06 yan 17:11Yazar

Təmkinlə pozulan sükut

Qış yağmurlu və yuxulu gəldi. Nə yazıq ki, qar yağmadı, şəxsi mənfəətini düşünən futbol məmurlarının vicdanını təmizləmədi...
Nisbi sakitlikdi. Səkkiz komandalı elitada ən güclünü müəyyənləşdirməyə çalışan ölkə klubları başının hayındadı. Baş məşqçilər axtarır, menecerlər arı kimi qaynaşır, rəhbərlər təsdiqləyir... Kimi sələfindənqalma “zəiflər”i göndərib yeni futbolçular axtarışı adı altında büdcədən “pul yeyir”, kimi maddi təminatı daha aşağı səviyyədə olan klublardan “oyunçu oğurlayır”, kimi də şərəfsizliyə qol qoymadan işini peşəkarcasına görməyə çalışır.
Son vaxtlar qış fasiləsinə zirvədə yollanmağa alışmış “Qarabağ”, nəhayət, təqibçidi. Reynaldonun dönüşünü Ağdam təmsilçisi üşün “tərpəniş” saymaq olarsa, “Neftçi”nin “taxtda qalmaq” hədəfi ilə çalışmaları uzlaşmır. Əlbəttə, “ağ-qaralar” son dönəmlərin ən yaxşı fürsətini yaxalayıb. Amma yazda tərəfdarların sinəsində yeni ümidlər cücərtmək üçün daha sanballı dəyişikliklər edilməsi vacibdi. “Jalgiris”dən alınan “qarabala” müdafiəçi ilə “köhlən atlar”ın qarşısını kəsmək istəyi müşkül məsələdi. Digər tərəfdən, Roberto Bordinin varlığını da əldə bayraq kimi saxlayıb, gərgin mübarizədən danışmaq olmaz. İtaliya “məşqçi sexi”nin 3-cü dərəcəli “məhsullarından” sayılan Bordin daha öncə çalışdığı Moldovada “heç-heçələr kralı” adlandırılır. Şəxsi fikrimdi, böyük zəfərlər, gözyaşardan uğurlar haqqında danışdığım italyanlıq deyil. Niyə? Darıxmayın, yazda bu haqda daha geniş təhlillər apararıq.
“Zirə”dəki “yarpaq tökümü”, “Sumqayıt” və “Keşlə”nin iddiasız canfəşanlığı da sıradan mənzərədi. Yalnız “Qəbələ”ni belə görməmişdik ki, ona da cari mövsüm adət edəcəyik. Təsəvvür edin, 10 milyona yaxın əhalisi olan Azərbaycanın yerli futbolla maraqlanan qismi Təmkindən danışır. “Qəbələ”ni premyer-liqanın debütantı “Sabah”a dəyişən Xəlilzadədən. Hə, mən də sizi düşündürən faktın təsirindəyəm: axı, bir neçə il öncə tsvetkovları, jabaları, demetradzeləri, 350 min dollar illik məvacibə “naz edən” yerli ulduzcuqları müzakirə etdiyimiz halda, bu qış təcrübəsiz, böyük uğurlara imza atmamış Təmkinlə necə kifayətlənə bilərik?
“Qarabağ”ın əsas heyətində möhkəmlənmək şansının olmadığını anlayandan sonra özünü sübut etməyə başqa məkanlar tapan və durğun bataqlığı xatırladan “yerli bazar”da yavaş-yavaş yaxşı oyunçu sayılan Xəlilzadə təmkinli addım atıb. Şübhəsiz, “Qəbələ” və “Sabah” dünəninə görə eyni sanbalda klublar deyil. Amma Elşad Əhmədovun rəhbərliyi altında top qovmaq qışın ən səs-küylü transferi üçün elə ən aydın sabahdı.
Bölgədə qalmağı əlavə problem saymasından, ev oyunlarını yaşadığı Masazır qəsəbəsində keçirən kollektivə üz tutmasından Azərbaycansayağı mərəz qoxusu gəlsə belə, yanlış işə qol qoymayıb. Uzun müddət özündən fərasətsizlərin kölgəsində qalan Əhmədov Təmkini “rəndələyə”, əsl cinah müdafiəçisinə çevirə bilər. İzlədiyi oyunlardan nəticə çıxarmağı bacaranlar müdafiəçi mövqeyində millidə də tər tökməyə imkan tapmış 1993-cü il doğumlu futbolçunun zəif tərəflərindən xəbərdardı. Müəyyən sürəti, solaxay zərbələri, asmaları üstünlüyüdüsə, müdafiə olunmaq məharəti qeyri-kafidi! Müdafiə bacarığının qeyri-kafi olduğunu söyləməyimi sərt yanaşma sayırsızsa , “orta səviyyədən aşağı” təyini ilə barışın! Daha artığını ağlınızdan keçirmədən...
Xəlilzadə təzyiq altında düzgün oynamağı öyrənəcəyi, vaxtında boş qoyduğu mövqeyə dönməyə vərdiş edəcəyi təqdirdə 25-26 yaşında hələ də tam açılmayan potensialı ilə bir pillə yüksəyə qalxacaq. Hardasa Ansi Aqolli yüksəkliyinə...
Ansinin adını təsadüfən yada salmadım. Məhz alban müdafiəçinin varlığı “Qarabağ” – Təmkin izdivacının bəhrə verməsinə əngəl olmuş, Qurban Qurbanov AZAL - “Zirə” - “Qəbələ” - “Sabah” marşrutu ilə yola çıxan gəncin önünü kəsməmişdi. Xarakter göstərsə, Əhmədovun yardımıyla karyerasının baharını yaşamaq şansı qazanacaq. Son 4 ildə 40 faiz “artıran” cinah oyunçusuna heç olmasa, daha 40 faizlik inkişaf lazımdı. Aqolliyə çatmaq, oynadığı klubdakı gənclərin burnunu mövqe uğrunda mübarizədə ova bilmək, millinin əvəzolunmazlarından biri adını qazanmaq naminə durmadan işləməlidi. Yeni çalışdırıcısı onu bu məqsədlə istəyib. Yarımmüdafiənin sağ və sol cinahlarında sınamaq, müdafiənin solunda “bişirmək”, hücumlara inamla qoşulan, asmalarla rəqibləri təngə gətirən fiqura sahib olmaq üçün.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar