02 dek 17:42Yazar

Qəlbimin dərinliyindəki səs...

Qəzetimizin ötən saylarının birində “Sportinq”lə “Qarabağ”ın müqayisəsi aparılmışdı. Fərq göz önündə idi. “Qarabağ”ın büdcəsinin 10,5 milyon avro olduğu qeyd edilən yazıda “Sportinq”də bu rəqəmin 160 milyondan bir qədər artıq olduğunu da öyrənirik. Bəli, düz 16 dəfə artıq. Əslində “Qarabağ”la “Sportinq”in müqayisəsini elə bu yerdə də nöqtələmək olar. Azərbaycan çempionu dişiylə-dırnağıyla bu səviyyəyə qədər yüksəlir, imzamızı imzalar arasında qoyur. Çalışır ki, biz də futbolun payızının, küləyinin-yağışının nə olduğunu bilək, başımızı başlara qoşaq.
“Qarabağ” “Sportinq”dən 16 dəfə (bəlkə də daha çox) kasıb olsa da, bu böyük fərqi Lissabonda hiss etdirməmişdi. Portuqaliya paytaxtındakı görüşdə “Sportinq” Çempionlar Liqasının ötən mövsümkü iştirakçısı olan rəqibinə daha ehtiyatlı yanaşır, “Atletiko”nun gününə düşmək istəmədiyini hiss etdirirdi. “Qarabağ”ın da oyuna yaxşı hazırlaşdığı hiss olunur, meydanda bərabərsəviyyəli mübarizə gedirdi. Bu ssenarini BOS-da davam etdirmək, rəqibə layiqincə müqavimət göstərmək mümkün olmadı. Son ayların fiziki yorğunluğu, psixoloji gərginliyi özünə göstərdi. Özü də təkcə vurulan qollar zamanı yox, elə 90 dəqiqənin az qala hər saniyəsində. “Qarabağ” nə “Arsenal”la Bakıdakı oyundakı kimi “diri” görünürdü, nə də “Vorskla” ilə Poltavadakı qarşılaşmada olduğu qədər etibarlı və diqqətli. Avrokuboklarda 100-cü oyununa çıxan kapitan Rəşad Sadıqovdan tutmuş ayrı-ayrı epizodlarda səviyyəsini ortaya qoymağı bacaran Vild-Donald Geryeyə qədər “Qarabağ”ın meydanda olan 10 futbolçusu özünə bənzəmədi. Onların əzmkarlığından, Avropada yazdıqları tarixdən əsər-əlamət hiss olunmurdu. Bəli, söhbət 10 futbolçudan gedir. Bilərəkdən İslanidiyanın “1 nömrəsi”, “Qarabağ”ın bu yay böyük ümidlər və hay-küy ilə Azərbaycana gətirdiyi Hannes Halldorssonu bu sıradan ayırıram. Əcnəbi qolkiper bir dəfə də komandasına kömək etmədi, üzərinə düşən işin, yəni “çərçivə”ni qoldan qorumağın öhdəsindən gəlmədi. “Köhlən atlar” meydana qapıçısız çıxsaydılar belə, nəticə indikindən o qədər də faciəvi olmazdı.
Bəli, 1:6 hesabıyla uduzmaq - özü də evdə - çox ağırdı. Amma burda söhbət hansısa fiaskodan, yaxud da faciədən gətmir. Bu fərq Azərbaycan və Portuqaliya futbolu arasında olan böyük uçurumun, bizim bir toplum olaraq Avropadan nə qədər geridə qaldığımızın əyani sübutudu. Bu fərqin təkcə futbolda, təkcə futbolçular və çempionatlar arasında olmadığını, ümumən həyatın başqa sahələrində də vəziyyətin oxşar olduğunu deməklə yeni nəsə kəşf etmərəm. Acı reallıq belədi. Bir az əzmkarlıq, həlledici oyunlarda yüksək konsentrasiya, Qarabağ sözünün mənəvi yükü və böyük məbləğlər qarşısında Azərbaycana gəlməyə, burda futbol oynamağa razılaşanların sayəsində zaman-zaman uğurlar qazanmışıq. Bu uğurların hamısı da həm öz tariximizə, həm də Avropanın nəhəng klublarının tarixinə yazılıb. Onları ordan silmək mümkün də deyil. “Atletiko”dan tutmuş “Çelsi”yə, “Roma”dan tutmuş “Rusenborq”a qədər qitənin tanınmış klubları “Qarabağ” və Azərbaycan adlarını yanaşı tanıyır, Avropa ilə Asiyanın birləşdiyi uzaq bir yerdə belə bir futbol möcüzəsindən, onun memarından xəbərdardılar.
Eyforiya, əzmkarlıqla zirvələrə yüksəlmək dövrünü bitirmək zamanı gəldi. Biz yüksəldiyimiz zirvədə qərarlaşmaq, avrokubokların qrup mərhələsində iştirakla kifayətlənməyib, ordan da irəli getmək istəyiriksə, inqilabi dəyişiklilərə hazır olmalıyıq. Cəngəllik, üfunət iyi verən bataqlıq içində gül bəsləmək mümkündü, amma o gülü uzun müddət təravətli saxlamaq, üfunətdən və palçıqdan qorumaq çox çətindi. Çempionatda rəqabət, azı 3-4 yüksək səviyyəli komanda, dolu tribunalar və dəstək verməklə yanaşı, hesabat tələb etməyi bacaran böyük azarkeş ordusu, istedad axtarışına çıxan və onları yetişdirməyi bacaran futbol akademiyaları olmalıdı. Olmasının zamanı çoxdan gəlib. Bu həqiqəti eşitmək, görmək istəməyənlər boş-boş danışmaqdan, diplomatlıq etməkdən əl çəkməli, real işlər görməlidilər. Yalnız ondan sonra biz indi qaldığımız, geri sürüşməyə başladığımız yerlərə yenidən gələ biləcəyik.
Hələ çexiyalı hakim Petr Ardeleanu start fitini səsləndirməmiş içimdə qəribə bir narahatlıq vardı. Həm görüşün nəticəsi, həm də gələcək ilə bağlı. İçimdəki bir səs bu görüşün avrokubokların qrup mərhələsində yaxın illər ərzində Azərbaycan klublarının iştirakı ilə keçiriləcək sonuncu ev oyunu olduğunu deyirdi. Kaş ki, o səsin dedikləri yalan olsun...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar