27 okt 00:30Yazar

Fiasko, sadəcə, fiasko...

...89-cu dəqiqədə mərkəz xəttinin yaxınlığında Maksimin ayağının altından qaçan top “Qarabağ”ın dünənki miskin oyununun məntiqi və rəmzi sonu idi. Güman edirəm ki, mülayim payız gecəsində stadiona toplaşan, eləcə də televizor önündə əyləşməyi lazım bilən azarkeşlər bu oyunu hələ uzun müddət qəzəb və əsəb gərginliyi içində xatırlayacaq. Sanki dünən meydana çıxan komanda “Qarabağ” deyildi. Və bu komanda “Qarabağ” idisə də, sanki avrokuboklarda 101-ci yox, 1-ci oyununu keçirirdi.
Komandalar fasilədən qayıdanda nədənsə bizimkilər meydanda ukraynalılardan gec göründü. Və bu məqamda mənə elə gəldi ki, ilk yarıdakı oyundan nəticə çıxaran çempion ikinci hissədə əvəzetmələrin də köməyi ilə canlanacaq, Arazın sağ cinahdakı iki-üç mənasız keçidindən başqa rəqib qapısı önündə real təhlükə yaratmağa hesablanan hansısa planları işə salacaq. Yox, olmadı, sən demə, bizimkilər yox, qonaqlar canlanacaqmış.
Karekanın meydana çıxması və Kulaçın Vaqnerin yardımı ilə vurduğu qol “Qarabağ”ın oyun sistemini necə pozdusa, onsuz da ciddi heç nə yarada bilməyən komanda qol yollarında əməlli-başlı əziyyət çəkməyə başladı. Azərbaycan çempionu heç bir cəhətdən bu oyuna hazır deyildi və bunu görmək, duymaq üçün futbolun əlifbasını bilmək kifayətdi. Miçelin, Zubirin fiziki hazırlıq sarıdan axsaması, Qaranın, Maksimin ənənəvi səhvləri, saysız-hesabsız mənasız ötürmələr, monoton hücumlar və nə qədər qəribə olsa da, futbolçuların hamılıqla topu “çərçivə”yə məhz qapı xəttinin üstündən salmaq cəhdi. Müasir futbolda mənasız ötürmələrə bu qədər vaxt ayıran bir başqa komanda, çox güman, yoxdu. Hücumu kəskinləşdirməyə, rəqib qapısı önündə təhlükə yaratmağa səbəb olmayan bütün ötürmələr boş-boşuna top dığırlatmaq sayılır ki, dünənki “Qarabağ” bunu yaxşı bacardı. Mənə çox maraqlıdı və yəqin elə ilk görüşümüzdəcə özündən soruşacam: görəsən, Qurban Qurbanov yetirmələrinə qapıya zərbə endirməyi yasaqlayıbmı? Belə yasaq yoxdusa, onda Araz, Zubir niyə əlverişli, futbol dili ilə desəm, “qapını görən” nöqtələrdən zərbə vurmaq əvəzinə yersiz hərəkətlər edirlər? Qurban bəyin cavablamalı olduğu bir başqa sual ilə künc zərbələri və başqa standart vəziyyətlər ilə bağlıdı. Sanki komanda üzvləri məşqdə bu oyun elementləri üzərində çalışmır, faktiki futbolçuların arsenalında heç bir “ev tapşırığı” yoxdu. Ucaboy, fiziki cəhətdən güclü ukraynalılarla onların cərimə meydançasında nəyə görəsə “hava mübarizəsi” aparmağa çalışırdıq. Sonradan meydana çıxanların zərrəcə ümidləri doğrultmaması isə bir başqa rəzalət idi.
Dünənki oyun şəxsən mənim üçün “Qarabağ” adına fiaskodu. Rəşad kapitan kimi meydanda oyundaşlarına necə əsəbləşirdisə, yüzminlərlə adam da başqa yollarla bu oyundan doğan qəzəbini və nifrətini izhar edir, əsəbini soyudurdu. Təbii ki, emosiyalar soyuyandan sonra hər kəs üçün “nə etməli” sualı aktuallaşacaq. Faktiki turnirlə bağlı bütün hədəflərindən uzaq düşən “Qarabağ”ın rəhbərliyi, məşqçi və futbolçu heyəti son üç oyunda azarkeşləri zərrəcə ovundurmaq, qəzəbin hamılıqla nifrətə çevrilməməsi yolunda bütün gücünü səfərbər etməlidi. Buna inanmaq nə qədər çətin olsa da...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar