25 noy 19:40Yazar

Kimə lazımdılar?

Xətrini çox istədiyim, futbol savadına zərrə qədər də şübhə etmədiyim, saçlarını jurnalistikada tökmüş həmkarım Ceyhun Əliyev yığmanın uğursuzluğunun səbəbi və çıxış yolları haqda mövzu ilə bağlı fikirlərini bildirəndə, olduqca həssas və çoxlarının razılaşdığı mövzuya toxunub. Deyib ki, indiki halda hər şeyi uşaq futbolunun üstünə atıb, 10-15 il sonranı gözləmək vaxt itkisindən başqa bir şey deyil. Millinin ən qısa zamanda uğur qazanmasını istəyiriksə, çempionatdakı yerli və gənc futbolçulara qoyulan limit aradan qaldırılmalı, bununla da elə durum yaradılmalıdı ki, bizimkilər ölkə hüdudlarını aşıb xaricdə legioner həyatı yaşasın. 0:4-ü görənlərin böyük əksəriyyətinin Ceyhunla həmfikir olduğuna adım kimi əminəm. Çünki özüm də nə vaxtsa eyni düşüncə ilə futbolçuları qınayanlardan olmuşam.
90-cı illərlə işim yoxdu, sovet futbol məktəbini görənlər idi, üstəgəl, ölkədə pul yox idi deyə, məcburiyyətdən Rusiyaya, İrana, nə bilim İsrailə üz tuturdular. Amma 21-ci əsrin legionerlərindən, yəni 1980-cı ildən bu yana doğulanlardan danışırıqsa, ölkəmizi xaricdə təmsil etmək niyyəti ilə çantasını yığıb təyyarəyə minənləri çox görmüşük. Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev, Rauf Əliyev, Vaqif Cavadov, Araz Abdullayev, Elnur Cəfərov, Ruslan Qurbanov, İlqar Qurbanov, Cavid Hüseynov, Cavid İmamverdiyev, Amit Quluzadə, Rail Məlikov... Yaddaşı qurdalamaqla siyahını zənginləşdirmək də olar.
Sayı bir tərəfə qoyub, əsas suala cavab tapaq: adı çəkilənlərdən hansı biri xaricdə adından söz etdirib, duruş gətirə bilib? Heç biri! Az-çox Rəşad Sadıqovla Mahir Şükürov haqda xoş sözlər demək mümkündü. Amma onlar da çox qala bilmədilər. 6 ay, uzağı 1 il oynayıb, qayıtdılar. Hələ bunlar 90-larda, yəni futbolun aclıq, rəqabət olan dönəmində üzə çıxanlar idi. Bu qədər futbolçudan iki-üçü niyə özünə yer edə bilmədi, niyə başqa azərbaycanlıları arxalarınca apamadılar?
Dindirəndə, bəhanə gətirib pasportdakı ölkənin adı kimi Azərbaycanı göstərirlər. Rəhmətlik Böyükağa Hacıyev deyirdi ki, soyadım Hacıyev yox, Hacievski olsaydı, indi Allah bilir hardaydım. Ay vətən oğlu, bu gün “böyük beşlik” və “ikinci eşelon”da Afrikanın adını yadda saxlaya bilmədiyimiz ölkələrindən olan neçə futbolçu top qovur? Və ya “Şalke-04”, “Maynts-05”, “Ufa”, “Mets” və “Qrasshoppers”in heyətində lüksemburqlu futbolçunun nə iti azıb? Futbol elitasına dünən qoşulan, gözümü açandan müharibədən əziyyət çəkən ölkə kimi yadımda qalan Kosovonun futbolçuları “Verder”, “Latsio”, “Mançester Siti”, “Herenven”də nə gəzir? Ölkə adı bu dərəcədə önəmlidisə, 9 milyonluq xalqı və nefti ilə dünyaya səs salan Azərbaycana da yer olsun da.
Ad deyirsiz? Ad “Qarabağ”ın dörd, “Qəbələ”nin iki, “Neftçi”nin bir dəfə Avroliqanın, həmin “Qarabağ”ın ötən il Çempionlar Liqasının qrupda oynamasıdı. Bundan yaxşı ad? Avropalı məşqçi və skautlar üçün vitrin sayılan qrup mərhələlərində “Qarabağ”lılar daim diqqət mərkəzində oldu. Çinlilər Dino Ndlovunu 750 min avro verib aldılar, “Astana”nın milyonçu sahibləri Riçard Almeydaya görə bir xeyli gözlədilər, İbrahim Şehiç də Türkiyə superliqasına getdi. Avrokuboklardakı oyunlar əsas deyildisə, Ndlovu “Anortosis”də “at oynadanda” alardılar da. Yaxud Şehiç “Ərzurumspor”un diqqətini “Mersin İdman Yurdu”nda oynadığı 2011-13 aralığında çəkərdi də. Hə, deməli, avropalılar “Qarabağ”ı diqqət mərkəzində saxlayır. Sadəcə, aralarında diqqət çəkənləri əcnəbilərdi, bizimkilər yox. İnandırım, bu gün Miçelin 33 yox, 28-30 yaşı olsaydı, onu da çoxdan “qoparmışdılar”.
Deməyim odu ki, bizimkilərin bəlası azərbaycanlı olmaqda, yaxud ölkədə böyük pullar verilməsində deyil. Bəla məktəbin olmamasındadı. Sənin 21-22 yaşlı futbolçun hansı vəziyyətdə topu üzü hansı istiqamətə qəbul etməli olduğunu bilmir, əks-hücum zamanı topla hansı tərəfə getməli olduğunu dərk etmir, 90 dəqiqə ərzində eyni sürət və templə oynamağı bacarmırsa, avropalı ona “elçi düşə” bilməz. Uzağa getmirəm, hansı bir azərbaycanlıda qapımızı “aşsüzən”ə döndərən Zenelidəki cəldlik, özünəgüvən və dəqiqlik var? Arazla Mahir? Qardaş, Arazla Mahirinki topu sağa-sola çəkib zərbə mövqeyi axtarmaqdı. Ən yaxşı halda sağı göstərib, sola qaçmaq, sonda faydasız asma etmək.
Heç biri əsl cinah yarımmüdafiəçisinin nə etməli olduğunu bilmir. Çünki onlar uşaq futbolu olmayan Azərbaycanda yetişiblər. 3-5 nəfərin arasında fərqləndiklərinə görə hörmətləri olub, bunun hesabına da yığmaya qədər yüksəliblər. Amma onlara futbolun əsl sirlərini - cəldlik, çeviklik, dəqiq asmalar, lazımi anda lazımi zərbə vurmağın yolu –öyrədən olmayıb. Ona görə də ortabab Avropa təmsilçisinin diqqətini çəkə biləcək gücdə deyillər. Azərbaycan futbolunun gələcəyi gözündə görülən Araza yunanlarla cənubi kiprlilərdən başqa ehtiyac duyan olmayıb. Qara Qarayev 70 ildi futbol oynayır, xaricdə adını tanıyan yoxdu. Mahiri, Namiqi, Ruslanı, Cavidi, Təmkini də həmçinin.
Limiti ləğv etmək, futbolçuları vaqona doldurub zorla aparıb Avropada düşürtmək kimi əsasların xeyri yoxdu. Azərbaycan futbolunun bu günü budu, sabahı da U-21-lə U-19-da çıxış edən cılız, futbol savadı baxımından axsayanlar. Ümid qalır 5-10 il sonraya. Ona görə də uşaq futboluna diqqət ayırmaqdan başqa çıxış yolu yoxdu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar