30 sen 17:07Yazar

“Qırmızı şeytanlar”

“Feysbuk”un yaradıcısı Mark Zukerberqdən Allah razı olsun. Sosial şəbəkələrin bu qədər inkişaf ında, insanların öz fikirlərini azad ifadə etməsində, informasiyaların sürətlə yayılmasında onun rolu əvəzsizdi. Nə gizlədim, mən şəxsən özüm də Markın yaratdığı “feysbuk” sosial şəbəkəsinin fəal üzvlərindənəm. Həm orda tez-tez statuslarımı və yazılarımı paylaşıram, eləcə də gündəmin nəbzini tuturam. “Feysbuk” bir gözəl xüsusiyyətini də çox bəyənirəm. Hər gün səhər onun vasistəsiylə “tarixin təkəri”ni geri çevirir, ötən illərin məhz həmin günündə hansı paylaşımı etdiyimə, hansı hadisəylə şahidlik etdiyimizə baxmaq imkanım olmur. Bu geriyə boylanma imkanı bizə həm yaddaşımızı təzələmək, həm də nostalji hisslər yaşamaq fürsəti verir. Necə ki, bir neçə gün bundan əvvəl məndə məhz bu cür oldu.
“Feysbuk” bir səhər mənə xatırlatdı ki, dörd il bundan əvvəlin bu günlərində Bakıda “Mançester Yunayted Futbol Məktəbi” açılıbmış. Bəli, təntənəli, pafos dolu reklamları bütün Bakını bürüyən, efirdən səslənən həmin o məktəb. Ömrü heç dörd il olmadı. Təxminən bir ay bundan əvvəl, daha dəqiqi, avqustun 28-də AFFA-nın rəsmi saytı “Mançester Yunayted Futbol Məktəbi”nin bağlandığı ilə bağlı məlumat yaydı. Mən bu məktəbin AFFA-nın başqa layihələri kimi uğursuz olacağını, bir qrup möhtəkirin şəxsi mənfəətinə hesablandığını hələ dörd il əvvəl proqnozlaşdırmış. Həmin günlərdə, yəni 2014-cü ilin sentyabrında “feysbuk” hesabımda yazdığım statusda bu məktəbin məşqlərinin süni örtüklü meydanda keçiriləcəyinə işarə vururaq, belə bir sual da ünvanlamışdım: “Bakıda “Mançester Yunayted Futbol Məktəbi” açılıb. AFFA iddia edir ki, bu məktəb vasitəsiylə gələcəyin istedadlarını yetişdirəcəklər. Məşqlər isə “Bayıl Arena”da, süni örtüklü meydanda keçiriləcək. Görəsən, “Mançester Yunayted”in öz yetirmələri də İngiltərədə süni örtük üzərində məşq edərək inkişaf edirlər?”
Həmişə olduğu kimi, bu dəfə də AFFA məni yanıltmadı. “Bakcell” şirkətinin bu layihəyə ayırdığı pulları 4 il ərzində yağmaladılar, ortaya isə heç nə çıxmadı. Kiçik bir araşdırma apardım və istədim məktəbin açılış mərasimində “badə qaldırıb, tost deyənlərin” hansı mübaliğəli sözlərdin istifadə etdiyini də öyrənim. O qədər də çətin olmadı. Aman, göz dəyməsin, internet qaynaqlarında “Mançester Yunayted Futbol Məktəbi”nin açılış mərasimindən hazırlanan geniş reportajlar, açıqlamalar yetərincədi. Hamısı da maşallah, bir dünya pafos dolu. Açılış mərasimində jurnalistlərə məlumat verilib ki, bu futbol mətkəbi Bakıda daimi (?!) fəaliyyət göstərəcək. Birinci yalan elə bu “daimi” sözünün özüdü. Göründüyü kimi, AFFA ilə “Bakcell”in əməkdaşlığı bu məktəbi yalnız dörd il ayaqda saxlamağa kifayət etdi. Ayrılan pulu bu müddətdə xərcləyib bitirdilər.
AFFA prezidenti Rövnəq Abdullayevin açılış mərasimindəki çıxışında maraqlı məqamlar isə yetərincədi: “Milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli “Mançester Yunayted” klubunun AFFA ilə birgə həyata keçirdiyi bu layihə ölkəmizin futbol həyatında çox önəmli bir hadisədi. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaq. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən əvvəl uşaqlara ingilis dili dərsləri keçiriləcək. Bu da təqdirəlayiq bir haldı. Ümidvaram ki, “Mançester Yunayted Futbol Məktəbi”nin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda bəhrə verəcək və burda oxuyan uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz AFFA-nın adından “Bakcell” şirkətinə və “Mançester Yunayted” klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”. Açılış mərasimin üzərindən dörd il keçdi və “Mançester Yunayted Futbol Məktəbi” tarixin yaddaşına qovuşdu. Ortaya isə bircə nəfər də olsun, ingilis dilində danışmağı və futbol oynamağı öyrənmiş uşaq çıxarılmadı.
Belə yerdə AFFA rəhbərliyinə sual ünvanlamağın əsl məqamıdı. Hanı sizin dörd il fəaliyyət göstərən, bəh-bəhlə açılış mərasimi keçirib, şəninə tərif söylədiyiniz futbol məktəbinin yetirmələri? Bu 4 ildə ortaya dörd futbolçu çıxara bilmədiz. Amma Allah bilir, neçə milyon pul xərcləndi, havaya sovruldu, kimlərinsə ciblərinə getdi. “Mançestet Yunayted Futbol Məktəbi” də başqa layihələriniz kimi uğursuzluqla tarixin yaddaşına qovuşdu. Unutmusuzsa, adlarını sadalayım, siz də yenidən xatırlayın: Berlində açdığınız futbol məktəbi, süni örtüklü meydanların salınması, “Topçiləmə festivalları”, klublara əcnəbi idman direktorlarının gətirilməsi, Berti Foqtsun, Robert Prosineçkinin, Bernard Lippertin, Nikolay Adamın və başqa bu kimi məşqçilərin yağ içində böyrək kimi bəslənməsi layihələrini nəzərdə tuturam. Bu layihələrin hər birinə milyonlarla manat, yaxud da dollar xərclənib. Amma heç biri Azərbaycan futboluna ciddi mənada fayda verməyib. Özünüzə gəlməmisiz, əməllərinizdən qalmamısız. İndi də futbolumuzun ən sağlam yerlərindən biri olan hakimliyin üzərində eksperimentlər başlayıb. Avstriyadan bir mütəxəssis tapıb, bu sahənin başına gətirmisiz.
Halbuki “Bakcell” ilə “Mançester Yunayted”in şərikli layihəsinə daha ağılla yanaşmaq, onu istedadları ilə ad çıxaran bölgələrimizin birində həyata keçirmək mümkün idi. Onsuz da Bakıda yaşayanların məktəb seçmək, futbolla məşğul olmaq üçün imkanları var. Bölgələrdə isə uşaq futbolu can verir, istedadlar itib-batır. Bu layihəni Tovuzda, yaxud da Gəncədə gerçəkləşdirməklə kiçik bir akademiya formalaşdırmaq, sonra da bu modeli geniş tətbiq etmək olardı. İstəmədiz, ya ağlınıza gəlmədi? Bilirəm ki, bu sualı sizə ünvanlasam, utanmadan-qırzarmadan yalanlar danışacaqsız. Ay sizi, “qırmızı şeytanlar”...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar