11 dek 19:21Yazar

Bir istefaya sözardı

Hamı yeyir! İlk dəfə eşitdiyim bu sözlərin anlamını bilmirdim. Ömrü boyunca müxtəlif vəzifələrdə işləsə də, rüşvət almayan atamı evdəkilər, gələn-gedən bütün qohumlar qınayırdı: hamı yeyir, sən niyə yemirsən? Bu sözlər uşaqlıqdan qulağımda sırğa kimi qaldı. Ağlım kəsəndən sonra anladım ki, əslində ölkəmizin bütün bədbəxtliklərinin, geridəqalmışlıqlarının təməli rüşvət imiş.
O gün Orxan Fikrətoğlu İTV-dəki verilişində deyir ki, "Sovet dövrü futbolçularımız vətənpərvərlik üçün oynayırdı, pul üçün yox". Hörmətli Orxan bəy həmin dövrdə, çox güman, gənc futbol fanatı olub. Gerçəklik çox fərqlidi. Təfsilata varmaq istəmirəm, futbolda olan adamlar çox yaxşı bilir ki, o vaxt da, indi də əsas məsələ pul olub. Həmin vaxt kifayət qədər alınan və satılan oyunlar görən və bəlkə də özləri də pul xatirinə nələrsə etmiş İsgəndər Cavadovla Vaqif Sadıqov Allah şahididi. Qurban Qurbanov da futbolçu vaxtı yetərincə alınan və satılan oyunlar görüb, əminəm, Cavadov və Sadıqov kimi iştirakçısı da olub. Tüfənglə qazanılan çempionluqlardan tutmuş ağlınıza gətirə biləcəyiniz və gətirə bilməyəcəyiniz hər murdarlığı görüb. Bütün bunların fonunda Qurbanov Azərbaycan futbolunda şəxsiyyətini qorumağı bacaran tək-tük adamlardandı. Nə qədər əyriliklərə şahidlik eləmiş olsa da, nə qədər fırıldaqlar, yeyinti sxemləri bilsə də, "moşennik" ola bilməyib. Olsaydı, Kosovoyla oyunda belə nokauta düşməzdi. Qurbanov “moşennik” demirəm, heç olmasa, bir az intuisiyalı olsaydı, Nazarovu, Almeydanı, Dadaşovu, Paşayevi, heç Qarayevi də Kosovoya aparmazdı. Emin Mahmudovu, Ramil Şeydayevi, Mirabdulla Abbasovu, Cavid İmamverdiyevi, Rəhman Hacıyevi, Namiq Ələskərovu oynadardı.
Kənardan demək asandı. Ən böyük məğlubiyyəti elə Qurbanov aldı. Beynəlxalq arenada göstərdiyi möcüzəvi nəticələr unuduldu, bir anda "zəif məşqçi" oldu.
Daha Qurbanovun o nəticəni hansı büdcəylə göstərdiyi, başqa klubların bu müddətdə daha çox pullar dağıtdığı, yediyi haqda kəlmə kəsilmədi. Qurbanovun xidmətləri danılmazdı, amma özü dediyi kimi, indi artıq sıfırdan başlamalıdı. Bu şəraitdə də bütün istəyə rəğmən, nikbin proqnoz vermək olmur. Azərbaycan futbolu can verməkdə olan heyvana bənzəyir. Futbolumuzu bu hala salan kaftarlar isə sanki çoxdan bu anı gözləyirmiş kimidi. Qurbanovun zərərsizlışdirilməsindən sonra işi tam bitirib, "hamı yeyir" deyib daraşacaqlar bu leşə...
Amma futbolumuz hələ canınını tam tapşırmayıb. Azərbaycan futbolunu bu bataqlıqlıqdan, koma vəziyyətindən çıxaracaq kifayət qədər bacarıqlı, savadlı, təmiz, futbolumuzun çirkabına bulaşmamış gənc və müasir kadrlar var. Qurban Qurbanovun dediyi kimi hamını və hər şeyi dəyişib sıfırdan başlamaq lazımdı. Bütövlükdə futbolumuz kimi Qurbanovun özü bu durumda son günlər sosial şəbəkələrdə geniş yayılmış bir videoda kaftarların hücum çəkib əhatəyə saldığı aslanı xatırladır. Həmin videonun sonu xoşbəxt sonluqla bitir - aslanın təklındiyini görən başqa bir şir köməyə gəlir və kaftarlar qorxub qaçır.
Bir deyim də var el arasında: "hamı yeyir e, amma azdan-çoxdan nəsə faydalı iş də görürlər". İllərdir futbolumuza rəhbərlik edənlərin beyninə bu deyimin yalnız ilk iki sözü hopub. Haram xoşunuz!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar