18 okt 19:41Yazar

Qurbanovun, yoxsa Azərbaycanın komandası?

Qurbanovun, yoxsa Azərbaycanın komandası?
Bu hadisəni bir neçə dəfə nəql etmişəm. Təkrarçılıq etməyə məcbur olacam. Gərək üzürlü sayasız. 1998-ci il oktyabrın 10-da yığmamız Macarıstanı hamımız üçün doğma olan Respublika stadionunda qəbul edirdi. Böyük ümidlərlə stadiona yollanmışdıq. Özü də mənim üçün bir ilk gerçəkləşirdi, çünki ilk dəfə millinin oyununu canlı izləmək imkanım yaranmışdı. Nəticə bizim üçün faciəvi oldu – 0:4. Macarların ikinci qolundan sonra bütün stadion “Vəli-Vəli” qışqırmağa başlamışdı. Azarkeşlər baş məşqçi Vaqif Sadıqovdan Portuqaliyada legioner həyatı yaşayan Vəli Qasımovu meydana buraxmağı tələb edirdi. Onlara elə gəlirdi ki, Vəli meydana çıxan kimi 11 macar futbolçunu təkbaşına məğlub edəcək və oyunun axarını bizim xeyrimizə dəyicək.
Sadıqov Portuqaliyadan gələn hücumçunu isinməyə göndərəndə tribunalardan bir alqış və uğultu qopdu. “Xilaskar” oyuna daxil olmağa hazırlaşırdı. Az sonra gözlənilən dəyişiklik baş tutdu. Amma bu dəyişiklik oyunun axarına bizim üçün müsbət olan heç bir təsir göstərmədi. Vəli Qasımov cəmi bir dəfə diqqət mərkəzinə düşdü, onda da topu sonralar ağ şalvarı ilə bütün dünyaya məşhurlaşan Qabor Kirayın qoruduğu qapının üstündən vurdu. Uzun müddət macar futbolunun şərəfini layiqincə qoruyan Dardai, İlleş və onların komanda yoldaşları isə dağ boyda Jidkovu daha iki dəfə topu tordan çıxarmağa məcbur etdilər. 0:4 hesablı məğlubiyyət indiyə kimi yaddaşımda silinməz izlər buraxıb. Bu yaxınlarda həmin məğlubiyyətin də 20 ili tamam oldu. “Vaduts faciəsi” kimi...
Bəli, 20 il az müddət deyil. Necə deyərlər, bir igidin ömrüdü. Bu müddət ərzində Azərbaycanda, onun futbolunda da çox şeylər dəyişib. Amma futbolumuzun inkişaf səviyyəsi və geniş kütlənin futbola baxışı heç dəyişməyib. Bəlkə də bir az dəyişiklik var, di gəl ki, müsbət yox, mənfi mənada. İndi bizim futbolda Vəli Qasımov səviyyəsində, İspaniyada və Portuqaliyada legioner həyatı yaşayacaq futbolçu yoxdu. Ötən 20 ildə Vəli Qasımov, Nazim Süleymanov, Dmitri Kramarenko səviyyəsində heç kimi yetişdirə bilməmişik. Yenə də məğlubiyyətləri, elə məğlubiyyətə bərabər heç-heçələri də sıralayır, böyük ümidlərlə gəldiyimiz stadiondan evə boynubükük qayıdırıq. Daha pisi odu ki, 20 il əvvəl olduğu kimi biz yenə də futbola səthi yanaşır, MİLLİ KOMANDAMIZIN xilasının tək-tük futbolçudan, vəlidən, əlidən, yaxud da pirvəlidən asılı olduğuna inanırıq. “Ağ atlı oğlan” axtarışımız davam edir. Kimdənsə o obrazı düzəldir, onu özümüz üçün ilahiləşdiririk. Ondan gözlədiyimizi ala bilməyəndə isə söyməyə, təhqir etməyə başlayırıq.
20 il əvvəl biz “Vəli-Vəli” qışqıranda Vaqif Sadıqov onu oyuna buraxmışdı. Sanki “buyurun, bu da sizin Vəliniz” demək istəmişdi. İndi də biz millinin hər toplanışından öncə Qurban Qurbanova bir sifariş veririk, hansısa futbolçunu komandasına çağırmağı ondan tələb edirik. Ötən qış Amil Yunanovla Bəxtiyar Həsənəlizadə dəbdə idi. Sonra Rüfət Dadaşov üçün böyük kampaniya başlatdıq. Ən sonda da Mirabdulla Abbasovun adı dillər əzbəri olub. Heç şübhəniz olmasın ki, çox tezliklə “Neftçi”də özünü yaxşı tərəfdən göstərməyi bacaran Abbasov da millinin düşərgəsinə dəvət olunacaq, meydana çıxacaq və sonra da fitə basılacaq. Niyə unudursuz ki, elə həmin Mirabdulla Latviya çempionatında yarım mövsüm oynayandan sonra Azərbaycana qayıdıb. Deməli, elə onun da səviyyəsi aşağı-yuxarı digər azərbaycanlı futbolçuların səviyyəsi qədərdi.
Hər dəfə də Qurbanov bizim “sifariş”i qəbul edir və “ulduz” etdiyimiz futbolçuları görmək imkanı yaradır. Ürəyinin dərinliklərində də elə Vaqif Sadıqov kimi deyir: “Buyurun, bu da sizin arzuladığınız qəhrəman”. Fərq ondadı ki, biz 20 il əvvəl İspaniyanın elitasında oynayan futbolçuya xilaskar gözüylə baxırdıq. İndi öz premyer-liqamızda gün keçirənlərdən və Almaniyanın 3-cü liqasında oynayanlardan yapışmışıq, belələrindən mədət umuruq.
Mədət dedim, yadıma Mahir Mədətov düşdü. Malta ilə oyundan əvvəl də, sonra da onu asıb-kəsirlər. Başa düşmək istəmirik ki, bizim futbolumuzun dərdi Mahir, Rüfət, Amil, lap elə Qurban Qurbanovun tapacağı çarə də deyil. İnanın mənə, Maltanı və ya Kosovonu udmaqla da 20 il əvvəl qaldığımız yerdən bir addım belə irəli ata bilməyəcəyik. Biz quyunun dibindəyik. Təsadüfi qələbələr, yanıb-sönən ulduzlar, süni şüarçılıqla başımızı aldadır, bizi bir-birimizə düşmən etdirir, futbolçularımızı və mütəxəssislərimizi söydürürlər.Vəziyyətin bu cür olması, belə davam etməsi də kimlər üçünsə sərfəlidi. Həmin adamları hamımız tanıyırıq. Əməllərini də görmüşük. Görməyənlərin gözlərini açmaq, eybəcərlikləri göstərmək üçünsə yazdığımız yazıların sayı-hesabı yoxdu. Nə qədər ki, köklü dəyişikliklər olmayacaq, uşaq akademiyaları açılmayacaq, belə də davam edəcək. Bir gün Vəliyə, o biri gün Mahirə, daha sonra da Rüfətə bel bağlayacaq, onlardan xilaskar düzəldəcəyik. Axırda da ağzı olan danışacaq, Qurban Qurbanovu tənqid edəcək.
Bir qədər insaflı və səbrli davranın. Millinin Moldova və ya Kosovo ilə oyununu yadınıza salın, sonra da Malta ilə oyuna baxın. Nəticələrin qısa müddətdə dəyişməsi üçün isə böyük işlər görülməlidi. Unutmayaq ki, Qurban Qurbanovu alqışların müşayiəti ilə milliyə gətirəndə ona 6 il zaman veriləcəyi deyilmişdi. Heç olmasa, iki il gözləməyə səbriniz çatmırmı? Axı bu komanda Qurbanovun komandası deyil, bu futbolçuları baş məşqçi doğulduğu kənddən gətirməyib. Bu, bizim milli komandamızdı. Yəni elə olanımız budu!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar