22 noy 22:20Yazar

0:4 - qapını ört...

Bütün soydaşlarım kimi, mən də bu gün yığmanın Millətlər Liqasında yarımfinal və final perspektivi haqda yazmağı, duyğu və düşüncələrimi bölüşməyi çox istərdim. Amma olmadı; son üç gündə böyük ajiotaj yaşayan, şirin xəyallar quran ölkəm və ölkədəşlarım yenə dərdlə baş-başa qaldı.
Ümumiyyətlə, futbol çox çətin oyundu. Çətin və maraqlıdı, ağıl, hiyləgərlik, savad, düşüncə, güc, iradə, əzmkarlıq və yadıma düşməyən bir çox başqa keyfiyyətlər tələb edir. Bəzən hansısa uğura çatmaq üçün illərlə yol getmək lazım gəlir. Və sənə uğur gətirən ən ideal oyun üslubu da günün birində köhnəlir, rəqib üçün səni “oxumaq” asanlaşır, yeni ideyaları işə salmağa məcbur olursan. Kəsəsi, futbol bir dünyadı, öz qayda-qanunları olan dünya. Nə qədər acı olsa da, bizə, yəni jurnalisti, mütəxəssisi, idarəçisi, oyunçusu, baş məşqçisi ilə birgə Azərbaycan futboluna həmin o dünyada yer yoxdu.
Fikrimi bilmək istəyirsizsə, Azərbaycan yığması artıq dünənki oyuna qədər turnir vəzifəsinin öhdəsindən gəlməli, Priştinada meydana təzyiq altında rəqib çıxmalıydı. Amma Qurban Qurbanovun Kosovo ilə ev oyununda hədsiz ehtiyatlı taktikası, Malta ilə oyundakı heç-heçələr bizi asılı duruma saldı. Məntiqlə düşünsək, belə zəif qrupda rəqiblərdən yalnız birini məğlub etməyi bacaran komanda Avropa çempionatının final mərhələsinə qatılmağı ağlının ucundan belə keçirməməlidi. Ancaq məsələnin başqa tərəfi də var. Məni narahat edən məqam odu ki, yığmanın obrazı üç gün əvvəlki oyunla müqayisədə büsbütün dəyişmişdi. Həmin əzmkar, üstünlüyünə şübhə yeri qoymayan komanda srağagün axşam meydanda nə etmək istədiyini bilməyən, oyunun axarını dəyişmək üçün heç bir variantı olmayan, məğlubiyyətlə əvvəldən barışmış məhlə uşaqlarının yığınını xatırladırdı. Məğlubiyyət dünyanın sonu deyil, ağıllı adamlar üçün yeni qələbələrin başlanğıcıdı. Amma ortada qitə çempionatına vəsiqə varsa (bu məqama bir azdan qayıdacam), bu şəkildə, yəni laqeydcəsinə və məsuliyyətsizcəsinə uduzmaq heç xoş deyildi.
Az qala hakimin start fiti səslənən kimi qol buraxmaq təkcə statistika baxımından cəlbedici deyil, həm də sənin oyuna köklənə bilmədiyinə işarədi. Gerçəklik budu ki, nə Qurban Qurbanov, nə də futbolçular belə ağır yükün, psixoloji və emosional təzyiqin, final məsuliyyətinin altından qalxa bildi. Belə çətin məqamda komandanı toparlaya, arxasınca apara biləcək liderə ehtiyac var idi. Amma nə meydanda, nə də ondan kənarda – Qurban Qurbanovun şəxsində - belə lider görmədik. Nəticədə son günlər yaşanan böyük emosional yüksəliş yenə də yerini dərin xəyal qırıqlığına və ümidsizliyə buraxdı.
Təxminən üç ayı əhatə edən turnir məsafəsini bu şəkildə, yəni 0:4 ilə bitirməyin fiasko olduğunu mən də qəbul edirəm. Bu dəfə bizimkilər meydanda futbol adına heç nə göstərmədi, uşaqların hər biri imkanlarından aşağı səviyyədə çıxış etdi. Bəs bu məğlubiyyət dünyanın sonudumu? Bax, burda fikirlər haçalanır və haçalanmalıdı da... Yığmamız dünən udsaydı da, 2020-nin martındakı yarımfinal oyununu səfərdə keçirəcəkdi. Hətta bəlkə belə daha yaxşıdı. Məchul vəsiqəni qazanacağına ümid edəcək Azərbaycan yığması AÇ-2020-nin seçmə mərhələsində əlini-qolunu sallayıb oynayacaq, məğlubiyyətləri sıralayacaqdı. Cəmi 10 gün sonra həmin seçmə mərhələnin püşkü atılacaq. Qəhrəmanlıq etmək istəyən futbolçular üçün həmişə meydan tapılar. Yetər ki onların buna həvəsi olsun.
Məni düşündürən daha bir məqam oyundan dərhal sonra sosial şəbəkələri bürüyən “istefa” şüarlarıdı. Təxmin edirəm ki, bu şüar Elxan Məmmədovla Qurban Qurbanova yönəlib. İstefa – xüsusən də futbolda – ideal çıxış yolu deyil. Məgər AFFA yığmaların maliyyələşməsi, təlim-məşq toplanışlarının təşkili ilə bağlı hansısa qüsurlara yol verib ki, Elxan Məmmədov getsin? Yoxsa futbolçuların əvəzinə o, topu qapıdan keçirməliydi? Bəs Qurbanova yönələn çağırışlar nə dərəcədə ədalətlidi? Foqtsa 7 ilə yaxın, Prosineçkiyə 3 il dözən xalq, belə çıxır ki, ona futbolda az-çox uğur qazandıran məşqçidən bir il ərzində bezdi?!
Yox, istefa vermək əvəzinə vəziyyəti dəyişmək üçün yollar axtarmaq lazımdı. Şəxsən mən də Millətlər Liqasının qrup turnirində Qurban bəydən daha artığını gözləyirdim. Kosovo önündəki 0:4 fiaskodu – himnimizin fitə basılması, yerli azarkeşlərin davranışı ilə səciyyələnən qıcıqlandırıcı məqamlarla birgə -, amma faciə deyil. Artıq martda növbəti seçmə mərhələ başlayır, Qurbanov qalmalı, bəzi oyunçularla vidalaşmaq şərti ilə yeni və daha güclü yığma formalaşdırmalıdı. Legionerlərimizin olmadığı, çempionatda rəqabətin aşağı düşdüyü şəraitdə nəyi dəyişmək mümkünsə, onu da dəyişməlidi. Gəlin unutmayaq ki, “Qarabağ”da da ilk bir ildə baş məşqçinin işi yaxşı getmirdi, vaxtaşırı başının üzərini qara buludlar alırdı. Amma qaldı və böyük uğurlar qazana bildi. Qurbanovun daha güclü yığma qurmaq potensialının olduğuna inanıram. Məncə, o da bu üçaylıq turnirdə yol verdiyi səhvlərdən nəticə çıxarmalı, oyunun məzmunu ilə bağlı bəzi məqamlarda daha radikal və avantürist qərarlar verməlidi. Hələlik isə... Bu il üçün yolun sonuna gəldik. Məşhur uşaq sanamasını bir az dəyişsək, 0:4 – qapını ört...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar