25 noy 15:42Yazar

Bir əldə iki qarpız saxlamaq olarmı?

Atalarımız “çobanın könlü olsa, təkədən pendir tutar” deyiblər. Bu məsəldə çobanın misal göstərilməsi də məcazi məna daşıyır. Hər bir peşədə belədi. Yazarın təbinə müdaxilə etmək olmaz, müəllimin dərsinə. Aşpaza da yeməyi necə bişirməyi, duzu və istiotu hansı miqdarda atmaq lazım olduğunu öyrədə bilməzsən. Siyasətçiyə siyasətdən mühazirə oxumaq mənasız məşğuliyyətdi, həkimə də xəstəni necə müailicə etməyin lazım olduğunu. O cümlədən də məşqçiyə taktika qurmaqla bağlı məsləhət və ya göstəriş vermək, heyət seçərkən hansı futbolçulara dəvət göndərməyi diqtə etmək heç yerinə düşmür. Amma biz azərbaycanlılar çobanın könlünə, şairin və yazıçının təbinə, aşpazın yemək bişirmək, həkimin xəstəni sağaltmaq prosesinə müdaxilə etməyi necə xoşlayırıqsa, məşqçilərə də o həvəslə öyüd-nəsihət veririk.
Deyirlər ki, mətbuat nə üçün Qurban Qurbanova loyal yanaşır, ona ağıl öyrətmir, hansısa futbolçunu milliyə dəvət etməyəndə onu asıb-kəsmir, amma əcnəbilərə o münasibət göstərilmirdi. Bu sualın çox sadə cavabı var. Prosineçki ilk vaxtlar Azərbaycanda yaşayıb, gözə girməyə çalışırdısa, Berti baba, ümumiyyətlə, bizi bəyənmirdi. Almaniyalı qocanın üzünü görəndə sevinirdik. Çempionatımızın oyunlarını izləməzdilər, bölgələrə getməzdilər, aşağı yaş qrupları üzrə millilərə isə heç diqqət göstərməzdilər. Qəhrəman əsgərlərimiz 2015-ci ilin aprelində erməniləri topa tutub, onların burnunu əzəndə Prosineçki uşaqlarının məktəbini də yarımçıq qoymuşdu, ailəsini də götürüb Zaqrebə qaçmışdı. Bunun adı vəfasızlıq idi. Yəni ki, sizin canınız cəhənnəmə, bizə bir şey olmasın. İldə 1,2 milyon avro pul qazandığı ölkəyə qarşı belə davranışa vəfasızlıqdan, saymazlıqdan başqa ad qoymağa çətinlik çəkirəm. Ona görə də biz əcnəbilərə qarşı tələbkarlıq edir, onları daha diqqətli olmağa, aldıqları pulun əvəzini verməyə çağırırdıq. Onsuz da AFFA-da oturan day-daylarının sayəsində öz keflərində idilər, mətbuatda yazılanlar heç veclərinə deyildi. Necə ki, Bernard Lippert indi də AFFA-nın boz binasındakı otağına çəkilib, gündüzlər şirin mürgü döyür, axşamlar isə Bakının bahalı barlarını gəzir. Heç onun nə iş gördüyün, aldığı paraların qarşılığında Azərbaycan futboluna hansı faydanı verdiyini soruşan yoxdu.
Amma Qurban Qurbanovla bağlı məsələ belə deyil. Azərbaycanlı futbolçuları ondan daha yaxşı tanıyan, milliyə namizəd olanların potensialına bələd olan yoxdu. Bir halda ki, kimsə 18 və yaxud da 23 nəfərlik siyahıdan kənarda qalıb, deməli, həmin gün üçün ən güclülər arasında Qurbanov onu görməyib. Qurbanov da Prosineçki deyil ki, Azərbaycan çempionatının oyunlarına baxmasın, milliyə futbolçuları kiminsə diqtəsi ilə çağırsın. Şəxsən mən Qurban bəyin milliyə və futbolçulara vicdanla yanaşdığına, Azərbaycan futbolu üçün əlindən gələni etdiyinə inanıram. Məni də tanıyanlar bilir ki, həmişə fikrimi cəsarətlə demişəm, doğru bildiyimin də arxasında sona qədər dayanmışam. Söhbət heç də məşqçinin yerli və ya əcnəbi olmasından, onun Robert və yaxud da Qurban adlandırılmasından getmir. Həqiqətin bir üzü var.
Kosovo ilə oyundan sonra yeni dəblə qarşılaşırıq. Düzdü, belə fikirlər əvvəl də var idi, indi daha da güclənib. Guya ki, Qurbanov həm “Qarabağ”da, həm də millidə çalışmaqla bir əldə iki qarpız saxlayır, bununla da özünü çətinə salır. Artıq belə çağırışlar səsləndirilir ki, Qurbanov seçim etməli, iki işindən birindən ayrılmalıdı. Nə baş verir, cənablar? “Qarabağ”ın uğurları gözlərinizi qamaşdırır, yoxsa bu uğurlardan bezmisiz? Hamı bilir ki, “Qarabağ”ın rəhbərliyi Qurban bəyə böyük etimad göstərir və “köhlən atlar”ın bu səviyyəyə yüksəlməsində həmin etimadın, işbirliyinin rolu əvəzsizdi. İndi deyirsiz “Qarabağ” uğurlarının memarını əlindən buraxmalı və hər şeyə sıfırdan başlamalıdı? Bəli, fiziki baxımdan çətindi və çalışdırıcı özü də bunu etiraf edib. Amma AFFA prezidenti Rövnəq Abdullayevin dediyi kimi, Qurbanov bir vətənpərvərdi və onun əsas məqsədi vətənə xidmətdi.
Bir əldə iki qarpızın saxlanmasının mümkün olub-olmadığı mübahisəlidi. Lakin Qurban bəy son bir ildəki fəaliyyəti ilə eyni anda iki yerdə çalışacaq potensialının olduğunu göstərib. Millinin uğursuzluğunun səbəbi futbolçuların potensialının yetərsizliyidi, məşqçinin yox. Ötən il proqramla, sistemlə bağlı fikirlər səsləndirilir, “Qarabağ”ın yığmanın bazasına çevriləcəyi deyilirdi. Harda qaldı o vədlər?
Eyni anda həm klubda, həm də millidə uğur qazanmaq mümkündü. Bunu Valeri Lobanovski də isbatlayıb. Kiyev “Dinamo”sunu SSRİ yığmasının bazasına çevirən ukraynalı mütəxəssis eyni vaxtda hər iki işində uğur qazanıb. 17 il “Dinamo”nu çalışdıran Lobanovski 8 dəfə SSRİ çempionluğunu bayram edib. Bu müddət ərzində Kiyev klubu iki dəfə Kuboklar Kubokunu, bir dəfə isə Avropa superkubokunu başı üzərinə qaldırıb. Onurğa sütunu “Dinamo”nun futbolçularından qurulmuş yığma isə məhz Lobanovskiylə birlikdə 1986-cı ildə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. İki il sonra isə SSRİ Avropa çempionatının finalçısı olub və qızıl medal uğrundakı oyunda qrupda üstələdiyi “uçan hollandlar”a 0:2 hesabıyla uduzub. Deməli, vacib olan məşqçinin neçə yerdə işləməsi yox, onun əlinin altında kimlərin oynamasıdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar