08 mar 18:07Yazar

Kriminogen durum

“Qarabağ”la “Qəbələ” arasında yaranmış soyuqluq və gərginlik haqda ötən həftə qələmə aldığım yazıya xeyli müsbət reaksiyalar aldım. Telefon zəngləriylə, sosial şəbəkədən və elekton poçtla aldığım mesajlar mənimlə həmfikir olanların sayının xeyli çox olmasından xəbər verirdi. Həm qəzetimizin sadiq oxucuları, həm də ayrı-ayrı klublarda çalışan dəyərli insanlar aramızdakı söhbətlərdə AFFA-nın məsələyə yubanmadan müdaxilə etməsinin vacibliyini qeyd edirdilər. Gərginlik son həddə çatmadan, ölkə futbolundakı “soyuq müharibə” şiddətlənmədən, cəbhələşmə düşmənçiliyə çevrilmədən sağlam müzakirələrə ehtiyac var. Klublar Komitəsi nə üçün yaradılmışdı bəs? Bu komitənin klubları bir araya gətirməsinə əsl ehtiyac indidi. Məlum otelin konfrans zalına icarə haqqı ödəməkdən ötrü formal toplantı keçirməyə nə gərək var? Həmrəylik, qarşılıqlı anlaşma, klubların problemlərini dinləmək indi lazımdı. Görünən odu ki, yaşananlar AFFA rəhbərliyinin vecinə deyil. Futbol qurumunun baş katibinin sorağı ən son Xorvatiyanın baş kəndi Zaqrebdən gəlib. Orda Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerlə görüşüb. Deyib ki, Allah sizdən razı olsun, Foqtsdan daha yaxşı sözə qulaq asan Prosineçkini bizə göndərmisiz. O da bizim bir sözümüzü iki eləmir, Azərbaycan millisini Dağıstandan gələn gənclərin oylağına çevirib, peşəkarlığa da tüpürüb, futbolun fəlsəfəsinə də. Ehtiyac olsa, Zaqrebdə daha 3-4 dənə bazar açmağa kömək edərik, yetər ki, siz bizim Bakıda Prosneçkiylə birlikdə açdığımız “dağıstanlı bazarı”nı bağlamayın. Axırda da Şuker cənab Məmmədovun UEFA İcraiyyə Komitəsinin üzvlüyünə layiq olduğunu deyib. Hansı keyfiyyətlərinə görə, ay Şuker? Adamın ölkəsində çempionatı 8 komanda ilə keçirirlər. UEFA-dan “danışılmış oyunlara” görə gələn SOS siqnalının fəsadı iki-üç kasıb-kusub futbolçudan başqa heç kimə təsir göstərmədi.
Elxan Məmmədovun 24 saat futbolla yatıb-durduğunu deyən şəxsin özünün futboldan xəbəri yoxdu. Futbolla nəfəs alan funksioner ölkə çempionatının oyunlarında stadiona gedər, problemlərlə yerində maraqlanar, onların həllinə çalışar. Amma AFFA rəhbərliyinin futbol heç vecinə də deyil. Assosiasiyanın prezidentinin “dərdi” məlumdu. Baş katibin də başı öz təbliğatına, UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə seçilmək üçün ölkələri və şəhərləri gəzməyə qarışıb. Ölkə futbolunun problemlərini Ramin Musayevin ümidinə buraxıblar. O da bilmir klub prezidentlərinin könlünü alsın, hakimlərə göz ağartsın, yoxsa jurnalistləri yola verməklə məşğul olsun. Böhran isə dərinləşməkdə davam edir. Fakt odu ki, Klublar Komitəsinin fövqəladə toplantısının keçirilməsinə, bütün cavabsız sualları müzakirə edib, gərginliyi bitirməyə ehtiyac yaranıb. Yoxsa bunun axrı yaxşı qurtarmayacaq.
Qələm əhli Qurban Qurbanovu harda görür, hakimin qərarlarına münasibəti, Ayxan Abbasova rast gələndə isə “Qarabağ”la “qardaşlığı” soruşur. AFFA-nın 38 min 400 manat cərimə kəsdiyi “Qəbələ” rəsmiləri də bir ayrı dərd-qüssə içindədilər. Artıq gərginliyin sərhədləri təkcə bu klublarla məhdudlaşmır. Son turda “Qəbələ”yə uduzan “İnter” də oyunu satmaqda, əyalət təmsilçisinə bilərəkdən uduzmaqda günahlandırılır. Hamı Səlahət Ağayevin buraxılan qollar zamanı səhvinin qəsdən olub-olmadığını müzakirə edir. Adamın yadına lap Ağasəlim Mircavadovun millimizin Fransa ilə Trabzonda keçirdiyi oyunun fasiləsindəki monoloqu düşür. Həmin vaxt millinin baş məşqçisi olan Mircavadov başdan-ayağa palçıq içində olan futbolçulardan birinə “oppanmalıydun” deyir. İndi də hamı birağızdan Səlahətə “oppanmalıydun” deməkdədi. Qapıçının “sizə nə var, mən necə “oppanmışam”, gic-gic danışmayın, kimin sözü varsa, üzümə desin” sözlərindən isə əməlli-başlı qan iyi gəlir. Allah bir daha heç kimə rəhmətlik Rasim Əliyevlə Cavid Hüseynovun başına gələnləri yaşatmasın. Amma heç kim təminat verə bilməz ki, sabah bu cür söz-söhbətlərin davamı kimi hansısa futbolçu jurnalistlərdən, yaxud da azarkeşlərdən kimisə “razborka”ya çağırmayacaq. Düzdü, Avropanın futbol ölkələrində belə gərginlik, söz-söhbət normaldı. Orda bu cür çəkişmələr futbolun bəzəyi, gözəlliyi sayılır, qarşılıqlı atışmalar futbola azarkeş marağını artırır, təbliğat vasitəsinə çevrilir. Bizdə isə hər şey tam fərqlidi. Nə ölkə rəhbərliyinə, nə də AFFA-nın başbilənlərinə belə qələbəlik, gərginlik sərf etmir. Heç özümüz də futbolun gətirdiyi mübahisə və çəkişmələri yaşıl meydanlarla çərçivələməyi, normal sonlandırmağı bacarmırıq. Lənkərandakı “böyük oyun”dan sonra azarkeşlərin həbsə düşməsi, Cavid Hüseynov barədə status yazdığına görə Rasim Əliyevin o dünyaya göndərilməsi acı təcrübədi. Odu ki, başımıza gələnlərdən zamanında dərs çıxarmalı, xoşagəlməz hadisə yaşanmadan gərginlik öz məcrasına yönəldilməlidi. Futbolətrafı kriminogen durumun nəzarətdən çıxmasına qəti şəkildə imkan vermək olmaz. Həmin durum nəzarətdən çıxanda kasıb-kusub balasının başına bəla açır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32 Bütün xəbərlər
Ən çox oxunanlar