06 mar 18:21Yazar

Artan çəki, azalan hörmət

Robert Prosineçki Azərbaycana gələndən sonra çəkisi artıb. Bunu bilmək üçün xorvatiyalı mütəxəssisi tərəziyə çıxarmağa, çəkisini öyrənməyə, 3 il əvvəlki ilə müqayisə etməyə ehtiyac yoxdu. Qıyğacı baxmaq, ölkəmizdə göründüyü ilk günlərdəki mənzərini xatırlamaq kifayətdi. Lap kiminsə yaddaşla bağlı problemi varsa, internet qaynaqlarına müraciət edə bilər. Prosineçkinin adını axtarış bölməsinə vurub, 2014-cü ilin sonları, 2015-in əvvəlləri çəkilmiş şəkillərə baxmaq olar. Ondan sonra da Robinin indiki görkəminə nəzər yetirməklə fərqi hiss etmək çox asandı. Özü də etiraf edir ki, futbolçu vaxtı da çəkməyə, içməyə meyilli olub. Əlbəttə, mən siqareti və spirtli içkiləri nəzərdə tuturam. Bakıya gələn kimi özünü quzu kababına möhkəm tutdu və çəkisinə nəzarəti itirdi. Bəli, hər bir insanın çəkisini artrıması, yaxud azaltması onun şəxsi işidi. Amma yetkin insan çəkisinə nəzarəti itirsə belə, gərək özünə olan hörmətə nəzarəti itirməsin. Çalışsın ki, qazandığı hörməti qoruya bilsin, ən azı özünü daha da hörmətə mindirə, insanların gözündə ucalda bilmirsə, heç olmasa, qalxa bildiyi yerdə qalsın, qazandığını qorusun. Prosineçki isə bunu etmir və etməyi bacarmır.
Ayıbdı, vallah. Məgər görmədi ki, Berti Foqtsun istifadə müddəti bitən kimi AFFA onun dalından necə dəydi? Milli ilə İtaliya və Xorvatiyaya yollanan veteranlara göstəriş vermişdilər ki, elə təyyarədəcə alman çalışdırıcını ağ yuyub, qara sərsinlər. Həmin günlərdən Prosineçki üçün də olacaq. Buna şübhəniz olmasın. Heç onda Robertin ölkə prezidenti ilə birlikdə şam yeməyinə qatılması, onu “fəxri səfir” adlandırması da yada düşməyəcək. Ayıbdı, cənab Prosineçki. Etməyin, eləməyin belə. Mənim sözlərimi qulaqardına vurmayın. Ən azı ona görə ki, ortada şəxsən sizin üzünüzü qızardan Məhəmməd Qurbanov nümunəsi var. Biz deyəndə ki, hücumçu kimi heç primitiv keyfiyyətlərə sahib olmayan birini ölkəmizin əsas komandasına soxuşdurmayın, siz bununla razılaşmırdız. Onda bizim görə bilmədiyimiz gizli keyfiyyətin olduğunu iddia edirdiz. Axırı nə oldu?
İndi də deyirik ki, qapıçı görkəmi, boy-buxunu olmayan Şahruddin Məhəmmədəliyev, sol cinah müdafiəçisi üçün vacib heç bir özəlliyi olmayan Məhəmməd Mirzəbəyov Azərbaycan millisinə çağırılmamalıdı. Klublar yerli futbolçu limitinə görə onları heyətlərinə qatıblarsa, bu o demək deyil ki, Məhəmmədlə Şahruddin Azərbaycan millisi səviyyəsindədi. Faktiki vəziyyət də belədi. Nə qapıçı “Qarabağ”ın əsas “çərçivə qoruyucusu”du, nə də Mirzəbəyov “Qəbələ”nin heyətində meydana çıxır. “Qarabağ”ın əsas heyət üzvünə çevrilməyi bacarmış İlqar Qurbanov Arif Daşdəmirovdan hansı göstəricidə geri qalır? Aşağı yaş qrupları üzrə millilərin çalışdırıcılarının bəhanəsi var idi ki, yeniyetmələrin arasında normal qapıçı tapa bilmirlər, ona görə Şahruddinə ehtiyacları var. Bəs Prosineçkiyə nə olub? Ölkədə dağıstanlı qapıçıdan qat-qat səviyyəlilər var ki, ürəkləri millinin formasını geymək üçün alışıb-yanır. Onlara niyə bu haqq verilmir, niyə bu etimad göstərilmir? Aqil Məmmədovun forma geydiyi AZAL turnir cədvəlində sonuncu olsa da, özü yetərincə etibarlı qapıçıdı. Fərhad Vəliyevin “Sumqayıt”da ikinci cavanlığını yaşaması da hamımızın gözünün önündədi. Biz bütün bunları görürük, bilirik. Amma çox hörmətli Prosineçki ya görmür, ya da görmək istəmir.
Adamın ətrafında bir dəstə köməkçisi var. Xorvatiyalıların vecinə olmaya bilər. Bəs Faiq Əzizov hansı işə yarıyır? O bu millətin övladı deyilmi? Qapıçılar üzrə məşqçidi, qapıçıların hazırlığını ondan yaxşı bilən yoxdu. Məlum məsələdi ki, Əzizovun yaxasından yapışıb bunun səbəbini soruşsaq, yaxasını əlimizdən qurtarmağa çalışacaq, Prosineçkini nişan verəcək. Prosineçkinin isə Azərbaycan futbolu və azərbaycanlı futbolçular heç vecinə də deyil. Xorvatiyalı mütəxəssisə deyəcək sonuncu bir sözüm var: çəkini itirmək, yaxud artırmaq çox asandı. Amma itirilən hörməti geri qaytarmaq mümkün deyil. Bunu unutmayın, cənab Prosineçki!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32 Bütün xəbərlər
Ən çox oxunanlar