03 dek 21:20Yazar

Hər püşk = yeni ümidlər

Millətlər Liqasının finişindəki fiasko və “Qarabağ”ın son acı məğlubiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin dünənki püşkatmasından sonra sosial şəbəkələrə yağan reaksiyaların “rəngini” müəyyənləşdirdi: sanki adamlar “kim öz ölkəsinin yığmasına daha yaxşı ironiya edə bilər” yarışına çıxıb. Nə edəsən, Əlahəzrət Nəticə futbolda öndə gedən və bütün təsəvvürləri formalaşdıran dəyərdi. Hərçənd şəxsən mənim üçün hər püşk yeni ümid, yeni xəyallar qurmaq üçün fürsət, “bəlkə bu dəfə...” nidasından bünövrəsini götürən və ən azı marta qədər qəlbimi tərk etməyəcək gözəl duyğuların qammasıdı.
Püşkün üzümüzə gülmədiyi hər kəsə aydındı. Yəni 6 komandalı qrupa düşə bilərdik və orda özümüzdən zəif hansısa yığma bizim üçün xal mənbəyi rolunu oynaya bilərdi. Bununla belə... Bu komandaların – Xorvatiya, Uels, Slovakiya, Macarıstan - hər biri ilə oynamışıq, qələbə də qazanmışıq, heç-heçə də etmişik, amma acı məğlubiyyətlərin sayı daha çoxdu. Şəxsən mənim üçün yalnız son dünya çempionatının finalçısı qorxulu rəqibdi, qalanları ilə oynamaq və xal qazanmaq olar. Demirəm ki, bu qrupda ilk iki yerdən birini tutub, final mərhələsinə vəsiqə qazanacağıq. Zatən, belə desəm və yazsam, oxucular düşünəcək ki, yəqin dünən dəlixanalarda açıq qapı günü olub. Amma milli forma geyəcək futbolçular üçün bir stimul tapmışam: final mərhələsinin bəzi oyunları Bakıda keçiriləcəksə, böyük bayramın bir hissəsi olmaq üçün boyundan yuxarı tullanmağa, potensialından artığını göstərməyə dəyməzmi?!
Növbəti seçmə mərhələ heç də təkcə Bakı amilinə görə tarixə düşməyəcək. İş ondadı ki, təqvim də Azərbaycan yığması səviyyəsində komandalar üçün olduqca qeyri-münasibdi. Təbii ki, daimi cüt oyunları nəzərdə tuturam. Yığma martda, iyunda, sentyabrda, oktyabrda və noyabrda qoşa oyunlara çıxacaq. Tarixən gücün bərpası baxımından əziyyət çəkən bizlər üçün çox sərt sınaqdı. Allah Qurban Qurbanova və yetirmələrinə güc-qüvvət versin... Ümumiyyətlə, təqvimin yaydan sonrakı hissəsi Millətlər Liqasını xatırladır ki, bu da anlaşılandı; tarixdə ilk dəfə böyük turnirin seçmə mərhələsi bir ilə sığacaq.
Hər halda, irəlidə dörd aya yaxın müddət var. İstər yığmada rəqabətin artırılması, istərsə komandanın simasını dəyişmək baxımından yetərincə uzun müddətdi. Əminəm ki, Qurban bəy də bunun, yəni Millətlər Liqasını boşa verən bir komanda ilə qarşıdakı seçmə mərhələdə heç nə edə bilməyəcəyimizin fərqindədi. Daha çevik, gənc və sürətli oynamağı bacaran futbolçuların toplaşacağı yığma qurmaq lazımdı. Bu gün Avropada heç kim yeriyə-yeriyə oynamır. Tarixən yığmaya və ölkə klublarına xas olan texnikalı oyunla da artıq kimisə təəccübləndirmək mümkün deyil. Xüsusən də yığma üçün baza rolunu oynayan “Qarabağ”ın oyun üslubunu artıq hər kəs öyrənib və çox asanlıqla önləyici tədbir görürlər. Deməli, yığmanın oyun üslubu ilə də bağlı ciddi dəyişikliklərə əl atmaq, istər futbolçular, istərsə baş məşqçi səviyyəsində improvizələrə daha geniş meydan vermək lazımdı. Kəsəsi, növbəti seçmə mərhələ yığmamız üçün çətin, çox çətin olacaq. Amma başqa yolumuz da yoxdu – imtina edəsi deyilik ki... Odu ki, haydı irəli, dəyiş fikirləri, Azərbaycan yığması!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar