16 noy 15:13Yazar

Baş katibin gözünün önündə

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevlə qurumun baş katibi Elxan Məmmədov Gürcüstana səfərə gediblər. Məqsəd orda Avropa çempionatının seçmə mərhələsinə start verən 19 yaşadək futbolçulardan ibarət millimizi dəstəkləməkdi. Sözsüz ki, Əliyevlə Məmmədov tribunalarda bayraq yelləyib, pankart açmayacaqlar. Onlar heç şüar da səsləndirməyəcək, “Azərbaycan, irəli, topu ötür içəri” də deməyəcəklər. Bir az havalarını dəyişir, gürcü çaxırının dadına baxırlar. Sonra da Azərbaycan futbolunun gələcəyi sayılan gənclərimizin oyununa tamaşa edirlər. Necə deyərlər, həm ticarət, həm də ziyarət. Bununla da AFFA rəsmiləri öz əsərlərini bilavasitə iş başında görmüş olurlar. Baxsınlar, zövq alsınlar. Ala bilsələr. Azərbaycan futbolunun nəinki bu günü, hətta sabahı da məhv edilib. Özü də indiki AFFA rəhbərliyinin sayəsində. Vəziyyət acınacaqlıdı. Baş katiblə vitse-prezident Tiflisdə hər şeyi öz gözləri ilə gördülər.
Sizin də yadınızda olar, Yürgen Klopp Dortmund “Borussiya”sını çalışdırarkən Joze Mourinyonun ünvanına söylədiyi atmaca ilə hamını güldürmüşdü. Mourinyo “Real”ın baş məşqçisi kimi Çempionlar Liqasında rəqib olduqları “Borussiya”nın bundesliqadakı oyununa baxmağa gəlmişdi. Dortmundluların 6:1 hesablı qələbəsiylə yekunlaşan matçdan sonrakı mətbuat konfransında Klopp həmin o unudulmaz sözləri demişdi: “Mourinyonun bizim oyunumuza baxmağa gəldiyindən indi xəbər tutdum. Nahaq yerə özünə əziyyət verib, o qədər uzun yol gəlib. Mənə zəng vursaydı, ona yaxşı komanda olduğumuzu söyləyərdim”. Rauf Əliyevlə Elxan Məmmədovun Tiflisə getdiklərini eşidən kimi mən də Kloppun həmin məşhur sözlərini xatırladım. Dağdan ağır kişilərin qızıldan qiymətli vaxtını sərf edib, Tiflisə uçmalarına ehtiyac yox idi. Elə AFFA-nın boz binasından boylanmaqla da Azərbaycan futbolunun acınacaqlı vəziyyətindən, gələcəyimizin məhv edilməsindən xəbər tutub, İsraillə oyunda böyük hesabla məğlub olacağımızı başa düşərdilər.
Vəziyyət çox acınacaqlıdı. Biz düşündüyümüzdən daha artıq, düşünə bildiyimizdən də. Faciənin miqyasını göz önünə gətirmək, uçurumun dibinə necə sürətlə yuvarlandığımızı anlamaq üçün gözlərimizi daha geniş açmalı, qəflət yuxusundan ayılmalıyıq. Biz isə bunu etməyə həvəsli deyilik. Tənbəl-tənbəl yuxulayırıq, arabir də gözlərimizi ovuşdururuq. Məğlubiyyətlərdən acı-acı qımışır, asta səslə narazılığımızı ifadə edirik. Hətta futbolçularımızla məzələnməyi, millimizin məğlubiyyətlərini lağ-lağı obyektinə çevirməyi də bacarırıq. Di gəl ki, vəziyyəti kökündən dəyişmək, futbolumuzu uçurumun dibindən xilas etmək üçün əməli iş görmək, əlimizi daşın altına qoymaq istəmirik.
19 yaşlı futbolçularımızı israilli həmyaşıdlarına 1:4 hesabıyla uduzdular. Bu hələ ilk qarşılaşmadı. Vüqar Məmməd yetirmələrinin 3 gündən bir oyun keçirməsindən şikayətlənməyə hələ başlamayıb. Sonrası daha acınacaqlı olacaq. İsrailli gənclər 64-cü dəqiqədə hesabı biabırçı həddə çatdırdıqlarını görüb, güclərinə qənaət etməyə başladılar. Bunun da sayəsində Emil Qasımov görüşün sonuna 8 dəqiqə qalmış təsəlli qolumuzu vurdu və bizi daha böyük rəzalətdən qurtardı. Yoxsa indi daha acınacaqlı məğlubiyyətin üzüntüsünü yaşayırdıq. Prinsipcə 0:4 və ya 1:4 hesabıyla uduzmağın elə də böyük fərqi yoxdu. Biz qapazaltıyıq, gələn-gedən başımıza vurur, qapımızı aşsüzənə döndərir. Qitənin nəhəngləri bir tərəfə, indi İsrail, Ukrayna kimi ortabablar üçün də “cırtdan” yığmaların səviyyəsindəyik.
Vüqar Məmmədin Gürcüstana yollanmazdan əvvəl qəzetimizə verdiyi müsahibə də, millimizin yoxlama görüşlərində qeydə alınan nəticələr də İsrailə 1:4 hesabıyla uduzacağımızın xəbərçisiydi. Birinci dəfə deyildi ki. Heç sonuncu da olmayacaq. Sonuncu olması üçün heç nə etmirik axı. Vüqar Məmmədi qovaq, yerinə Almaniyadan məşqçi gətirək, yenə də ciddi mənada nəsə dəyişməyəcək. Bu məğlubiyyətlər AFFA-nın son 10 ildə yürütdüyü yarıtmaz siyasətin, ayrılan milyonların havaya sovrulmasının məntiqi sonluğudu. Bölgələr futbola həsrətdi, ölkədə Qəbələdən savayı futbol akademiyası yox. Daha hansı üzlə qələbə arzulayırıq, özümüzü kimdənsə güclü sayırıq?
Elxan Məmmədov UEFA-da böyük nüfuz sahibi ola bilər, lap istəsə, İcraiyyə Komitəsinə üzv də seçilər. Amma bu təfəkkürlə, idarəetmə sistemi ilə Azərbaycan futbolunu bir addım irəli aparmağı demirəm, heç olduğu səviyyədə saxlamağı belə bacarmaz. Şübhə etmirəm ki, gürcülər Elxan Məmmədovla Rauf Əliyevə İsraillə oyundan sonra baxıb, qımışırmışlar. Onlar üçün Azərbaycan futbolu gülüş mənbəyi, məzhəkə obyektidi. Avropa Liqasının finalını, qitə çempionatının oyunlarını keçirəcəyik, amma özümüzdə futbol yoxdu. Faciə gözümüzün önündədi, cənab baş katib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar