25 sen 14:14Yazar

“Qarabağ”ı “yalnışları” və yanlışları

Yaxşı ki, biz Türkiyədə yaşamırıq. Yoxsa “Fənərbaxça”nın ofisini yandırar, futbolçularına yumurta atar, Kokunu isə “üfunət kokusu” verənə qədər döyərdik. İstanbul klubunun hər mövsüm 100 milyon avronu aşan sabit büdcəsi var. 50 min azarkeş tutumu olan “Şükrü Saracoğlu”nun tribunaları rəqibin kimliyinə baxmayaraq, “tıklım-tıklım” dolur. Ordakı futbolsevərlər hər oyundan əvvəl pulsuz bilet axtarışına çıxmır, mövsüm başlamamış bir ətək pul verib, kombinələrini alırlar. Yəni stadiondakı yerlərinin pulunu bir mövsümlük ödəyirlər. Oyun günü də işi-gücü, toy-bayramı təxirə salıb, “akşam “Fənər”in maçı var” deyərək Kadıköyə doğru istiqamətlənirlər.
Amma nə yazıq ki, “Fənər” onların bu sevgisinə cavab verə bilmir, fanatların bu sevgisinin qarşılığı məğlubiyyət, rəzalət, hüsrandı. İstanbul klubunun Çempionlar Liqasının qrupunda oynamağa həsrət qalması lətifə mövzusu olub. “Divlər liqası”nda özünə yer edə bilməyən “sarı-lacıvərdlilər” Avropa Liqasında da “qapazaltı”ya çevrilməkdədi. Ötən il Makedoniyanın “Vardar”ı işləri korlamışdı. Bu dəfə qrupa vəsiqə birbaşa qazanılsa da, Zaqreb “Dinamo”su “Fənərbaxça”nı “Maksimir”ə qədər gəlməsinə peşman etdi, Harun Təkinin qorumağa çalışdığı qapıya 4 qol vuruldu. Biz olsaydıq, “Fənərbaxça”nı daş-qalaq edib, ona arxa çevirməzdikmi?
Kiyev “Dinamo”su da ondan betər. Qoy şükür etsinlər ki, “Dinamo”nun fanatları bizimkilər qədər tələbkar, aqressiv və ən əsası futboldan gözəl baş çıxaran deyil. A kişi, Ukrayna futbolunun ənənələri bütün dünyaya bəllidi. Şevçenkolu “Dinamo” “Barselona”nın daşını daş üstündə qoymazdı. Hələ ondan illər öncədən də Ukrayna futbolu SSRİ-də ən güclülərdən idi. “Böyük imperiya”nın yığma komandasının əsasını ukraynalılar təşkil edər, “Dinamo” avrokuboklarda tarix yazardı. İndinin özündə də Ukrayna futbolunun yetişdirdiyi istedadların sayı-hesabı yoxdu. Ən zəifləri, veteran olmağa hazırlaşanlar, təqaüdə çıxanlar Azərbaycana qədər gəlirlər. Yaşlarının o vaxtında belə bizim premyer-liqanın ən yaxşılarından olurlar, adlarından söz etdirirlər.
Yaxşı yadımdadı, “Neftçi”yə 90-cı illərin sonlarında Leonid Kalfa adlı bəstəboy forvard gəlmişdi. Əhməd Ələsgərov onu “zavod komandasının oyunçusu” adlandırırdı. “Kəpəz”in 11 futbolçusu onu dayandırmaq üçün sillə-təpiklərini işə salırdılar, yenə də xeyri olmurdu. Mən həllə “milliləşdirdiyimiz” Çertoqanovu, Levini demirəm. Bu qədər futbolçusu olan ölkənin təmsilçisi, tarixi ilə öyünən “Dinamo” hansı üzlə “Astana”ya bata bilmir? Çempionlar Liqasının qrupuna yüksələ bilməməsini biz “Dinamo”ya bağışlaya bilərdik. Amma “Astana”nı darmadağın etmədiyinə görə bizim azarkeşlər “Dinamo”nun ofisinin önündə piket keçirər, divarlara “əyninizdəki o formanı çıxarın” tipli şüarlar yazardılar.
Türkiyəli və ukraynalı fanatların bizdən öyrənməli çox şey var. Aqressivliyi, tənqid etməyi, lağa qoymağı, şəbədə qoşmağı bizdən öyrənməlidər. Hələ bekar olanda futbolçuların yaşından tutmuş xarici görünüşünə, danışığına kimi nəyə istəsən, “ilişmək” olar. Təki danışmağa söz, “feysbuk”da yazmağa status olsun. Qalan şeylər kimin nə vecinə? Bu mənada tayımız-bərabərimiz yoxdu. Stadiona getmərik, gedəndə də tribunaya özümüzlə bir paket günəbaxan tumu, çipsi və sərin su apararıq. 90 dəqiqə ərzində bekar dayanmayacağıq ki. Başımızı nəyləsə qatmalıyıq da. Oyun başlamamış da mütləq bir selfi çəkdirmək, sosial şəbəkələrdəki bütün hesablarımızdan şəkli paylaşıb, “like” toplamaq kimi gözəl adətimiz də var. Amma komandanı çətin məqamda dəstəkləməyi, premyer-liqa oyunlarında da öz azarkeşlik borcumuzdan çıxmağı, klubun “fan-şop”una gedib, 5-10 manat xərcə düşməyi heç yaxına da buraxmarıq...
...Ağzı olan danışır, ağıl verir, yol göstərir, tənqid edir. “Sportinq”lə oyun günü “feysbuk” qarşıma bir futbol səhifəsi çıxardı. Baxıram ki, yazı müəllifi izləyicilərə sual ünvanlayıb: “Qarabağ” klubu bu gün meydana hansı heyətlə çıxmalıdı?” Ardınca da adam öz ehtimalını yazıb, Qurban Qurbanov üçün müxtəlif variantlar təklif edib. Məəttəl qalıram. Klubla komandanın fərqini bilməyən, klubun yox, komandanın meydana çıxacağından xəbərsiz olan adamda Qurbanov üçün heyət qurmağa həvəs hardandı? Ertəsi gün yenə həmin səhifədən bir məqalə qarşıma çıxır: “Qarabağ”ın dörd yalnışı”. Nəymiş bu “yalnış” deyilən söz, bəlkə yeni futbol termini imiş? Yazıya göz atıram və dərhal da anlayıram ki, müəllif “yanlış” sözünün əvəzinə “yalnış” yazıb və “Qarabağ”ın səhvlərini sadalamaq üçün klaviaturanı döyəcləməyə başlayıb.
Bəli, “Qarabağ” “Sportinq”ə uduzub. Uduzubsa, Qurban Qurbanovun da, onun meydana buraxdığı futbolçuların da səhvləri olub. Amma bu səhvləri deməyi və yazmağı, hətta səsləndirməyi belə kampaniyaya çevirməyə, “hərəmiz bir daş ataq” prinsipiylə hərəkət etməyə ehtiyac yoxdu. Heç kimin şübhəsi olmasın ki, Qurbanov Azərbaycanda futbolu bilən ən yaxşı mütəxəssislərdən biridi. “Qarabağ”ın da uğurunu ondan çox heç kim istəyə bilməz. Tənqid edərkən də bütün bunları nəzərə almaq, obyektiv səbəbləri göz önünə gətirmək lazımdı. Bir də onu unutmamalıyıq ki, “Qarabağ” bu səviyyəyə yüksələnə qədər biz “Sportinq” kimi rəqiblərlə qrup mərhələsində qarşılaşmağı ancaq xəyal edərdik. İndi nə oldu? Adamlar “yalnış” iş gördülər ki, ardıcıl 5-ci dəfə qrup mərhələsinə yüksəldilər?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar