13 dek 03:00Yazar

Bordin üçün “əcəl zəngi”

“Qarabağ” qayıtdı. Yox, söhbət əfsanənin geri dönməsindən getmir. Sadəcə, “Qarabağ” başını buraxdığı Azərbaycan çempionatına daha çox diqqət ayırmağa başladı. Artıq bütün diqqət ölkədaxili yarışlara yönəldiləcək, hər bir oyuna ciddi yanaşılacaq, futbolçuların enerjisi və ən əsası Qurban Qurbanovun diqqəti yalnız eyni məqsəd üçün sərf olunacaq. Daha ağır psixoloji gərginlik, azarkeşlərin və mətbuatın təzyiqləri, min cür hiylə ilə qurulmuş tələlər, Avropa Liqasındakı rəqiblərlə qarşılaşmaq üçün gediləcək uzaq səfərlər yoxdu. Bəli, Londona uzun səyahət, “Arsenal”la tarixi görüş “Qarabağ”ı gözləyir. Amma itirməyə heç nə qalmayıb, şübhə etmirəm ki, bu görüşü Qurban Qurbanov “Qarabağ” üçün rahat və tarixi bir qarşılaşmaya çevirməyə razı olacaq. Ondan sonrası isə elə də çətin olmayacaq.
“Keşlə” ilə oyunda vurulan qolların sayına Mərdəkanda daha bir əlavə olundu və “Qarabağ” “Zirə”ni 6:0 hesabıyla məğlub etdi. Bəli, ciddi fərqdi. Biz deyəndə ki, Azərbaycan çempionatında “Qarabağ”la rəqibləri arasında böyük fərq var, səviyyə fərqi “köhlən atlar”a bərkiməyə, güclənməyə, çətin oyunlara yaxşıca hazırlaşmağa mane olur, inanmayanlar tapılırdı. Buyurun, bu da sizə nəticə. Fərqin aşkara çıxması. “Qarabağ” avrokubokların yükündən, Qurban Qurbanov da millinin stressindən uzaqlaşan, xilas olan kimi rəqiblərini əzməyə başladı. Mənim Tərlan Əhmədovla Samir Abasova, onların çalışdırdıqları komandalara böyük hörmətim var. İstəməzdim ki, Tərlan bəylə Samir bəy meydandan bu cür acınacaqlı, böyükhesablı məğlubiyyətlərlə ayrılsınlar. Amma bu nəticə, belə acı sonluq da qaçılmaz görünürdü. Bir gün bu partlayış olmalı, çoxlarını silkələməli və yuxusunu ərşə çəkməli idi. Buyurun, Azərbaycan çempionatının gerçək səviyyəsini siz də görün.
“Qarabağ”ın “Səbail”lə görüşdəki məlum səhvi və səhvin gətirdiyi texniki məğlubiyyət olmasaydı, indi “Neftçi” ilə xalların sayı bərabər idi. Eyni zamanda da “Səbail”in xallarının sayı indikindən 5 vahid az olmalıydı. Bildiyiniz kimi, Bayıl qəsəbəsinin təmsilçisi bu mövsüm iki görüşdə texniki qələbə ilə mükafatlandırılıb, qələbə qazanmadan 3 xal qazanıb. Həmin 5 xalı “Səbail”in hesabından siləndə, “Qarabağ”ın ən yaxın izləyiciləri “Sabah”la “Qəbələ” olur. Bu həm də liderlərlə onların izləyiciləri arasında xal fərqinin 16-ya bərabər olması deməkdi. Çempionatın yarılandığı bir vaxtda bu qədər fərqin olması isə həm utandırıcıdı, həm də düşündürücü. Özü də bu komandaların hər birinə normal büdcə ayrılır, legionerlər dəvət olunur. AFFA-nın əlinə baxan “Keşlə” ilə “Səbail”in legionerlərə xərclədiyi pullarla isə Tovuzla Mingəçevirdə 10 uşaq komandası yaradıb, akademiya qurmaq, Azərbaycan futbolunun gələcəyinə xidmət etmək mümkün idi. Bu məqama növbəti yazılarımızın birində yenidən toxunarıq. Hələlik isə mövzumuza qayıdaq.
Az əvvəl qeyd etdiyim kimi, “Qarabağ” “Səbail”lə görüşdəki 3 xalı əldən verməsəydi, indi “Neftçi” ilə şərikli lider idi. Bilirsizmi, bu nə deməkdi? “Qarabağ” ağır qrafikə, psixoloji gərginliyə, atılan badalaqlara, Qurban Qurbanovun iki yerdə işləməsinə rəğmən, “Neftçi” ilə eyni xal toplayıb. Düzdü, şəxsi görüşlərdə “Neftçi”nin üstünlüyü var. “Ağ-qaralar” bu mövsüm “Qarabağ”a uduzmayıb, iki görüşdə 4 xal toplamağa nail olub. “Uypeşt”in darmadağın etdiyi “Neftçi” Avropadan əli ətəyindən uzun qayıdıb, amma bununla da klub rəhbərliyinin gizli planı baş tutmuş olub. Avropa Liqasındakı mübarizədən erkən ayrılmaq sayəsində “Neftçi” əlavə enerji itkisindən xilas olmağa, diqqətini bütünlüklə Topaz premier-liqasına yönəltməyə nail olub. Bir cəbhədə mübarizə aparan Roberto Bordin milli komandaların oyunları ilə bağlı yaranan fasilələrdə “taym-aut” götürüb, nəfəsini dərib, komandasını çalışdırıb, səhvləri və rəqiblərini təhlil etmək imkanı qazanıb. Bütün bunlar çox vacib məqamlardı. Xüsusilə də yeni komandanı çalışdırmağa başlayan, yeni futbol mühitinə və çempionata alışmağa çalışan əcnəbi üçün bu xırda nüanslar xeyli vacibdi. Bu mənada Bordinin işlərinin yağ kimi getdiyini deyə bilərik.
Bordin bu fürsəti dəyərləndirməli, “Qarabağ”dan mümkün qədər daha çox uzaqlaşmalı idi. Bununla da azarkeşlərin çoxdan həsrətində olduğu qızıl medalları və Çempionlar Liqasında iştirak hüququnu qazanmaq xeyli asanlaşacaqdı. Bunu hələ yayın son günlərində yazdığım bir yazıda vurğulamışdım, vəziyyəti ətraflı təhlil etmişdim. Çünki qış fasiləsindən sonra toparlanmış “Qarabağ” “isti nəfəsi”ni “Neftçi”yə yaxından hiss etdirəcəkdi, bu nəfəsin istisi Bordini və onun komandasını yandıracaqdı.
Deyəsən, fürsət əldən qaçırıldı. Xal fərqi, demək olar ki, yoxdu. “Neftçi” fasilə ərəfəsindəki 5 xallıq fərqi də “əritdi, ini çempionatın liderlərini bir-birindən cəmi bir qələbə ayrırır. “Neftçi” ilə “Qarabağ” isə fasilədən sonra iki dəfə qarşılaşacaq. Ortada öz sahibini gözləyən 6 xal olacaq. “Qarabağ”ın yaxaladığı yüksəlişi isə Bordin üçün ciddi həyəcan siqnalı saymaq olar. O qədər həyəcanlı ki, lap “əcəl zəngi” kimi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar