19 okt 14:05Yazar

İnqilabı oda atanlar nə düşünür?

Yəqin ki, premyer-liqanı yaxından təqib edən azarkeşlər 4-cü tur çərçivəsində “Azərsun Arena”da baş tutan “Qarabağ” – Sumqayıt” matçını yaxşı xatırlayır. Meydan sahiblərinin minimal hesabla qalib gəldiyi görüşun baş hakimi İnqilab Məmmədov idi. Oyunu yaddaqalan edən də məhz ədalət təmsilçisi oldu. Düzdü, gərgin mübarizə şəraitində keçən qarşılaşmada komandalar da baxımlı oyunla azarkeşlərin könlünü oxşamışdı. Ancaq İnqilab bəyin uzatma dəqiqələrində Rəşad Sadıqovun cərimə meydançasında aşkar əllə oyununa göz yumması və “köhlən atlar”ın qapısına penalti təyin etməməsi uzun müddət mediada müzakirə mövzusu oldu, çox söz-söhbətə yol açdı. Hamı bir nəfər kimi İnqilab bəyin həmin an kobud səhvə yol verdiyini bildirdi. Yeri gəlmişkən, onu da qeyd edim ki, Məmmədov bu “şou”nu həmin gün ictimaiyyətə təqdim olunan Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni rəhbəri Frits Stuxlikin gözü qarşısında çıxarmışdı.
Sentyabrın 14-dəki kobud səhvinə görə iki oyunluq cəzalanan (həmin vaxt birinci divizion matçlarına təyinat aldı) ədalət təmsilçisi 3 tur sonra, daha dəqiq desəm, həftəsonu baş tutacaq ikinci dövrənin ilk turunda yenidən “Sumqayıt”ın oyununa göndərilib. O bu dəfə “Sumqayıt” – “Sabah” görüşündə fit çalacaq. İnqilab bəyin cəmi 3 tur sonra yenidən “kimyaçılar”ın iştirakı ilə keçirilən qarşılaşmada əsas söz sahibi olması sumqayıtlı azarkeşlər tərəfindən narazılıqla qarşılanıb. Təyinat açıqlanandan sonra çoxları mənimlə əlaqə saxlayıb, narazılığını bildirib. Onların fikrincə, İnqilab bəyin qısa aradan sonra “Sumqayıt”ın oyununa göndərilməsi ya onun özünü “yandırılmasına” hesablanmış addımdı, ya da “kimyaçılar”a qarşı qərəz. Heç bir sivil ölkədə təxminən bir ay öncə azarkeşlərin niftət obyektinə çevrilmiş hakimə yenidən həmin komandanın oyununu idarə etməyi tapşırmazlar.
Sumqayıtlıların söylədiklərində həqiqət payı yetərincə çoxdu. Tutaq ki, Məmmədov bilməyərəkdən, heç bir qərəz olmadan yenə “ağ-göylər”in əleyhinə qərar qəbul etməklə yadda qaldı. Və komanda növbəti dəfə meydanı xalsız tərk etdi. Onda kim ortaya çıxıb narazı kütlənin qarşısını alacaq? Kim sumqayıtlı futbolsevərləri inandıra biləcək ki, hakimin bu komandaya qarşı qərəzi yoxdu. Və bu, sadəcə, hər bir çempionatda yaşana biləcək adi hakim səhvidi. Böyük ehtimalla, heç kim. Həmin an hamı yaxasını kənara çəkib, “qurbanlıq qoyun” axtarışına çıxacaq. Mətbaut, televiziya növbəti dəfə 3 gün İnqilabın inqilab etdiyini maneştə çıxarıb, geninə-boluna “yıxıb-sürüyəcək”. Ən ağır zərbə isə ölkə futboluna dəyəcək. Azarkeş də futboldan küsəcək. Bəlkə də avstriyalı Stuxlik Azərbaycanda yeni olduğundan mentallığa yaxından bələd deyil və İnqilab bəyin qısa aradan sonra yenidən “Sumqayıt”ın oyununu idarə etməsinə adi baxır. Bunu peşəkarlıqla əlaqələndirir. Buna görə onu qınamaq da olmur. Ancaq bu yerdə yanındakılardan biri mütləq ona durumu izah etməli, 3 tur əvvəl yaralanan sumqayıtlı azarkeşlərin yarasının hələ qaysaqlanmadığını bildirməli idi. Görünür, bu məqam heç kimi narahat etmir. Əksinə, kimlərəsə sərf edir. Həmin şəxslər üçün azarkeşsiz futbol daha maraqlıdı, nəinki dolu tribunalar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar