlıların ümidinə. Yekunda 2016-nın mayında “ağ-yaşıllar” yarandığı gündən 12 il sonra premyer-liqa ilə vidalaşdı.
Buna baxmayaraq, hamı o uşaqlardan danışırdı. Böyük ümidlər bəslənilən həmin Elnur, Elşən, Kamran, Kazım, İbrahimin səsinin yaxın gələcəkdə iddialı klublardan gələcəyi ehtimal olunurdu. Düşündüyümüz kimi də oldu. Elnur Azərbaycanı Portulqaliyaya dəyişib, “Tondela” ilə anlaşdı, Elşən “Neftçi”ylə müqavilə bağladı, Kamran “Sumqayıt”la anlaşdı, İlyas “Qarabağ”ın təklifinə “hə” dedi. Müəyyən fasilədən sonra İbrahim də ağdamlıların sıralarında peyda oldu. Yəni perspektivli gənclərdən, demək olar ki, heç kim kənarda qalmadı. Hərəsi özünə bir iş yeri tapmışdı. Bircə qalırdı oynayıb özünü göstərmək və bununla da “Mənsimovun milyonlarının əvəzində Lənkərandan düz-əməlli bir futbolçu çıxmadı” düşüncəsində olanların ağzını yummaq.
Amma onlar bunu bacarmadılar. Nə qarşılarını kəsən oldu, nə ayaqlarına daş bağlayıb futbol oynamalarına qadağa qoyan. Əskinə, hər biri elə klubdaydı ki, tramplin kimi yararlanmaq üçün əla fürsət düşmüşdü əllərinə. Bacarmadılar, “yandılar”, yarıyolda qaldılar. İndi premyer-liqada nə İlyas var, nə Elnur, nə Kamran, nə də “Lənkəranın Messisi” gözündə görülən İbrahim. Məlum durumla üzləşmələrinin səbəbkarı isə özləridi. Söz götürməmək, idmana lotu qayda-qanunları ilə yanaşmaq çoxunun axırına çıxdı. Çünki “Xəzər Lənkəran”da oynayanda bu əməllərinə görə onlara “ay bala, belə olmaz” deyən olmamışdı. Gənc idilər, az-çox istedadları vardı, rəhbərlik də olan-qalan lənkəranlıları itirmək istəmirdi deyə, saçlarına sığal çəkirdi. Onlara artıq söz demək olmazdı, gündəlik davranışlarına görə danlamaq olmazdı, cəzalandırmaq olmazdı. Əməllərinə, dediklərinə göz yumulmalıydı. Yumdular, susdular, yekunda küsəyən, ərköyün, yaxşı oğlanlığı futbol oynamaqdan üstün tutan bir qrup “zadə” yetişdi. İndi Region Liqasında baş qatan, Lənkərandakı çayxanalarda gün keçirən “zadələr”.
Bu mənada da Mübariz Mənsimovun zəhməti və pulları heçə getdi. Klub dağılandan sonra başqanın yeganə qürur mənbəyi adları çəkilənləri “Neftçi”nin, “Qarabağ”ın, “Qəbələ”nin və əsas yığmanın formasında görmək idi ki, bu da puç oldu. İndi nə lənkəranlı futbolçular gözə dəyir, nə də vaxtilə onlara futbolun doğru yolunu göstərməli olanlar. Heyf o Elnurdan, Elşəndən, Kamranla İlyasdan. Çox heyf...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar