02 dek 17:21Yazar

Sıfırdan başla, başla e, başla...

“İnkişaf barədə danışsaq, hər şeyi yenidən, sıfırdan başlamalıyıq. Avropa klubları bizdən qat-qat üstün səviyyədədi” - bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sportinq”ə 1:6 uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında səsləndirib. Yığmanın “sükanı arxasına” keçəndən sonra gördüyü, üzləşdiyi problemləri bir qədər diplomatik, üstüörtülü formada qabardan Qurban bəy 9 gün aralığında həm yığma, həm də klub səviyyəsində üzləşdiyi uğursuzluqdan sonra daha dözə bilmədi və eyhamlarını başa düşməyənlərə açıq şəkildə Azərbaycanda futbol təsərrüfatının tənəzzülə uğradığını, 26 ilin boşa verildini çatdırdı. Elə bilirsiz, 46 yaşlı mütəxəssis, Əhməd Ələsgərovdan sonra Azərbaycan məşqçiləri arasında ən uğurlu çalışdırıcı adına sahib çıxan Qurban bəy mediada və sosial şəbəkələrdə yazılanları oxumur? Hələ də elə düşünürsüz ki, o köhnə dünyanın adamı, mühafizəkarlar qrupuna daxil olanlardandı. Xeyr cənablar, Qurbanov nə qədər mühafizəkar, adət-ənənələrə sadiq biri olsa da, müasir dünyanın gerçəkləri ilə ayaqlaşır, günün nəbzini tutur və daim gündəmdəki mövzulardan xəbərdar olur. Son 5 ildə çalışdırdığı komanda ilə yerli futbolsevərlərə görmədiyi günləri yaşadan, Avropanın top-klublarını Bakıya gətirən baş məşqçinin həqiqətən də ölkə futbolu qarşısında xidməti danılmazdı. O bəzi veteranlar, konkret desəm, İsgəndər Cavadov kimi ələbaxan olmayıb, Ağasəlim Mircavadov kimi pul dalınca qaçmayıb. Ahıl yaşında Kazbek Tuayev kimi futbol təsərrüfatını idarə edən dirijorun əl hərəkətləri ilə sifarişə uyğun not çalmayıb. Onun öz yolu, öz həyat fəlsəfəsi, öz solfecio kitabı olub. Məhz buna görə də 7-dən 77-yə çoxları ona hörmət edir, alqışlayır. Onun səsləndirdiyi “hər şeyə sıfırdan başlamaq lazımdı” fikrini də ciddi qəbul etmək, yaşananlardan nəticə çıxarmaq lazımdı. Sıfırdan başlamaq üçün isə ilk növbədə uşaq futboluna ciddi yanaşmaq, gələcək üçün normal nəsil yetişdirmək vacibdi. Bəs həmin nəsil bu gün yetişirmi? Bir çoxları istər millinin, istərsə də klubların qitəmiqyaslı yarışlarda fiaskoya uğramasının AFFA-ya yaxından-uzaqdan aidiyyatının olmadığını, bütün məsuliyyətin klubların üzərinə düşdüyünü iddia edir. Ancaq belə düşüncə sahibləri bir fakti unudurlar ki, ölkə futbolunun inkişafına cavabdehlik daşıyan qurum nə Kənd Təsərrüfatı, nə Vergilər Nazirliyi, nə də “Azərenerji”di. Bu sahə de-fakto baş katib, de-yure isə AFFA-nın prezidenti olan Elxan Məmmədovun kurasiyasındadı. Ona görə də gələcəkdə müxtəlif yaş qrupları üzrə yığmaların şərəfini qorumağa potensial namizədlər məhz AFFA-nın bayrağı altında təşkil olunan çempionatlarda yetişir. Həmin çempionatlar isə “xala xətrin qalmasın” prinsipi ilə, kimlər üçünsə əlavə qazanc mənbəyi olmaq üçün keçirilir. Əks halda bu sahəyə xüsusi diqqət ayrılar, normal birincilik təşkil olunardı.
Həftənin bir gününü aşağı yaş qrupları arasında keçirilən çempionatları izləməyə həsr edirəm. Sumqayıtda yaşadığımdan daha çox şimal zonası üzrə keçirilən oyunlara baxır, nələrin yaşandığını, hansı çatışmazlıqların olduğunu canlı görürəm. Aşağı yaş qruplarında çalışan məşqçilərin hansı problemlərlə üzləşdiyindən də xəbərim var. Həmin problemlərin bəzilərini sadalayım, siz özünüz AFFA-nın uşaq futbolu ilə bağlı siyəsətinə qiymət verin. Deməli, U-10-dan başlayaraq U-14-ə qədər yaş qruplarında hər zonada minimum 12 komanda mübarizəyə qoşulur. Assosiasiyada çalışan başbilənlərin, dırnaqarası mütəxəssislərin yazdığı Əsasnaməyə görə ilk dövrədən sonra ilk 4 pilləni tutan komandalar zona üzrə pley-off mərhələsinə vəsiqə qzanır. Orda uğur qazanan iki komanda isə müvafiq yaş qrupu üzrə final mərhələsinə yollanır. İlk mərhələ oyunlarının cəmi 4 ay - sentyabrdan dekabra qədər davam etdiyini nəzərə alsaq, belə çıxır ki, yerdə qalan 8 komandanın şərəfini qoruyan (hər komandada minimum 12 oyunçu sifariş olunur) 96 uşaq növbəti mövsümə qədər yarışlardan uzaq düşür. 8 ay heç bir yarışa qatılmayan, ancaq məşqlə kifayətlənən uşağın isə gec-tez futboldan bezəcəyi gün kimi aydındı. Onların arasında yetərincə istedadlı uşaqların olduğunu hətta final mərhələsinə vəsiqə qazanan komandaların çalışdırıcıları da etiraf edir. Burdan belə qənaətə gəlmək olar ki, elə ilk addımdaca, AFFA-nın uşaq futbolu ilə bağlı yarıtmaz siyasəti nəticəsində neçə-neçə istedad futboldan küsərək başqa sahəyə üz tutur. Daha bir problem isə oyunların başlama saatı ilə bağlıdı. Havaların xoş keşdiyi aylarda ilk oyunlar səhər saat 10-da başladığı halda, yağış və şaxtanın özünü göstərdiyi son iki həftədə 1 saat tez, yəni 9-da start götürür ki, bu da məşqçilərin haqlı narazılığına səbəb olur. Səhər saat 9-da meydana çıxmalı olan uşaq ən geci 7.30-da yuxudan durmalı, müxtəlif prosedurları keçəndən sonra ən geci 8.30-da paltardəyişmə otağında olmalıdı ki, baş məşqçinin verdiyi tapşırıqları eşitsin və oyundan əvvəl isinmə hərəkətlərini yerinə yetirmək üçün meydana çıxsın. İndi özünüz düşünün, 10,11, 12 yaşlı uşaq saat 9-da meydana çıxmaq üçün hansı əzab-əziyyətə qatlaşmalıdı. Bir-iki dəfə bu əziyyətə qatlaşan uşaq gec-tez bundan bezəcək və sonda hər şeyə tüpürüb futboldan imtina edəcək. Hamı Messi ola bilməz ki, 12 yaşında Argentinadan İspaniyaya yollansın. Qeyd etdiklərim hələ uşaq futbolunda gördüyüm çatışmazlıqların cüzi hissəsidi. Odu ki, Qurban Qurbanovun “hər şeyə sıfırdan başlamaq lazımdı” fikrini qəribçiliyə salmayın. Özü də yeniyetmə futbolçu atası olduğundan uşaq futbolunda yaşananlardan xəbərdardı. Məhz bütün bu sadaladıqlarıma görə də Qurban bəyin dediklərinə haqq qazandırmalıyıq...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar