03 okt 22:00Yazar

Londonla Masazırın fərqi

Sevincimizin həddi-hüdudu yoxdu. “Sabah” – “Qarabağ” qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb. Belə ki, “Əlincə Arena”da keçirilən görüşə 4500 azarkeş tribunadan canlı baxıb. Bu münasibətlə Masazır camaatını və AFFA rəhbərliyini təbrik edirəm. Azərbaycan futbolunun indiki vəziyyətində böyük nailiyyətdi. Sözsüz, bu rəqəmin qeydə alınmasında “Sabah”ın rəqibinin “Qarabağ” olması böyük rol oynayıb. Bunu statistik göstəriciləri nəzərdən keçirməklə siz də özünüz üçün dəqiqləşdirə bilərsiz. Belə ki, “Sabah” özü üçün doğma sayılan meydanda “Sumqayıt”ı qəbul edərkən tribunada cəmi 500 azarkeş olub. “Qəbələ” ilə qarşılaşmada isə bu rəqəm iki dəfədən çox artıb. Debütantın 1:0 hesablı qələbəsiylə yekunlaşan həmin qarşılaşmada azarkeşlərin sayı 1200-ə çatıbmış.
Göründüyü kimi, “Qarabağ” Masazıra qonaq gələndə azarkeş sayı “Sumqayıt”la görüşdəkindən 9 dəfə, “Qəbələ” ilə oyundan isə təxminən 4 dəfə artıbmış. Deməli, “Qarabağ” bir futbol markası olaraq Azərbaycanda öz populyarlığını qorumaqdadı. “Xalq komandası” “Neftçi”nin “Bakcell Arena”da “Səbail”lə oyununa cəmi 1200 azarkeşin gəldiyini nəzərə alanda, Masazırdakı 4500 azarkeş yetərincə ciddi rəqəmdi. Könül istərdi ki, bu say daha da artsın, özü də təkcə “Qarabağ”ın oyunlarında yox, başqa görüşlərdə də tribunalar dolu, hay-küylü olsun. “Qarabağ”a Masazırdakı bu marağın digər bir səbəbi ordakı azarkeşlərin “böyük futbol”a uzun müddət həsrət qalmasıdı. O ərazilərdə yaşayanlar üçün “Qarabağ”ın – Azərbaycanı ardıcıl 5 il avrokubokların qrupunda təmsil edən, Çempionlar Liqasında “Çelsi”, “Roma”, “Atletiko” kimi Avropa nəhəngləriylə qarşılaşan komandanın kiçik qəsəbəyə gəlişi əsl futbol bayramı sayılmalıdı.
“Qarabağ” amilini qabartmaqla “Sabah”ın da uğurlarına kölgə salmayaq. Heç şübhəsiz, 4500 nəfərin arasında “Sabah”a azarkeşlik edənlər də, meydan sahiblərinin qələbəsini arzulayanlar da yetərincə olub. Diqqət yetirsək, görərik ki, “Sabah”ın nəticələri yaxşılaşdıqca, komandaya olan maraq da yüksəlir. Elşad Əhmədovun çalışdırdığı debütant premyer-liqanın autsayderi deyil. Daha təcrübəli rəqiblərinə qarşı yaxşı mübarizə aparır, xal ehtiyatını artırmağı bacarır. Azərbaycanlı futbol azarkeşlərinin psixologiyası hamımıza məlumdu. Onlar güclünün yanında olmağı, qalibiyyəti bayram etməyi sevirlər. Məlum məsələdi ki, “Sabah”ın nəticələri Masazır və ətraf ərazilərdə yaşayanların diqqətini cəlb edib. Həmin azarkeşlər yaxınlıqda oynayan və bir növ Masazırı Azərbaycan futbolunun elitasında təmsil edən komandaya azarkeşlik etmək, oyununu tribunadan izləmək fikrinə düşüblər. Qoy olsun. Futbolu bölgələrdən yığıb, Bakıya təmərküzləşdirən AFFA-nın bu siyasətinin qarşısında belə göstəricilər kiçik də olsa, təsəllidi. Heç olmasa, paytaxtın qəsəbələrində yaşayanlar tribunalara getməyə, Azərbaycan premyer-liqası ilə maraqlanmağa, öz klublarımıza azarkeşlik etməyə başlasınlar. Biz aza qane olan, bu günümüzə şükür edən adamlarıq. Futbolda da belə davranarıq. Sevinərik ki, Keşlənin, Masazırın, Bayıl qəsəbəsinin sakinləri tribunaların yolunu tuturlar, Azərbaycan çempionatı boş tribunaların qarşısında keçirilmək əzabından xilas olur. Bu amil futbolçuların da əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər.
Reallıq belədi. Və bütün bu reallıqların fonunda Azərbaycan çempionu iki gün sonra Londonun məşhur “Arsenal”ını Bakıda qəbul edəcək. Tribunalara gedənlər, evlərində, yaxud da kafelərdəki ekranların qarşısında “Qarabağ” – “Arsenal” oyununu izləyənlər Qurban Qurbanovdan və onun çalışdırdığı komandadan qələbə gözləyəcəklər. O “Arsenal”dan ki, bu mövsüm yalnız “Mançester Siti” və “Çelsi”yə uduzub. Unay Emerenin komandası dünyanın ən baxımlı və gərgin çempionatı sayılan İngiltərə premyer-liqasında ardıcıl 5 oyunda qalib gəlib. Özü də son iki matçda qapısından top buraxmayıb. Bu beş qələbənin üzərinə Liqa kubokunda və Avropa Liqasındakı oyunları əlavə edəndə rəqəm daha da artır. Bəli, “Arsenal” ardıcıl 7 oyunda meydanı qələbə ilə tərk edib. Möhtəşəm göstəricidi. Mövsümün əvvəlində, xüsusilə də ilk turdakı məğlubiyyətlərdən sonra “Arsenal”a və Unay Emeriyə inananların sayı xeyli azalmışdı. Çoxları cari “futbol ili”nin “Arsenal” üçün fiaskoya çevriləcəyini düşünürdülər. Amma “topçular” dirçəlməyi bacardı. Sözsüz, Bakıya da qələbə seriyasını davam etdirmək üçün gəlirlər.
Reallıq hissini itirməsək, “Qarabağ”la “Arsenal” arasındakı səviyyə fərqinin yetərincə ciddi olduğunu görərik. Özü də çox ciddi. Bu fərq elə Masazırla London arasındakı fərqə bənzəyir. Sadəcə, bir rəqəmə diqqət yetirməklə səviyyə fərqini aydınlaşdırmış olarıq. “Arsenal”ın “Uotford”la “Emirates” stadionundakı oyununu 60019 azarkeş izləyib. 4500 hara, 60 min hara?! Belə yerdə artıq şərhə ehtiyac da qalmır. Bir vaxtlar “Qarabağ”ın “Arsenal” kimi top-klublarla qarşılaşmasını arzulayırdıq. Xəyal idi, gerçək oldu. Odu ki, nəticəni boş verib, futboldan zövq almağa çalışaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar