10 mar 20:04Yazar

Əcnəbilərə heyranlıq və qıcıq doğuran qiymətlər

Əcnəbi istər Azərbaycana, istər Ermənistana, istərsə də Lesotoya getsin, deyəcək ki, siz çox qonaqpərvər xalqsız. Sözümün canı odu ki, əcnəbilərin tərifli fikirlərinə çox da aldanmaq lazım deyil, onlar nəzakət əlaməti kimi müsbət fikirlər söyləməlidirlər. Ancaq etiraf etmək lazımdı ki, ölkəmizdə qonaqpərvərlik həddini aşır, ifrat dərəcəyə çatır, yumşaq şəkildə "əcnəbi heyranlığı" adlandırırıq, əslində bir çox hərəkətimiz heyranlığı (yaltaqlıq yazmaq istərdim, amma çox təhlükəli olduğunu düşündüm) da keçir. Məni ən çox təəccübləndirən müstəqil adlandıra biləcəyimiz mətbuat nümayəndələrinin hərəkətləridi. Bu yazıda idman jurnalistlərinin əcnəbi heyranlığına toxunacağam.
Məlum olduğu kimi, Azərbaycan idmanı gündən-günə "yadelliləşir", Olimpiadalarda azərbaycanlı idmançıları artıq barmaqla saymaq olar. Mütərəqqi mətbuat bu məsələylə bağlı üsyan etməli olduğu halda, yuxarıların siyasətini ikiəlli dəstəkləyir, guya onlar bayrağımızı ucaltmaqla ölkəmizin imicini yüksəldir. Qardaşlarım, yorulmadızmı belə çürük ideyanı səsləndirməkdən? Olimpiadalarda medallarımızın sayı hər dəfə artır, imic niyə aşağı doğru gedir? Hələ də başa düşmədizmi süni surətdə qazanılan uğurlar heç vaxt bir ölkənin imicini yüksəltməz? Siz doğrudan da azərbaycanlıları sevirsizsə, deməlisiz ki, mənə əcnəbi çempiondansa, baron Kubertenin ideyasına (əsas iştirakdı) riayət edən özümüzkü lazımdır. Belə desəz, kim sizi nədəsə günahlandıra bilər?!
Əcnəbilərə aşırı vurğunluğu ən populyar idman növü olan futbolun timsalında da görmək mümkündü. Bu saat hamı səbirsizliklə gözləyir ki, Almeydanın sənədləri qaydaya düşsün və o yığmada (70 faizi əcnəbilərdən qurulan ölkənin yığmasını milli adlandırmaq da əslində düzgün deyil) oynamağa başlasın. Çox təəccüblənirəm: yəni siz o qədər sadəlövhsüz ki, başqa millətlərin "otxodu" ilə bəslənən yığmanın böyük uğurlar qazanacağına inanırsız?
Əcnəbilərə yaxşı münasibətə əmin olmaq üçün sevimli "Futbol+"in hər oyunda qapıçılara verdiyi qiymətlərə də baxmaq kifayətdi. Neçə ildi izləyirəm, həmişə görmüşəm ki, reportyorlar legionerlərin qiymətini şişirdir, azərbaycanlı qapıçalara isə laqeyd münasibət bəslənir. Dediklərimə sübut üçün 19-20-ci turlara nəzər yetirmək kifayətdi. "Qəbələ" - "Qarabağ" oyununda meydan sahiblərinin qapıçısı Dmitri Bezotosnı 6,5 alır, guya iki çətin top qaytarıb. Qapıçı o topları da qaytarmayacaqsa, elə gedib mən qapıda duraram da! Tutaq ki, bunu qoyduq kənara, axı reportaji oxuyarkən görürük ki, meydan sahibləri daha üstün oynayıblar, bunu Qriqorçuk da bildirmişdi. Məntiq hardadı: komanda üstün oynayır, amma qapıçı ən yaxşı olur? Qapıçı yaxşıdısa, niyə rəqibin hücumçuları Ndlovu və Mədətov cəmi 5 bal alır? Həmin tur keçirilən "Neftçi” – “Kəpəz" oyununun reportajında belə bir cümlə var: “Hesabın açılmamasına görə meydan sahibləri qeyri-dəqiq zərbələrə borcludusa, "Kəpəz" Davud Kərimiyə minnətdar olmalıdı”. Amma Vaylo ilə Kərimi arasında cəmi 0,5 bal fərq var. Açığı, gözləyirdim ki, Davud bu oyuna görə Azərbaycan futbol tarixində ilk dəfə 7 bal alan qapıçı olacaq. Gəncəlilərin qapıçısına münasibətdə son turda da ədalətsizlik edilib. “Kəpəz” – “Qəbələ” oyununun reportajında oxuyuruq: "Birinci hissənin son dəqiqələrində Kərimi iki möhtəşəm seyvlə yadda qaldı". Nəticə? Yenə əllər əsə-əsə verilən 6 bal. Qolda da Kərimini heç cür günahlandırmaq olmazdı. 20-ci turun mərkəzi oyununda da ("Qarabağ" - "İnter") Səlahət Ağayev İbrahim Şehiçə bərabər tutulub. Ay insafsızlar, heç olmasa, Səlahətin son dəqiqədə qaytardığı topu nəzərə alaydız!
Bilirəm, bu yazını oxuyan gənc həmkarlarım hər vəhclə özlərini təmizə çıxarmağa çalışacaqlar. Onlara indidən demək istəyirəm ki, bir həqiqətə tam əmin olmasam, çox sevdiyim, hörmət etdiyim qəzetə belə yazı göndərmərəm!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar