10 mar 19:46Yazar

Yalanla dolu cavab...

...və ya Tuyqun Nadirov niyə belədi?
Bildiyiniz kimi, qəzetimizin çərşənbə axşamı sayında “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimova ünvanladığım açıq məktub dərc olunmuşdu. Söhbət klubun “Futbol+”ə ödəməli olduğu 9 min manatdan gedir ki, sırf vitse-prezident Tuyqun Nadirovun yersiz tərsliyi üzündən iş dalana dirənib. Açıq məktuba yer verən saytlara, eləcə də ictimai-siyasi xarakterli mediaya təşəkkürümü bildirirəm, onların dəstəyini yüksək qiymətləndirirəm.
İş ondadı ki, artıq həyatda olmayan klubun yaşayıb-yaradan rəhbərliyi, nə bilim, bəlkə də sözçüsü açıq məktubu işıqlandıran virtualaz.orq saytına cavab göndərib. Bu cavab deyil, fiasko və məsuliyyətdən qaçmaq cəhdidi ki, indi konkret detallar əsasında fikrimi izah edəcəm. Tuyqun bəyin məsləhəti əsasında hazırlanan və çox güman, Hüseyn Cəbrayıloğlunun yazdığı cavab belə başlayır: “Xəzər Lənkəran” futbol klubu yarandığı ilk günlərdən öz təşəbbüsü ilə Azərbaycanda idman mediasının dəstəklənməsi məqsədilə saytlar və qəzetlərlə əməkdaşlıq edib və bu günə qədər də müqavilələr üzrə öhdəliklərinin yerinə yetirib. Qeyd etməyə dəyər ki, klubumuzun heç zaman reklama ehtiyacı olmayıb və biz KİV-lə yalnız onların inkişafı naminə əməkdaşlıq etmişik”. Elə burdaca dayanaq. İdman mediası ilə reklam əməkdaşlığına görə sağ olun, amma öhdəlikləri yerinə yetirməmisiz axı. Onlarla saytın üzərinizdə yığılıb qalan borcunu ötən ilin sonunda, özü də ən azı yarıbayarı azaltmaqla vermisiz. Sadəcə, həmkarlarımız illərdi formalaşan münasibətlərə hörmət qoyaraq, susub. İkinci məqam: “klubumuzun heç zaman reklama ehtiyacı olmayıb”. Həmişə olub, özünüz də çox yaxşı bilirsiz. Abunə kartlarını satmaq lazım gələndə, hakim haqsızlığı ilə üzləşəndə, başqa klublar oyunçularınızı transfer edəndə jurnalistlərdən dəstək istəmisiz, Mais Mənsimovun adından müsahibələr hazırlayıb, qəzetlərə, saytlara ötürmüsüz. Ümumiyyətlə, biznesdən, ticarətdən (Tuyqun bəy hansı sözü istəyirsə, onu da seçə bilər) baş çıxaran, müasir futbol dünyasının qanunauyğunluqlarını bilən adamın “klubumuzun heç zaman reklama ehtiyacı olmayıb” kimi yekəxana, özündənrazı cümlə yazması heç cür anlaşılmır. Məhz elə belə-belə jestlərə görə də bu gün “Xəzər Lənkəran” tarixə qovuşub.
Cavabda daha sonra deyilir: “O ki qaldı “Futbol+”in müraciətinə, müqavilənin 6.1-ci bəndinə əsasən, klub birtərəfli qaydada sazişi poza bilər və bu da edilib. Beləliklə, “Xəzər Lənkəran” futbol klubunun qəzetə heç bir borcu yoxdu”. 2015-ci il iyulun 1-də imzalanan, biz tərəfdən qəzetin direktoru Cəsur Məmmədovun, klubdan isə vitse-prezident Tuyqun Nadirovun imza atdığı müqavilənin 6.1 maddəsi belədi: “Sifarişçi tərəfindən birtərəfli qaydada, xitam haqqında bildirişin verildiyi günə qədər müddətə olan ödənişi həyata keçirməklə”. İndi Tuyqun Nadirov cənabları buyurub izahat versin ki, xitam haqqında bildirişi kimə göndərib, həmin mücərrəd xitama qədər olan dövrün pulunu hara ödəyib və s. və i.a. Burdaca oxucu haqlı olaraq sual edə bilər ki, klubu qəzəbləndirən, qəzeti xəbərdar etmədən, bildiriş göndərmədən müqaviləni birtərəfli pozmağa vadar edən yazı hansıdı? Söhbət “Futbol+”in ötən il fevralın 1-i sayında dərc edilən “Tural Əsgərov “Xəzər Lənkəran”ın gizlinlərini açdı” sərlövhəli müsahibədən gedir. Həmin müsahibədə klubun, Tuyqun Nadirovun imicinə zərbə vurmağa yönələn bircə dənə də cümlə yoxdu, bəli, tənqid var və kimsə tənqidi qəbul edə bilmirsə, bu artıq bizim problemimiz deyil. Əslində burda, necə deyərlər, xoruzun quyruğu görünür. Belə çıxır ki, saytlar və qəzetlər ilə reklam müqaviləsi bağlamaqda gerçək məqsədiniz klub ətrafında yaşanan neqativ proseslərin, ümumiyyətlə, tənqidin mediaya sışramaması olub, yəni müqavilədən idman jurnalistlərinə təsir vasitəsi kimi yararlanmaq niyyəti güdübsüz.
Nəhayət, cavabın son cümləsi belədi: “Digər ittihamlara gəlincə, qəzetin sahibi ilə klubumuzun nümayəndəsi arasında telefon danışığı baş tutub və bütün məsələlər nəşrin sahibinin nəzərinə çatdırılıb. Zərurət yaranarsa, danışığın məzmunu və digər təfərrüatları barədə ictimaiyyətə məlumat veriləcək”.
Bu çoxmənalı cümlədən belə anlaşılır ki, bəlkə bizi Nadirovun qarşısında gözükölgəli edən hansısa məqamlar var ki, o da qəzetin sahibi Vüqar Məmmədovla söhbətdə bunlardan bəhs edib. Yox, əsla, hər şey 2+2 qədər sadədi: vitse-prezident Vüqar bəyə məsələni müzakirə etmək üçün görüşəcəyini deyib və təxminən bir ay ərzində söhbətdən qaçıb. Buyursun, ictimaiyyətə nə demək istəyirsə, desin. Amma ictimaiyyət ona inanacaqmı? Vaxtilə “Xəzər Lənkəran”dan FİFA və UEFA-ya şikayətlər ünvanlananda, “Neftçi” Vobayı əlinizdən alanda da haqlı olduğunu, klubun heç kimə borclu qalmadığını deyirdiz. Bəs axırı nə oldu, Tuyqun bəy? Doğrudanmı, “Xəzər Lənkəran”ın indiki durumuna, daha doğrusu, yoxluğuna görə vicdanınız zərrəcə sızlamır? Və doğrudan elə düşünürsüz ki, bəlalarınızın səbəbkarı “Futbol+”di? Və doğrudan elə düşünürsüz ki, qəzetin 9000 manatının üstündən su içəcəksiz, biz də quzu kimi durub baxacağıq?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar