30 sen 16:36Yazar

“Futbol+” ilə vidalaşarkən...

“Futbol+”ə başqa idman növləri üçün reportyor lazımdı. Sən bu sahədə məlumatlısan. Bir yazı yaz, bəyənilsə, işə başla” – 8 il əvvəl qardaşım Səbuhi çalışdığı qəzetə belə dəvət etmişdi. O zaman tam fərqli sahədə işləyirdim. Hərbi xidməti başa vurduqdan sonra 1 ay ixtisasım üzrə iş tapmaq cəhdləri fayda vermədi. Yəqin ki, bu, əksər gəncimizin başına gəlib. Bu zaman yol ayrıcında qalırsan. Ya səbr edib, axtarışlara davam etməli, ya da tam fərqli sahədə çalışmalısan. Evdə işsiz-gücsüz, bekar qala bilmirdim. Depressiya, gələcəyə ümidsizlik yaranmağa başlamışdı. Bu üzdən diplomu görməzdən gəldim və iş həyatıma məktəb gözətçiliyi ilə başladım. Daha sonra iki il kuryer kimi çalışdım. Səbuhinin dəvətini əvvəl tərəddüdlə qarşıladım. Çünki bu yükün altından çıxa biləcəyimə inamım az idi. Nəhayət, çox düşündükdən sonra bəxtimi sınamaq qərarına gəldim. 2010-un son ayında “Futbol+”in redaksiyasına ilk qədəmimi basdım. Mahir Rüstəmliylə qısa söhbətdən sonra idmanımız haqda ümumi bir yazı qələmə almaq tapşırığı aldım...
05.01.2011 – həyatımda yeni müstəviyə qədəm qoyduğum tarix. “Fubol+”də ilk addımım. Oxucusu olduğun qəzetin əməkdaşına çevrilmək qəribə və xoş duyğu idi. Yanvar mənim üçün asan keçmədi. Demək olar ki, yerimdə sayırdım. “Yox, bu iş mənlik deyil”, - deyə düşünməyə başlamışdım ki, vəziyyət tədricən düzəldi. Daxili şöbənin redaktoru Kənan Həsənov məni yanında əyləşdirib, yazılarımın redaktəsini göstərirdi. Belədə səhvlərimi görür və nəyi necə yazmalı olduğumu anlayırdım. İlk vaxtlar baş redaktorun tənqidi yanaşması məndə ümidsizlik və gələcəyimlə bağlı qorxu yaradırdı. Ancaq sonra yavaş-yavaş hamısı arxada qaldı. Nahaq yerə deməyiblər ki, tənqid inkişafa gedən yoldu...
İlk aylarda Səbuhi, Həbib, Nihat və Ülvi ilə bir otaqda işləyirdim. Hə, onu da deyim ki, ali təhsilini davam etdirən Ülvi çox vaxt günortadan sonra işə gəlirdi və ona qədər kompüter arxasında mən oturur və materialları toplayırdım. Ancaq bəzən lənglik məni çətin vəziyyətə salırdı. Ona görə də etiraf etməliyəm ki, Ülvinin bir az gec gəlməsini arzulayırdım. Çünki o gələnə kimi işimi bitirməliydim. Sonra vəziyyət elə gətirdi ki, digər otaqda boş yer yarandı. Bundan sonra və son günədək xarici şöbənin uşaqlarıyla bir otaqda işlədim. Belədə Əli və Tahiri daha yaxından tanımaq imkanım oldu. Və bir şeyi anladım ki, mən tam fərqli kollektivin içinə düşmüşəm. Elə bir kollektiv ki, orda xasiyyəti bir-birinə bənzəyən iki insan tapmazsan. Yazı üslubları da tam fərqlidi. Məsələn, imzaya baxmadan oxuduğum məqalənin Həbib, Rəşad, Mirağa, yoxsa Farizə məxsus olduğunu deyə bilərəm. Xüsusiyyətləri bir-birinə zidd insanların formalaşdırdığı rəngarənglik başqa aləmdi. Elə “Futbol+”i mənim üçün maraqlı, cəlbedici edən də budu. Əmin olun, bu kollektivlə heç vaxt darıxmazsız. Sevinərsiz, əsəbləşərsiz, bəzən mübahisə həddi də aşa bilər. Amma heç vaxt “Futbol+” ailəsi darıxdırıcı ola bilməz.
Bəlkə məhz buna görə bir neçə dəfə başqa mətbu orqanların sərfəli təklifinə “yox” demişdim. Kollektivə o qədər alışmışdım ki, ondan ayrılmaq, başqa mühitdə çalışmaq mənə ağır gəlirdi. Ancaq bəzən həyatın qanunları səni dəyişiklik etməyə vadar edir. Ötən ayın sonunda idman federasiyalarından birindən dəvət alanda təklifi qəbul etməyə qərar verdim...
Son iş günü... Geriyə boylanıram, yaddaşımı qurdalayıram. Gözümün önünə gülərüz simasıyla aramızdan ayrılaraq haqq dünyasına qovuşan Sona xanım, “hamsıvız beləsiz” deyən, yazı üçün xarici şöbənin uşaqlarını tələsdirən Xəyalə, 8 ilə yaxın işlədiyim qəzetdə çalışdığım bütün reportyorlar, kitab yazıla biləcək qədər xatirələri olan iclaslarımız, hay-küylü futbol oyunlarımız, kollektivlə birgə bölgələrə səfərlərimiz, yığma və klubların oyunlarını işıqlandırmaq üçün yollandığım ölkələr və daha nələr-nələr gəlir. Təəssüf ki, 93 ayın təəssüratını bir köşəyə sığdırmaq qeyri-mümkündü. Çox şey yazmaq istərdim, amma...
Həyat davam edir. İdman mətbuatının öndərini tərk edən nə birinci, nə də axırıncı jurnalistəm. Sərxanın və ya bir başqasının gedişi heç nə demək deyil. Məndən qat-qat güclü yazarların gedişi nəyisə dəyişmədiyi kimi. Bir şeyi dəqiq bilirəm. Harda işləməyimdən asılı olmayaraq, “Futbol+”çi kimi qalacam. Çünki mən bu qəzetə ruhən bağlıyam. Üzərimdə zərrəcə əməyi olan, həyatımın ən ağır dövründə mənə mənəvi dayaq olan qəzetimizin hər bir əməkdaşına minnətdaram. Nə yaxşı ki, varsız...
P.S. Daha Mahir Rüstəmlini işə gecikməyə, Kənan Həsənovu yazını ləngitməyə görə əsəbləşdirən olmayacaq.
Baş redaktordan: Sərxan, “Futbol+” üçün çəkdiyin əziyyətə görə təşəkkür edir, daha böyük uğurlar arzulayıram.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar