10 mar 19:56Yazar

Arazı ayırdılar...

Araz Abdullayev yeni ilin ilk günündə futbol azarkeşlərinin və idman jurnalistlərinin rahatlığını sözün yaxşı mənasında pozdu. Son illərdə yetişən ən istedadlı futbolçuların sırasında öncüllərdən olan Abdullayevin “Neftçi”ni “Qəbələ”yə dəyişməsi sıradan bir xəbər deyildi. Bu xəbəri alan hər kəsin beynindən min cür suallar keçdi: “Neftçi” onu nə üçün əldən buraxdı?”, “Qəbələ” Araza görə nə qədər xərcə düşdü?”, “yeni klubunda istedadını aça biləcəkmi?”, “ağ-qara rənglərə könül verən fanatlar bu gedişə necə münasibət göstərəcəklər, kapitanın yerinə kim gələcək?”... Saysız-hesabsız cavabını gözləyən suallar var idi. İdman jurnalistləri də elə yeni ilin ilk günündə istirahətdən, yeyib-içməkdən başlarını ayırmağa məcbur qalıb, bu suallara cavab axtarmağa başladılar. Nikbin olanların sayı yetərincə idi. Söhbət Arazdan gedirsə, onun istedadına kimsə şübhə edə bilməzdi. Optimist olanlar həm Arazın istedadına, həm də Roman Qriqorçukun bacarığına və təcrübəsinə güvənirdilər. Onlar əmin idilər ki, ukraynalı mütəxəssis Arazın transferinə elə-belə razılıq verməz. Deməli, Roman İosifoviç də fərqindədi ki, “Neftçi” azarkeşləri ilə münasibəti pozulan kapitan psixoloji gərginlikdən əziyyət çəkir. Mühiti dəyişsə, bacarığını daha yaxşı sərgiləyər, özünə olan sarsılmış inamı bərpa edər, karyerasında dönüş yaranar. Əminəm ki, sizin də aranızda bu düşüncədə olanların sayı yetərincədi. Elə mən də belə düşünürdüm, “Qəbələ”yə keçidi Araz üçün tarixi şans kimi qiymətləndirirdim. Fikirləşirdim ki, 25 yaş bir futbolçu üçün elə də az deyil. Bu yaşda istənilən şəxs özü üçün müəyyən dərslər çıxarmış, kamilləşmiş olur. Başa düşür ki, həyatda özünə yer tutmaq istəyirsə, daha ciddi olmalı, üzərinə düşən işin öhdəsindən daha yaxşı gəlmək üçün səylə çalışmalıdı. Ələxsüs də idmanda və futbolda.
Maddi baxımdan Arazın hansısa problemlər yaşadığı inandırıcı deyil. “Neftçi”nin ən yaxşı vaxtlarında oynayıb, klubun sabiq prezidenti Sadıq Sadıqovun ən sevimli futbolçularından olub. İndiyə qədər pis qazanmayıb, bundan sonra da belə olsun. “Qəbələ”yə yaxşı məbləğə, yetərincə ciddi ödəniş qarşılığında keçdiyindən də xəbərdarıq. Amma Arazın bilməli və nəticə çıxarmalı olduğu bir həqiqət var. Son dövrlərdə onun “Neftçi”də özünü göstərə bilməməsinə bəraət qazandırmaq mümkün idi. Bu bəraət bəhanəyə çevrilmişdi, onu tənqidlərdən qoruyurdu, mətbuat Arazın sönük oyununun üzərinə çox da getmirdi. Azarkeşlərin bitməyən təzyiq və təhqirlərinin altında 90 dəqiqə meydanda tab gətirmək elə də asan deyil. Bundan başqa, Arazın ulduzunun Vəli Qasımovla, Elxan Abdullayevlə, elə “Neftçi”nin yeni rəhbərliyi ilə barışmadığı da ehtimal olunurdu. Deyilənə görə, rəhbərlik Abdullayevə Sadıq Sadıqovun dövründənqalma kadr olduğu üçün o qədər də isti münasibət bəsləmirmiş, onun meydanda qəsdən can qoymadığından şübhələnirmişlər. Bu səbəbdən də ilk imkandaca Arazdan qurtulmağa, onu “Neftçi”dən göndərməyə ikiəlli razı oldular, elə fon yaratdılar ki, guya bu keçiddən kluba böyük məbləğdə gəlir gətirdilər. “Qəbələ”də isə hər şey fərqlidi. Əyalət klubunun azarkeşləri və rəhbərliyi ona böyük ümidlər bəsləyir. Komandanın başında Roman Qriqorçuk kimi bacarıqlı mütəxəssis dayanır. Həmin Qriqorçuk ki, Cavid Hüseynovu iki dəfə Azərbaycan futboluna qazandırıb. “Qırmızı-qaralar”ın heyəti də kifayət qədər səviyyəli futbolçulardan qurulub. Bu isə hər mənada Arazın xeyrinədi. Həm ciddi rəqabətdən qalib çıxmaq üçün çalışmalı, inkişaf etməlisən. Həm də bu cür səviyyəli futbolçularla eyni kollektivdə oynamaqla qalib psixologiyasına yiyələnmək, daim yüksək hədəflər uğrunda mübarizə aparmaq, göz önündə olmaq mümkündü. Yetər ki, Araz bütün bu nüansları öz xeyrinə çevirə, əlinə düşmüş fürsətdən yararlana bilə. Əks halda, həm öz nüfuzunu, həm də bəslənən ümidləri xeyli zəiflətmiş olacaq. Artıq kimsə inanmayacaq ki, yarımmüdafiəçi ona ilahi qüvvə tərəfindən verilmiş istedaddan yararlana, səviyyəli futbolçuya çevrilməklə həm özünə, həm də ölkə futboluna böyük fayda verə biləcək.
“Qəbələ”də olduğu zaman ərzində 7 oyunun heç birində Qriqorçuk Arazı 90 dəqiqə meydanda saxlamayıb. AZAL-la qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyən Araz dörd matçda start heyətinə düşsə də, 2-ci hissədə əvəzlənib. “Zirə” və “Sumqayıt”la oyunlarda isə son 10-15 dəqiqədə meydana çıxıb. “Qarabağ”la Qəbələdəki qarşılaşmadan sonra Arazın gözlənilən qayıdışı barədə verdiyim suala Qriqorçukdan istədiyim cavabı ala bilmədim. Məlum məsələdi ki, ukraynalı mütəxəssis vacib qələbədən sonra nə özünün, nə də futbolçusunun qanını qaraldacaq ifadələr işlətmək istəmədi. Amma onun Arazdan razı qalmadığı statistikadan da bəllidi. “Qəbələ” bir ətək pulu Arazın yolunda ona görə xərcləməyib ki, yarımmüdafiəçi bir dəfə belə 90 dəqiqə meydanda olacaq oyun sərgiləməsin, əvəzində başına sığal çəksinlər. Abdullayevi “Neftçi”dən böyük ümidlərlə ayırıblar. O da bunun qarşılığını meydandakı oyunu ilə verməlidi. Ondan gözlənilən, hələlik göstərə bilmədiyi oyunu ilə!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar