28 noy 19:43Yazar

Abasovun fərqi?

Samir Abasovun bacarıqlı mütəxəssis, yaxşı məşqçi olduğunu düşünənlərin sayı çoxdu. Mən də həmin sırada dayananlardan biriyəm. Samir bəy bu inamı özü qazanıb. “Sumqayıt”dakı işiylə diqqətləri üzərinə çəkib, özü haqda müsbət imic formalaşdırıb. Xüsusilə də ötən mövsümün ortalarında “Sumqayıt” sona qədər döyüşür, rəqiblərinə asanlıqla təslim olmurdu. Legionersiz, yerlilərdən qurulan heyətin ölkə kubokunda “Qarabağ”ı mübarizədən kənarlaşdırması və uzun müddət avrokuboklara vəsiqə verən pillələrdə qərarlaşması hamını sözün yaxşı mənasında təəccübləndirmişdi. Amma nə baş verdisə, bu uğurlu çıxışı sona qədər davam etdirmək, Avropa Liqasına vəsiqə qazanmaq mümkün olmadı.
Düzdü, “Sumqayıt”ın ovcunun içində olan vəsiqəni sona qədər qoruya bilməməsi, avrokuboklarda iştirak fürsətini qaçırması müəyyən söz-söhbətə səbəb oldu. Di gəl ki, bütün bunlara görə təkcə Samir Abasovu günahlandırmaq da yersiz idi. Hələ fevralda prezidenti Kamran Quliyevi və onunla birlikdə Ceyhun Sultanovu “Neftçi”yə göndərən “Sumqayıt”ın vəziyyəti onsuz da elə o vaxtdan bəri qarışıq, həm də gərgin idi. Bütün proseslər daha “yuxarıdan” idarə edildiyinə görə Abasovun, yaxud da futbolçuların nəyisə dəyişməsi də mümkünsüz görünürdü. Sanki bu prosesin də davamı kimi Samır bəy mövsümün sonunda “Sumqayıt”dan ayrıldı. Gənc çalışdırıcının işindən ayrılarkən dediyi sözlər, göstərdiyi səbəblər də Azərbaycan reallığında tez-tez görməyə, eşitməyə alışmadıqlarımız idi. Abasov açıq dillə bildirirdi ki, işləmək, çörəkpulu qazanmaq xatirinə “Sumqayıt”da qalmaq istəməyib, bundan sonra daha iddialı və legionerləri olan komandanı çalışdırmaq istəyir. Bəlkə də bu sözlərin arxasında daha böyük həqiqətlər dayanırdı, Samir bəy “Sumqayıt”da özünü azad hiss etmədiyini, “gənclik şəhəri”ni təmsil edən komandanın müstəqil olmadığını da üstüörtülü şəkildə bizə çatdırmaq istəmişdi. Hər nə isə...
Avqustun 29-dan bəri Samir Abasov yeni komandasının başındadı. Yeni yaranan və sürətlə inkişaf edən “Zirə”ni ona tapşırıblar. Ona qədər qəsəbə təmsilçisini elə Samir bəy kimi gənc, onun qədər çılğın mütəxəssis çalışdırırdı. Ayxan Abbasovun “Zirə”dəki fəaliyyəti yetərincə təzadlı və enişli-yoxuşlu alındı. Bütün bunlar artıq yetərincə uzaq keçmiş sayılır və hazırda Ayxan Abbasov da öz yeni iş yerində “bismillah” deyib. Ona görə də çox da uzaq keçmişə boylanmaq, Abbasovun əvvəlki iş yerindəki nəticələrini müzakirəyə etmək yaxşı çıxmır. Bugünkü yazımızın məqsədi heç bu da deyil. Diqqətimizi elə Samir Abasovun üzərində saxlayacaq. O Samir Abasovun ki, “Sumqayıt”dakı postundan öz xoşu ilə ayrılandan sonra daha müstəqil, heyətində də legionerlər olan komandanı çalışdırmaq şansı qazandı. Belədə hamı da maraqla yeni məşqçinin “Zirə”dəki debütünü gözləyirdi. Həmin debüt pis alınmamışdı da. “Səbail”lə səfər görüşündə vurulan bir qol komandaya 1 xal qazandırdı. Amma bu xalı uzun müddət bayram etmək mümkün olmadı. Unudanlara xatırladım ki, protokoldakı məlum xəta “Zirə”nin heç-heçəsinin əlindən alınması, əvəzində 0:3 hesablı texniki məğlubiyyət verilməsi ilə nəticələndi.
Həmin görüşdən sonra “Zirə” Samir Abasovun rəhbərliyi altında 9 dəfə meydana çıxıb. Bu qarşılaşmalardan beşində qəsəbə təmsilçisi məğlubiyyətə üzülüb. Ədalət naminə onu da qeyd etməliyik ki, “Qarabağ”la ilk turun təxirə salınmış görüşündə və “Neftçi”yə 1:2 hesabıyla uduzduğu oyunda “Zirə” təkcə xoş sözlərə yox, həm də xala layiq əzmkarlıq göstərmişdi. Amma bu əzmkarlığın mükafatı nəinki qələbə, heç bərabərlik də olmadı. Samir Abasovlu “Zirə” ilk qələbəsinə “Qəbələ” ilə görüşdə sevindi. Həmin qələbə komandanın “qara zolaq”dan çıxdığını düşünməyə əsaslar versə də, davamını gətirmək mümkün olmadı və növbəti iki görüşdə “Zirə” meydanı məğlub tərk etdi. Bütün bu nəticələr isə hər şeydən əvvəl Abasova, onun “Zirə”ni uğursuzluqdan xilas edəcəyinə olan inamları sarsıdırdı. Belə təsəvvür yaranırdı ki, “Zirə” sonuncu pilləyə birdəfəlik lövbər salıb və mövsümü elə orda da başa vuracaq.
Deyəsən, vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Hər halda, “Zirə” artıq üç turdu meydandan xalla ayrılır. Ardıcıl qazanılan bu 5 xalın sayəsində “Keşlə” ilə fərq qapanıb, sonuncu pilləni tərk etmək üçün real şans yaranıb. Xüsusilə də “Neftçi” ilə görüşdəki əzmkarlıq “Zirə” üçün əlavə motivasiya mənbəyinə çevrildi, komandaya və onun çalışdırıcısına inam artdı. Elə bunun da sayəsində “Zirə” “Sumqayıt”la görüşü yüksək səviyyədə keçirməyi, mövsüm ərzində ilk dəfə rəqibin qapısına 3 qol vurmağı bacardı.
Davamını gətirmək mütləq lazımdı. Çünki qışa qədər nəticələrin yaxşılaşması rəhbərliyin də klubdan soyuyan əllərini isidər, heyətin güclənməsi üçün ayrılacaq diqqət və vəsait artırılar. Samir Abasovun işinə qiymət verməyin də əsl vaxtı onda olacaq. Öz istədiyi heyəti formalaşdırdıqdan sonra onun fərqini hiss edəcək, çılğınlığı ilə ad çıxaran mütəxəssisin sözün əsl mənasında yaxşı məşqçi olub-olmadığını da müəyyənləşdirəcəyik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar