01 dek 18:20Yazar

Hər şey var idi...

“Fariz, dur şəklimizi çək, qəzetə qoyaq” – baş redaktorumuz Mahir Rüstəmlidən əvvəllər çox nadir hallarda, son bir-iki ildə tez-tez eşitdiyimiz müraciət formasıdı. Şəkil çəkdirmək aludəçisi deyil, kefindən demir. Planlaşdırma ilə bağlı iclasda mövzu qıtlığı yaşananda, əsəbdən yerə-göyə sığmır, çıxış yolunu qəzetə şəklimizi qoymaqda görür. Qəzetə cavabdeh şəxsdisə, narahatlığı başadüşüləndi. Biz onu başa düşürük, o da bizi başa düşməlidi axı.
Ölkə futbolunda nə yaşanır ki, nədən yazaq? Hamı ağzına su alıb oturub, klubların böyük əksəriyyəti bir cibdən maliyyələşir, küsülü olanlar da bir-birinin üzünə yalandan gülür. Evinə bir tikə çörək aparır, ağzını açıb danışmır ki, işindən olar. 5-10 il əvvəl meydanda heç nə tapmayanda tribunadan yazırdıq. Azarkeşlər danışırdı, bir-birinə “girirdilər”, atmacalar, hədə-qorxular... İndi bundan da məhrumuq.
Zeynal Məmmədov var idi, “Bakı”nın vitse-prezidenti. Qardaşı Hafiz Məmmədovun pulunun dalı da, qabağı da kəsəndə klub rəsmisi daim gündəmi zəbt edən açıqlama və qərarlar ilə yadda qalırdı. O vaxtkı “Bakı”da əsas söz sahibi idi. Bülənt Korkmazdan xəbərsiz iclas keçirərdi, türk mütəxəssis bundan xəbər tutub istefa ərizəsini yazıb Azərbaycanı tərk edərdi, Zeynal Məmmədov da “əcəb eləmişəm, ondan icazə almayacam ki” deyərdi. Ertəsi Korkmazın özünə zəng vurardıq, “Zeynal Məmmədovun futbol savadı bu qədərdi də” şəklində cavab verərdi. Sonra futbolçuların fikirlərini öyrənərdik, bu mövzuda dünya təcrübəsinə toxunardıq.
Tuyqun Nadirov var idi, o da “Xəzər Lənkəran”da eyni postu tuturdu. Az-çox futboldan başı çıxırdı deyə, Mais Mənsimovu danışmağa qoymurdu, sinəsini irəli verirdi. Vay o günə ki, komandası uduzsun, vəssalam, “Xəzər Lənkəran”lılardan başqa hamının qanı gedirdi. PFL prezidentindən başlayıb AFFA rəhbərliyində qurtarırdı. Hakimləri “ağ yuyub, qara sərirdi”. Qısası, özlərindən başqa hamı günahkar olurdu... Mənəm-mənəm deyən futbol məmurları var idi ki, Lənkərana getməyə cəsarət etmirdi. Al, bu da sənə iki-üç günlük əlavə mövzu.
Böyükağa Hacıyev var idi, Allah qəni-qəni rəhmət eləsin. Adam sağ-sol, böyük-kiçik bilmədən döşəyərdi. Xoşuna gəlməyən suala görə jurnalistlə müharibə edərdi, rəqib həmkarlarına sataşardı, 3 xalı Qurban Qurbanova qızıl məcməyidə vermək həvəsinə düşərdi. Hətta işləmədiyi dönəmlərdə belə, yaltaqlıq edib kimlərinsə qoltuğunun altına sığınmazdı. Bir dəfə ağzını açanda azı bir həftə bəsimiz idi.
“Xəzər Lənkəran” – “Neftçi” duelləri var idi, ona da Allah rəhmət eləsin. Mahir Rüstəmli bir ay əvvəldən reportyorlara oyuna hazırlaşmağı tapşırardı. Bir həftə qalmış mövzular tələb edərdi. Palaz-palaz yazılar yazardıq, bir də baxardıq ki, axşam oyundu. Vaxt bir göz qırpımında gəlib keçərdi. Azarkeşlər bir-birinin bayrağını yandırardı, oturacaqları sındırıb meydana atardılar, rəqib komandanın avtobusunu daşlayardılar, hakimlərin otağını daş-qalaq edərdilər, Əfqan Həmzəyev həmin otaqda 10 dəqiqə “döyüşə” vəziyyətində uzanardı. “Neftçi” Lənkərandan Bakıya şüşəsi sınıq avtobusda qayıdardı, Masallıya qədər polis nəzarətində gedərdi. İki gündən sonra İntizam Komitəsi 6 nəfəri cəzalandırıb, klubları 40-50 min manat cərimələyərdi. Yazardıq, mövzular qurtarmazdı.
Onda çox şey var idi, çox şey. “Simurq” – “İnter” qardaşlığı var idi, Kaxaber Tsxadadze qalmaqallı açıqlamalar verərdi, Georgi Nikolov “Neftçi”nin şanlı tarixinə söz atardı, “İnter” hakim səhvlərinə görə meydanı tərk etmək sevdasına düşərdi, “Qəbələ” hakim nöqsanlarına görə çempionatda iştirakını dayandıracağı ilə bağlı bəyanat yayardı, Anar Salmanov “Qarabağ”ın qapısına penalti təyin edərdi, o boyda Tahir Gözəl klub saytında Salmanovu biabır edərdi, “Bakı” avrokuboklarda texniki məğlubiyyət alardı...
Getdi o dönəmlər. İndi hər şey sünidi. “Çörək ağacımız” bir Samir Abasovdu, o da meydanda tək qalıb. Səsinə səs verən yoxdu. Odu e, “Səbail” – “Neftçi” oyununda meydan sahiblərinin qapısına penalti təyin olundu, Aftandil Hacıyev özündə cəsarət tapıb iki-üç kəlimə deyə bilmədi. İndi hamı tərif yağdırır, qalmaqaldan uzaq olmağa çalışır. Futbolu məhv etdilər, susdurdular. İndi futbol kabinetlərdə oynanılır. Top olub pul, qapılar olub AFFA-nın əli ilə klublara yerləşdirilən şəxslərin cibləri. Bu ora vurur, o da bura. Çünki onlara bu cür futbol maraqlıdı, əvvəlki futbol yox. Oyunçu aparsın...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar