26 sen 23:07Yazar

Axundova çempion salamı

Ötən tur “Zirə”nin qazandığı bir xalı texniki məğlubiyyətlə əvəzləməsəydilər, indi “Keşlə” sonuncu pillədə təkbaşına qərarlaşardı. Hələlik turnir cədvəlinin zirzəmisində ikihakimiyyətlikdi. Taleyin istehzasıdı. Məşqçiləri bir-birinin ardınca yola salan, özünü dahi futbol bilicisi kimi aparan Zaur Axundovun rəhbərlik etdiyi “Keşlə” aşkar autsayderə çevrilib, heç cür sonuncu yerdən qurtula bilmir. Buyurun, Zaur bəy. Bu da sizin üçün işgüzar nüfuza zərbə. Bu yaxınlarda mətbuatdan şikayətçi düşmüşdüz, qələm əhlindən narazıydız. İddia edirdiz ki, tənqidi yazılar sizin işgüzar nüfuzunuza zərbə vurur. Zaman göstərdi ki, nüfuzunu heç də haqq söz, gördüyünüz işə verilən obyektiv qiymətin əks olunduğu yazılar korlamırmış. Maşallah, gördüyünüz iş, ortaya çıxardığınız “Keşə” boyda əsər göz qabağındadı. Artıq sözə də ehtiyac yoxdu, qurub-yaratmısız. İndi də baxın, doyunca həzz alın.
Mladen Milinkoviçin qovulmasının an məsələsi olduğuna heç şübhəmiz yoxdu. Serbiyalı mütəxəssis “Keşlə”ni düşdüyü durumdan çıxaracaq, böhrandan xilas edəcək gücə, istedada sahib biri deyildi. Bunu ilk gündən təxmin etmişdik. Demişdik ki, Milinkoviçə Azərbaycan futbolunu, “Keşlə”nin güclü (?!) və zəif tərəflərini öyrənmək üçün yetərincə zaman lazımdı. Ən azı qışa qədər uyğunlaşma dövrü keçməli, ondan sonra transfer çalışmalarına start verməli, öz komandasını qurmağa başlamalıydı. Biz hadisələrin bu cür axarına çoxdan vərdiş etmişik. Amma hardandı Zaur Axundovda bu qədər səbr, bu qədər hövsələ? Bacarmadısa, qovun. Onun iş prinsipləri belədi. “Keşlə”nin mənafeyini düşünsəydi, gələcəyi görən olsaydı, məsələyə peşəkarcasına yanaşmağı bacarsaydı, zamanında Zaur Svanadzeni qovmazdı. Gürcünü qovdu, yerinə ukraynalı Yuri Maksimovu gətirdi. Maksimovun “Keşlə”yə qazandırdığı kubok çalışdırıcının klubdakı ömrünü uzatmadı. Axundovun çaldığı havaya oynamırsansa, onun dediyi ilə oturub-durmursansa, çantan daim hazır olmalıdı. Çox keçməz, qovularsan. Axundovla bostan əkənin tağı mütləq çiynində bitməli, onunla işbiriliyinə gedənin sonu mütləq belə olmalıdı. Özümüzdən demirik, təcrübə bunu göstərir. İstər böyük futbolda olsun, istərsə də onun kiçik qardaşı futzalda.
Vəzifəsinin adı “Keşlə”nin Müşahidə Şurasının sədridi. Amma faktiki kluba prezidentlik edir. Məşqçiləri özü təkbaşına təyin edir, sonra da qovur. Nəticədə bu gün heyətində 9 legioner olan “Keşlə” turnir cədvəlinin sonuncu komandasıdı, yəni ən zəifi. Bəzən hansısa komandanın sonuncu olması ədalətsizlik sayılır. Baxırsan ki, bu komanda yaxşı oynayır, amma son anda bəxti gətirmir, gözlənilmədən xallar itirir və nəticədə layiq olmadığı yerdə qərarlaşıb. “Keşlə” ilə bağlı isə belə təəssüf hissi keçirmək mümkün deyil. 9 legioneri olan, “çərçivə”sini Azərbaycan millisinin qolkiperi qoruyan qəsəbə təmsilçi elə sərgilədiyi cansıxıcı oyunla da tutduğu yerə layiqdi. Çünki klub qeyri-peşəkarlıqla idarə olunur, transferlər kimlərinsə şəxsi maraqlarına uyğun edilir, əcnəbi məşqçilər isə “Keşlə”də bir-birini əvəzləyir. Gəlmə mütəxəssislər heç gözünü açmağa macal tapmır və komandadan qovulurlar. Əminliklə söyləmək olar ki, Svanadzeyə qarşı haqsızlıq edilməsəydi, yaxud da Maksimova qalıb işləməyə imkan verilsəydi, “Keşlə” indiki kimi acınacaqlı durumda olmazdı. Deməli, hazırkı böhranın yeganə səbəbkarı Zaur Axundovdu.
Eşitdiyimə görə, “Keşlə” məşqçi axtarışında olduğu dönəmlərin birində ona işsiz qalan yerli mütəxəssislərin adı yazılan siyahi təqdim edilib. Zaur bəy də siyahıya heç gözünün ucuyla da baxmayıb, əllini yelləyərək, “yerliləri uzaq eləyin, a kişi” deyib. Buyurun, bu da futbolun ədaləti. “Keşlə”nin bu mövsüm uduzduğu 4 rəqibdən üçünün baş məşqçisi azərbaycanlı mütəxəssislərdi. “Sabah”ı Elşad Əhmədov, “Səbail”i Aftandil Hacıyev, “Sumqayıt”ı da Nazim Süleymanov çalışdırır. Özü də Nazim Süleymanovun adı həmin vaxt cənab Axundova təqdim olunan siyahıya da yazılıbmış. Ay ötdü, il dolandı, elə Süleymanovun çalışdırdığı “Sumqayıt” Zaur bəyin qurub-yaratdığı “Keşlə”ni öz meydanında məğlub etdi. Özü də üstün oyunla, vurduğunu vurdu, bir o qədər də qol vəziyyəti boş verildi. “ASK Arena”da “Sumqayıt” ağalıq edir, özünü əsl meydan sahibi kimi aparırdı. Atilla Yıldırım azı iki epizodda daha diqqətli və soyuqqanlı oynasaydı, “Keşlə” daha böyük hesabla məğlub olacaqdı. Ondan sonra da binəva Milinkoviçi gecəylə vətəninə yola salacaqdılar.
Azərbaycan futbolunun qəribə tərəflərindən biri də elə budu. Gözümüzün önündə olanları, öz içimizdən çıxan yerli mütəxəssisləri dəyərləndirmirik. Elə həmişə əcnəbilərin, ordan-burdan gələnlərin arxasınca düşürük. Yəqin ki, “Sumqayıt”la qarşılaşmaya qədər Zaur Axundov Nazim Süleymanovun kimliyini bilməyibmiş, ona görə də həmin siyahını ciddiyə almayıb. Yoxsa öz məşqçilərimiz qala-qala. Maksimovun, Milinkoviçin qapısına elçiliyə getməzdilər. Eybi yox, ən böyük dərsi adama zaman verir. “Keşlə”nin bu məğlubiyyəti də Zaur Axundova çempion Nazim Süleymanovun salamı olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar