12 okt 21:50Yazar

Qələbə gözəldi, amma...

Yenə çoxlu ötürmə səhvi, arxaya mənasız ötürmələr, həyəcanlı Kamran və Mahir və ...bütün bunların fonunda 3:0 hesablı inamlı qələbə. O qələbə ki, bütün hallarda gözəldi və yığmaya bazar günü “doğma divarlar” arasında daha inamla mübarizə aparmağa imkan verəcək. Bəli, hesab oyuna görə olmadı, Qara iki dəfə topu xəttin üzərindən çıxardı, bir topları tirdən döndü, rəqib təkbətəkləri boşa verdi. Amma qələbə elə qələbədi.
Sentyabrdakı uğursuzluqdan sonra bu qələbə yığmamıza çox lazım idi. Kosovo dünən növbəti qələbəsini qazanmaqla Azərbaycana ilk pilləyə “qonmaq” imkanı verməsə də, əlimizə ən azl intriqanı son tura qədər daşımaq, hadisələrin uğurlu axarı halında isə D liqasında qrupu qalib kimi bitirmək şansı düşüb. Yalnız axmaqlar belə şansı havaya uçura bilər...
Etiraf etmək lazımdı ki, dünən yığma parlaq oyun göstərmədi. Sadəcə, praqmatik oyun üslubu uşaqların hədsiz əzmkarlığına, hər top uğrunda sona qədər mübarizə aparmaq istəyinə qarışınca arzuladığımız qələbə gəldi. İlk yarıda bir dəfə hücum etdik, onda da rəqib qapısına yol tapdıq. Meydan sahibləri isə bir neçə əlverişli imkanı qaçırdı və kornerlərdən lazımınca yararlana bilmədi. Sırf qollardan söhbət gedirsə, birincisi lazımi anda lazımi yerdə olan Riçard Almeydanın, ikincisi isə yığmanın “almanlarının” əməyinin məhsuludu. Xüsusən ikinci qol maraqlı alındı. Ümumilikdə normal təsir bağışlayan Rüfətin mənalı pauzadan sonra Dmitriyə verdiyi ötürmə faktiki oyunun taleyini həll etdi.
Artıq bazar günü növbəti oyuna çıxmalıyıq. Hədəf yenə qələbədi. Əslində Maltanı məğlub edə bilməsək, dünənki qələbənin də önəmi qalmayacaq. Qurban Qurbanovun “sükan arxasındakı” 10-cu oyununda yığmanın azarkeşlərdən lazımi dəstəyi görməsi çox yerinə düşərdi. Ənənəvi olaraq evdə güclü oynayan yığmamız əvvəlcə Malta ilə hesablaşmalı, ardından noyabrdakı həlledici görüşlərə hazırlaşmalıdı. Gəlin razılaşaq ki, bu qələbədən sonra yığma normal sayda azarkeşin dəstəyi altında oynamağı haqq etdi.
Ümumiyyətlə, yığmanın oyunundakı çatışmazlıqlardan danışırıqsa, ədalət naminə müsbət məqamlara da toxunmalıyıq. Məsələn, Rahilin oyunun ağırlığı altında əzilməməsi, maksimum dərəcədə səhvlərdən qaçmağa çalışması sevindiricidi. Qurban Qurbanovu həm bu qərara, həm də dörd il yığmadan ayrı düşən Rüfətə start heyətində şans verdiyinə görə alqış düşür. Bəli, o, qeyri-adi nəsə etmədi, amma mövqe seçiminə, xüsusən də ikinci qoldakı hərəkətinə görə tərifə layiqdi. Hətta özü də fərqlənməyə yaxın oldu. Prinsipcə mənzərənin tamamlanması üşün penaltini də Rüfətə vermək olardı. Amma burda da praqmatik yanaşma önə çıxdı və adətən, penaltiləri qaçırmayan Riçard dubl etmək şansını buraxmadı.
Bir sözlə, yığmanın dünənki oyunu düşünmək üçün xeyli material versə də, arxasınca çoxlu sual buraxsa da, ən azı üç gecə rahat yatmaq olar. Və sonra... Qurbanovun yığması azarkeşləri və Malta önündə növbəti imtahandan çıxmalıdı. Ümid edək ki, ölkənin əsas komandası budəfəki imtahanda daha yaxşı təsir bağışlayacaq və azarkeşləri Kosovo ilə həlledici oyun üçün həvəsləndirəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar