11 noy 14:10Yazar

Diqqətcil “Qarabağ” və ya Poltavaya kim və niyə getmişdi?

İndiyəcən Avropanın bir neçə stadioununda futbola baxmışam. “Şükrü Saracoğlu”dan tutmuş “Lujniki”yə qədər. “Park de Prens”də, Romanın “Olimpiya”sında, Milanın “San Siro”sunda. Və bunların hamısı ya şəxsi səfərlərim zamanı baş tutub, ya da işdən ezamiyyətə göndəriləndə.
Amma indi ilk dəfə idman jurnalistləri ilə birgə səfərdəydim. Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukraynaya, daha dəqiqi, Poltava şəhərinə - “Vorskla” ilə oyuna yollanmışdım. Düzü, bunun özü də bir təsadüf idi. Söhbət ondan gedir ki, iki ay öncə məhz Poltavada ağır əməliyyat keçirmişdim. Təxminən iki həftə əvvəl isə növbəti dəfə bu şəhərə getmişdim, vilayət xəstəxanasında ürəyimə daha iki stent qoymuşdular. Onda həkimlər bildirmişdilər ki, imkanın olsa, bir müddət sonra yenidən bura gəl. Beləcə Poltavaya çarter reysi ilə gedəcək “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun klub rəhbərliyinə müraciəti cavabsız qalmadı.
Bizi birbaşa Poltavaya aparan təyyarədə elə futbolçular qədər də jurnalist vardı. İllərdi mətbuatda olan, idmanı və idman jurnalistikasını bilən – yeri gəlmişkən, özüm də bir müddət “Sovetski sport”un Bakı təmsilçisi olmuşam - mən, onların böyük əksəriyyətini tanımırdım. Tanımaq bir yana, təmsil etdikləri saytların adını belə ilk dəfə eşidirdim. Sonradan məlum oldu ki, əslində “Qarabağ”ın bu qədər jurnalisti ora aparmasının qəribə bir məntiqi var. Sən demə, klub heç kimi özündən narazı salmaq istəmirmiş. Əslində fikrimcə, “Qarabağ”a qalsa, 4-5 aparıcı idman saytı və bir telekanal ilə kifayətlənər.
Bu üç gündə səfərdə olan idman jurnalistlərindən barmaqla sayılacaq qədəri hansısa qeydlər aparır, Bakıya, redaksiyaya xəbər və fotolar göndərirdilər. Böyük əksəriyyətini isə, ümumiyyətlə, Poltavada noyabrın 8-də nələr olacağı maraqlandırmırdı.
Təsəvvür edin, “Vorskla”nın baş məşqçisi Vasili Saçkonun mətbuat konfransına 6 nəfər getmişdi. 20 nəfərdən vur-tut altısı. Qurban Qurbanovun mətbuat konfransına isə 20 nəfərin hamısı ona görə getmişdi ki …Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev tədbirdən sonra ziyafət verəcəkdi.
Mətbuat konfransından söz düşmüşkən, “Qarabağ”ın rus dilindən tərcüməçisi – yerli universitetlərin birində tələbəydi - o qədər bərbad tərcümə edirdi ki, az qala qalmaqala səbəb olacaqdı. Tərcüməçi “psixoloji gərginlik” ifadəsini “psixi gərginlik” kimi çevirdi. Sonradan isə yerli jurnlalistlərdən xahiş-minnət elədi ki, düzgün tərcümə etməyib, bunu nəzərə alsınlar.
Bu məqamı nəzərə almasaq, “Qarabağ”ın təşkilatçılığı idela yaxın idi. Baş məşqçi Qurban bəy, icraçı direktor Əmrah Çəlikəl daim yazan və yazmayan jurnalistlərə münasibətdə diqqətliydilər. Onların işləməsi və istirahəti üçün hər gür şərait yaradılmışdı. Mətbuat katibi Nurlan İbrahimov hər gün bir neçə dəfə jurnalistlərin qaldğı otelə baş çəkib onlarla maraqlanırdı. Başqa bir “Qarabağ” rəsmisi Yusif Hüseynov, ümumiyyətlə, bizləri tərk etmirdi. Həmkarlarımızdan isə bircə yazmaq və redaksiyalarını xəbərlə təmin etmək qalırdı ki… Bunu edən bir neçə nəfər idi.
Bəndəniz bu sətirləri yazanda oyunun başlamasına düz 6 saat qalırdı. Artıq stadiona gedən yollar bağlanırdı. Yerli telekanllar indidən səyyar kameralarnı “Vorskla” stadionuna daşıyırdı. Bir neçə saat sonra biz də stadiona tərəf gedəcəkdik. Bu dəfə də tam heyətlə. Başqa cür mümkün deyil əslində… Çünki oyundan dərhal sonra Bakıya qayıtmalıyıq…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar