08 mar 14:04Yazar

Səni kimlər məhv etdi, “Xəzər Lənkəran”?

Premyer-liqada mübarizə öz axarı ilə davam etməkdədi. Düzdü, əvvəlki illərlə müqayisədə komandaların, həm də çempionluğa iddialıların sayında kəskin azalma müşahidə olunmaqdadı. Mövsümün bitməsinə 7 tur qalıb və artıq indidən “qızıl” uğrunda yalnız iki komandanın - “Qəbələ” ilə “Qarabağ”ın mübarizə aparacağı dəqiqləşib. Bölgə təmsilçisinə məğlubiyyətdən sonra “İnter” 3-cü pillədəki mövqeyini qorumaq barədə fikirləşir. AZAL isə bundan sonra nə etsə də, çətin ki, sonuncu yerdən qurtula bilsin. Yəni hələ 4-cü dövrə başlamamış intriqa öldü.
Hakim səhvləri sıralanır, narazılıqların sayı durmadan artır. Şükür, hesabat turu bu baxımdan ön planda olmadı. Amma ortada “Qəbələ” rəsmilərinin Gəncədə fəryad qoparması faktı var. Adamlar dözüb-dözüb, Nizaminin yurdunda “partladı”. Açığı, o məşhur tuneldə yaşananlar və İntizam Komitəsinin hadisə ilə bağlı çıxardığı qərarlar məni illər öncəyə qaytardı. “Neftçi”ylə “Xəzər Lənkəran” arasındakı duellər yadıma düşdü. 2010-cu ildə Əfqan Həmzəyevin azarkeşlərin təzyiqinə görə oyunu məcburən 89-cu dəqiqədə başa vurması, hakimlər briqadasının onlar üçün ayrılan otaqda pəncərədən atılan daşlardan qorunmaq üçün yerə uzanması, iki il sonra Rəşad Abdullayevin rəhmətlik Şəhriyar Xəlilova sillə vurması, 2013-ün mayında Respublika stadionunda “Neftçi” rəsmisi Güloğlan Cabbarovun “Xəzər Lənkəran”ın futbolçularıyla əlbəyaxa savaşa çıxması, isti avqust aylarının birində əsəblərinə hakim ola bilməyən bir neçə cənublu fanatın həbs olunub sonradan azadlıqdan məhrum edilməsi – bütün bunlar canlı bir səhnədi gözlərimizin qarşısında. “Böyük oyun” adını vermişdik bu komandalar arasındakı görüşlərə. İndi nə “Xəzər” var, nə o qalmaqallar, nə də iki gözümüzü dörd edən lənkəranlı fanatlar. Lənkəranda futbolu məhv etdilər, yaralayıb sonra da yerə gömdülər. İndi üstündən su içirlər.
Yaşananlar yada düşəndə, adamın başından alov çıxır. Mübariz Mənsimovun milyonları hesabına yaradılan klub cəmi 12 il yaşadı. Səxavətli sponsor daha nələr etmədi ki?! Düzgün siyasət yürüdərək öncə stadion tikintisinin başlanılmasına göstəriş verdi, daha sonra azarkeşlərdə maraq yaratmaq üçün üzdə olan milli üzvləri ilə türk futbolunun ulduzlarını Lənkərana dəvət etdi. Bununla da hər kəsin qibtə edə biləcəyi kollektiv yarandı. Kubok da gəldi, çempionluq da. Dalınca da “Birlik kuboku” ilə superkubok. Hər şey Mübariz bəyin istədiyi və tələb etdiyi kimi olsaydı, bundan da artığına nail olacaqdılar. Və bu gün burnumuzun ucu “Xəzər Lənkəran” üçün göynəməyəcəkdi. Adam dünyaya səs salan “Palmali” boyda şirkəti brendə çevirə bilibsə, klubun uğur qazanmasına nail olmaq onun üçün nədi ki? Köynəyinin bir qolunu yarıya kimi çırmalasaydı, istəyinə çatacaqdı. Nə olsun ki, futbol adamı deyildi, bu oyunla yatıb-durmurdu. Madam ki, milyonlar xərcləyirdi, Lənkəranda futbolun yaşamasını istəyirdi, deməli, bildiyi və görmək istədiyi nələrsə vardı. İnandığı, güvəndiyi, ürəyinin içi bildiklərinə həvalə etdi mal-mülkünü. Məşqçilərin ürəyi istəyən “mahnıları çaldırdı” onlar üçün. Evlər, maşınlar bağışladı uğur qazanan heyətə. İştahı artdıqca, Türkiyədən Azərbaycana göndərdiyi “paçkalar”ın sayı da artırdı. Ən böyük səhvini inanmaqda, nəzarətsiz buraxmaqda etdi. Məsələn, hansısa futbolçunun real qiyməti ilə maraqlanmadı. Göndərilən legionerin yola salınmasının səbəbini araşdırmadı. Bundan duyuq düşən daxili qüvvələrin istəyinə çatmaq, yəni büdcəsini artırmaq üçün əməli hərəkətə keçməsi başadüşülən idi. Ortada yiyəsi məlum olmayan pul varsa, kimdi onun sahibini axtaran. Sən deyəcəksən mənimdi, mən də özümünkü olduğunu iddia edəcəm. Çəkişmələr, badalaqlar, bir-birinin arxasınca danışmaqlar davam edə-edə bir də gördülər ki, “Xəzər” can verir, vəziyyəti ağırdı. Həkimə aparmaq nədi, adi bir dərman almağa da pul qalmayıb. Futbolçulara verilməli olan pulların mənimsənilməsi, legionerlərə “get, kimə nə istəyirsən de” şəklindəki hədə mesajları vəziyyəti bu həddə gətirib çıxardı. Ayılanda gec idi, “cənub mirvarisi” birinci diviziona yuvarlanmışdı.
Durumun bu həddə çatmasında hakim səhvləri də az rol oynamadı. Bir çox hallarda komandanın haqqı yeyildi, avrokuboklara gedən yolu bağlandı. Amma bu, sadəcə, kiçik bir detal idi. Klubun “ölməsinə” səbəb olmayacaq qədər kiçik. Çempionatdakı uğursuzluğun səbəbi hakim səhvləri, başqa cür desək, AFFA-nın “Xəzər Lənkəran”ı gözü götürməmək idisə, məntiqlə, bacarıqlı komanda avrokuboklarda fırtına qoparmalıydı. Məşqçi eyni, futbolçular eyni. Bəs nə oldu? “Olimpiya” səddini keçə bilməyən cənubluların “Makkabi”dən 8 top buraxması artıq bir çox sualların cavabı idi. Klubda işlər düzgün qurulmamışdı, nəzarət mexanizmi işləmirdi.
Bütün bunlar geridə qalıb. Amma səhvdən qayıtmaq, səhvləri “yumaq” üçün hələ də gec deyil. Yazıda sıralanan cümlələr, sadəcə, bir mesaj, kimlərisə “ayıltmaq” cəhdidi. Klubun dağılması ilə bağlı əlimizdə yetərincə tutarlı məlumatlar, rəsmi sənədlərə söykənən faktlar var. İctimaiyyətin olanlardan xəbər tutmaması üçün “Xəzər Lənkəran”ın qayıtması vacibdi. Əks halda, özünüz də klubun indi olduğu yerə gedəcəksiz. Odu ki, baxın da...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar