05 dek 13:07Yazar

Allah vurub, biz vurmayaq...

Millətlər Liqasındakı uğursuzluqdan sonra AÇ-2020-nin seçmə mərhələsinə olan azacıq arzularımız da “suya düşdü”. Yığmanın bu yolla dörd oyunu ölkəmizdə keçiriləcək mötəbər yarışın finalına qatılmaq haqda arzuları demirəm. Onsuz da Kosovo, Malta, Farer adalarının yer aldığı qrupdan çıxa bilməyən komandanın güclülər arasında nəsə edə biləcəyinə ümid etmirdik. Amma ortabab rəqiblərlə oyunlarda az-çox nəsə edib, bu payızın uğursuzluğunu unutdurmaq olardı.
Amma bu dəfə də bəxtimiz gətirmədi. Beş komandalı qrupda yer almağımız bir bəladısa, rəqiblərdən birinin son dünya çempionatının finalçısı olması başqa aləmdi. Xorvatiya, Slovakiya, Macarıstan, Uels, Azərbaycan... Razıyam, indiki məqamda sonuncu pillədən qurtulmağın özü böyük uğur sayılacaq. Məsələn, xorvatlar xaric, digər üç rəqibdən birini qabaqlamaq pis olmaz. Çətin görünür, bilirəm. Amma mümkünsüz də deyil. Yığma indiyə qədər həmin Slovakiyanı, İsveçi, Türkiyəni, Norveçi, Şimali İrlandiyanı Bakıda udmağı, Rusiya, Portuqaliya, Belçika, Xorvatiya ilə heç-heçə etməyi bacarıbsa, deməli, yaxın gələcəyə ümidlə baxmaq mümkündü. Sadəcə, istəmək lazımdı, bir az da bəxtin üzü gülməlidi. Bizimkilər hər nə qədər avropalılardan geri qalsalar da, müasir futbol sürprizlərlə doludu. Məsələn, Uels, Slovakiya, Macarıstan kimi yığmalardan ikisini Bakıda yenmək əlçatmaz deyil. Hətta səfərdə 1-2 heç-heçə gözləmək olar. Yəni milli deyildiyi qədər də zəif deyil. İstəyəndə, bacarırlar.
Məni narahat edən əsas məsələ ölkənin bir nömrəli komandasının lağ-lağı obyektinə çevrilməsidi. Başa düşürəm, Kosovo faciəsi sənə də, mənə də dağ çəkib. Adam unuda bilmir, heç cür yaddan çıxmır. Amma pis iş hamımızın başına gələ bilər. Gəlib, gəlir, gələcək. Yanında dəstək verən olmayanda, toparlanmaq çətin olur, psixoloji sarsıntı yaşayırsan, heç cür toparlana bilmirsən. Kimsə dəstək verəndə, ilahi güc gəlir, sanki həmin adam deyilmiş kimi yaxşıya doğru dəyişirsən.
Bax, tutaq ki, sən orta məktəbdə ancaq ana dilini öyrənmisən. Bir də pis-yaxşı rus dilində üç-beş cümlə qurursan. Günlərin birində gedib düşürsən uzaq Kanadaya, Avstraliyaya, ya da nə bilim Danimarkaya. Dil bilmirsən, ordakı mühitdən xəbərdarsan. Orda yaşayan azərbaycanlılar da sənə kömək etmir, əksinə, gülürlər, məzələnirlər. İrəli boylanmaq istəyirsən, alınmır, geri gedirsən. Hamı səndən uzaq gəzir, çünki ayaqlaşa bilmirsən. Özünə ha onların yanında yer etmək istəsən də, daim gülüş hədəfinə çevrildiyini görüb ruhdan düşürsən. Düzünü de, necə olarsan? Azərbaycana dönmək imkanın varsa, qayıdacaqsan, yoxdusa, ya özünü öldürəcəksən, ya da içkiyə qurşanıb məhv olacaqsan.
Yığma üzvlərinin indiki halı budu. Adamlar uşaq yaşlarında bu oyunun təməl prinsiplərini öyrənməyiblər, öyrədən olmayıb. Qabaqlarına top atıblar, bunlar da düşüb dalınca. Oynaya-oynaya böyüyüb, müəyyən həddə çatıblar. Azərbaycanda özlərindən güclüsü olmayıb deyə, dilləri uzun olub. Ancaq Avropaya çıxanda başlarını qaldıra bilmirlər. Çünki futbolun dilindən xəbərsizdilər. Sən və mən almancanı bilmədiyimiz kimi. Ona görə də Avropanın “göbəyində” topla yatıb-duranlar bizimkilərə dərs keçir, hər zaman üstün olurlar. Uğur qazanmağı bəlkə də özləri bizdən çox istəyir. Hər halda, ad-sandı, ölkə prezidenti ilə birbaşa görüşmək imkanıdı, puldu, imicdi, hər şeydi. Alınmır ki alınmır. Ya təcrübə çatmır, ya güc, ya da bəxt bunlardan üz döndərir.
Yığma üzvlərini azı sizin qədər qınayıram. Amma dərindən düşünəndə sözün hər mənasında yazığım gəlir. Gücləri çatmır, geri qalırlar, bunu bilirik axı. Bildiyimiz halda onların üzərinə bu qədər gedib ələ salmaq bizə nə verir? Əksinə, yanlarında olmalı, gücsüz olduqlarını bilə-bilə dəstək verməli, enerji mənbəyi olmalıyıq. Bir xalq kimi yumruq kimi birləşməliyik. Olanları budu da. İllərdi söyürük, ağzımıza gələni deyirik, yenə budu. Heç olmasa, bir dəfə yanlarında olaq, doğma qardaşımız bilib bağrımıza basaq. Bir məğlubiyyətdən sarsılan kimi onların üzərinə getmək əvəzinə ürək-dirək verək, arxalarında durduğumuzu göstərək. Mən jurnalist, sən oxucu, hamımız. Futbol oynaya bilmirlər, heç olmasa, bəlkə aldıqları güc hesabına nəsə edərlər. Onsuz da futbolçu kimi onları Allah vurub. Heç olmasa, biz vurmayaq...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar