29 noy 20:08Yazar

Dəstək belə olur?

Kosovo önündəki sarsıdıcı məğlubiyyət tədricən unudulmaqdadı. Düz bir həftə ölkə idman mediası günahkar axtarışında oldu, Kamranın ayağını tutmasından başlamış legionerlərin qəsdən zəif oynamasına dair ən müxtəlif dəlillər eşitdik, fikirlərin haçalanması fonunda AFFA-nın baş katibi Elxan Məmmədovun “Qarabağ” – “Sabah” oyununa yollanıb, meydanın kənarında Qurban Qurbanovla söhbətləşməsi ehtirasları sakitləşdirmək əvəzinə yanan ocağın üzərinə tökülən benzin rolunu oynadı. Heç şübhəsiz, baş katibin baş məşqçidən Dublindəki püşkatmaya gedib-getməyəcəyini soruşmaq niyyəti yox idi. Onsuz da indi püşk atılandan sonra qrupun təqvimi məsləhətləşmə əsasında müəyyənləşmir, təşkilatçılar bu işi kompüterə həvalə ediblər. Bir sözlə, yığma ətrafında ara qarışıb, məzhəb itib. Daha doğrusu, indi stəkanda fırtına yaratmaq, bulanıq suda balıq tutmaq istəyənlər üçün münbit şərait yaranıb. Amma və lakin… Mənim də bu mövzuda demək istədiklərim var.
Qurban bəyi az-çox tanıyan istənilən şəxs yaxşı bilir ki, onun üçün istənilən komanda ilə uğur qazanmağın ən vacib şərti rəhbərlə, rəhbərliklə qarşılıqlı etimada söykənən səmimi münasibətlərin formalaşması, kollektivdəki mehriban mikromühitdi. “Qarabağ”ın uğurlarının kökündə istisnasız məhz bu məqam dayanır. Təəssüf ki, gördüyüm qədəri ilə yığma ətrafında hələlik belə mühit formalaşmayıb. Ümumilikdə sərt xarakterə malik, güzəşt etməyi xoşlamayan baş məşqçi üçün Elxan bəyin meydanın kənarına gəlib hansısa mücərrəd mövzuda söhbətləşməsi dəstək əlaməti deyildi. Bunun əvəzində elə həmin baş katib və ya AFFA-nın vitse-prezidentlərindən biri “Qurbanova güvənirik, Millətlər Liqası onun üçün ilk təcrübə idi, yığmanın bu baş məşqçi ilə irəlidə daha yaxşı nəticələr göstərəcəyinə inanırıq” tipli açıqlama versəydi, heç də dünyanın sonu olmazdı!
Axı onu yığmanın “sükanı arxasına” faktiki təklif üzərində düşünməyə imkan vermədən, cavab haqqı tanımadan, “birbaşa prezidentin göstərişidi” mülahizəsi ilə siz gətirmisiz. Siz deyərkən, Rövnəq Abdullayevlə Elxan Məmmədovu nəzərdə tuturam. Amma adamlar baş məşqçiyə dəstək vermək əvəzinə onunla məsləhətləşmədən UEFA-ya ağız açırlar ki, növbəti seçmə mərhələdə təqvim üzrə ilk oyun evə düşsə, səfərdə keçirəcəyik. Azərbaycan futbolunun az qala bütün böyük qələbələrinə səhnə olan “Tofiq Bəhramov” kimi məbəd ağzıgünə qalır, biz isə UEFA-ya müraciət edirik ki, BOS-da oynamırıqsa, səfərdə oynayaq. Sirr deyil ki, Azərbaycan yığması səviyyəsində komandalar üçün azarkeş dəstəyinin rolu böyükdü. Amma siz yığmanı tribunaları yarıboş olacaq BOS-a qovlamaqla faktiki bu dəstəkdən məhrum edirsiz.
Bəli, bu gün Qurban Qurbanov AFFA rəhbərliyinin lazımi dəstəyini, güvənini hiss etmir, adamlar sanki onun müqavilə müddətinin sonuna qədər yığmaya daha böyük uğurlar qazandıracağına, ən azı nəhəng turnirlərin kandarına daşıya biləcəyinə inanmırlar. Özü də ölkə çempionatında rəqabət şəratinin yoxsullaşdığı, baş məşqçinin yığmanın heyətini formalaşdırmaq yönündə inanılmaz əziyyət çəkdiyi indiki şəraitdə. Adamı yandıran, içini sızıldadan daha bir məqam var. Berti Foqts az qala 7 ilə yaxın müddətdə istənilən eksperimentə əl atdı, yığmanı dünyanın dörd bir yanında dolaşdırdı, saysız-hesabsız təlim-məşq toplanışları təşkil etdi və heç nə qazanmadan da evinə getdi. Robert Prosineçki də eləcə, başqaları da. Elə həmin Elxan Məmmədov, Rövnəq Abdullayev ictimaiyyətin kəskin narazılığına rəğmən, bütün hallarda ilk imkandaca baş məşqçinin tərəfini saxladılar, əcnəbilərə lazımi dəstəyi verdilər. Bəs indi nə olub? Və ya sualı belə qoyaq: dəyişən nədi? Qurban Qurbanovun Azərbaycan futbolunun imicini yüksəltmək naminə etdiyi fədakarlıqlara görə daha artıq diqqətə, daha artıq dəstəyə layiq deyilmi? Amma əvəzində nə görür? Faktiki AFFA rəhbərliyinin nəzarətində olan “CBC Sport”da yığmanın və baş məşqçinin ünvanına elə tənqidlər səslənir ki, adam demokratiyanın səviyyəsinə heyrətlənir. Hələ mən onu demirəm ki, bu gün lidersizliyindən gileyləndiyimiz yığmadan Rəşad Sadıqovun qəfil gedişi də məhz AFFA rəhbərliyinin xeyir-duası ilə baş tutub. Məhz rəhbərlik prosesdə katalizator rolunu oynayıb, Rəşadın bir an içində milli forma ilə vidalaşmasını az qala arzulayırmışlar. Hər halda, onun yığmada qalmasını istəyən Prosineçki ağılsız adam deyildi. Və ağılsız olmadığını da burdan gedəndən sonra ortaya qoyduğu iş ilə sübut etdi.
Kəsəsi, Azərbaycan yığmasının gələcəyi, Elxan Məmmədov – Qurban Qurban münasibətləri ilə bağlı bir çox sualların havada uçduğu indiki məqamda doğru bildiyim həqiqətləri “Futbol+” oxucusuna açıqladım. Bilərəkdən bəzi məqamların üzərindən səthi keçdim, bilərəkdən bəzi gerçəkləri zamanın öhdəsinə buraxdım. Bildiyim odu ki, birlik olmadan dirilik olmaz! Məgər belə deyil?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar