13 noy 18:33Yazar

Üzü qızaran “Sumqayıt”

“Xahiş edirəm, nəhs gətirməyin. Hər şeyin yaxşı olacağına inanaq” - bu sitat “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin “Futbol+” qəzetinə verdiyi müsahibədəndi. Həmkarım Rəşad sağ olsun, yenə də müsahibini “sıxmağı”, ondan söz almağı bacarıb. Müsahibənin gedişindən bir çox maraqlı məqamları tutmaq, proseslərin gedişi barədə təhlillər aparmaq mümkün idi. Elə “Sumqayıt”dakı proseslərin necə yekunlaşacağını müəyyənləşdirmək də.
“Hər şeyin yaxşı olacağına” elə bu müsahibəni oxuyarkən inanmaq olardı. Amma baxır kimin üçün. Nazim Süleymanov üçün yaxşı olmadı. Riad Rəfiyevin isə işləri qaydasındadı, onun üçün hələ bundan da yaxşı olacaq. Özünə “Sumqayıt”ın kapitanı deyən, iki dəfə “gəmini batıran kapitan”a çevrilib meydandan qovulan Vurğun Hüseynov üçün də yaxşı olar. Yeni müqavilə imzaladığı və oyunçu qıtlığından əziyyət çəkdiyini bildiyi “Sumqayıt”ı çətin vəziyyətdə qoyub, dini ayinləri icra etməyə yollanan Əfran İsmayılov üçün də pis olmaz. Hamısının kefi saz, damağları cağ olmalıdı. Məqsədlərinə çatıblar və növbəti qurbanlarını gözləyirlər.
Keçirdiyi 11 oyunda 5 “qırmızı” alan komandada işlərin qaydasında olmadığı məlum məsələdi. Həmin komandada sərt cəza tədbirlərinə əl atılmalı, futbolçulara barmaq silkələnməli idi. Hətta yumruğu stola da çırpmaq olardı. Bununla da futbolçular özlərini yığışdırar, “Sumqayıt”a futbol oynamağa gəldiklərini xatırlayardılar. Mövsümün ən həssas məqamında ziyarətə gedib, ondan sonra da baş məşqçinin “torbasını tikməklə” məşğul olmazdılar. Amma o yumruğu həmin stola kim çırpacaqdı? Riad Rəfiyevmi? Gözünə döndüyüm futbolçulardan biri qayıdıb deməzdimi ki, sən bizim rəqib komandaların üzvlərinin menecerisən, yoxsa klubumuzun prezidenti?! Belə klub, belə klub prezidenti harda görünüb? Başdan-ayağa oyuncaq və məzhəkə!
Belə komandanın üzvləri hər oyunda qırmızı vərəqə də alar, lap elə oyunun nəticəsini istədikləri kimi həll edərlər də. Onlara “gözünün üstündə qaşın var” deyən də ola bilməz. Bizim əziz dostumuz Nazim Süleymanov da “Sumqayıt”dakı şəraiti, vəziyyəti, atmosferi bilə-bilə orda çalışmağa razılıq verdi. Səhv etdiyini anlayanda isə gec idi. Bir komanda ki, mövsümün sonunda ovcunun içindəki avrokubok vəsiqəsini başqasına verməyə məcbur edilə, belə komandada baş məşqçilik etmək, nüfuzunu qorumaq, sağlam mühit yaratmaq mümkünsüzdü.
Yazımın əvvəlində bəhs etdiyim müsahibədə Riad Rəfiyev etiraf edir ki, “Sumqayıt”ın futbolçuları şəhərdəki restoranların birində öz aralarında görüş keçiriblər. Özü də klub rəsmilərinin və məşqçilər korpusunun iştirakı olmadan. Bəli, normal haldı. Futbolçular da digər normal insanlar kimi birlikdə görüşmək, yeyib-içmək, hətta qəlyan çəkmək kimi hüquqlara sahibdilər. Amma cənab Rəfiyev həmin o “qalstuksuz görüş”ə özüylə birlikdə məşqçilər korpusunu da qalstuku olmadan, səmimi ortam yaratmaq üçün apara, “qara zolaq”dan çıxış yollarını birlikdə müzakirəyə çıxara bilərdi. Di gəl ki, etmədilər. Bunun adı futbolçulara “gedin, özünüz bildiyiniz kimi məsələni həll edin” deməkdi. Uşaq başı aldatmırsız ki.
Riad Rəfiyev unutsa da, biz unutmamışıq ki, “Sumqayıt” mövsümün ilk turunun oyununa saatlar qalarkən ehtiyat qapıçı tapa bilmirdi. “Neftçi”ylə oyuna bu vəziyyətdə çıxan “Sumqayıt” hansı üzlə böyük iddialara düşür, avrokuboklara vəsiqədən dəm vurur? Anlamağa çətinlik çəkirəm. Necə ki, “Keşlə” ilə oyuna elə “Keşlə”dən icarəyə götürülmüş, qışda geri qayıdacağı hər kəsə bəlli qapıçı ilə çıxmağa ad qoymağın çətin olduğu kimi...
Nazim Süleymanovun yolu açıq olsun. Elə “Sumqayıt”ın da. Bundan sonra kimin uğur qazanacağını, kimin uğursuzluğa düçar olacağını dəqiq bilmirəm. Amma dəqiq bildiyim bir şey var. Bir gün hər kəs öz əməllərinə görə cavab verəcək. Özü də həmin vaxt təkcə üzün qızarması, başın aşağı salınıb, gözlərin məhculluğa zillənməsi yetərli olmayacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar