21 sen 23:11Yazar

Xaqani Məmmədovun boş qalmayan otağı

Frits Stuxlikin Azərbaycan futboluna ayaq açması hakimlərimiz üçün elə də düşərli olmadı. Yeni təyinatın məsuliyyəti və həyəcanı dərhal özünü meydanda göstərdi. Çoxdan bizim hakimlərin bir turda bu qədər səhvə yol verməsinə rast gəlmirdik. Amma son tur səhvlər və bu səhvlərin gətirdiyi mübahisə qoxulu müzakirələr gündəmi xeyli məşğul etdi. Yaşananları yeni sədrin özüylə birlikdə Azərbaycan futboluna gətirdiyi arzuolunmaz ab-havanın ilkin işartısı saymaq da mümkündü.
Hakimlərimiz və klublarımız həyəcanla gözləyirlər. Hamı Stuxlikin Azərbaycana gəlişinin, AFFA tərəfindən rəhbər vəzifəyə təyin olunmasının hansı məqsədlərə xidmət etdiyini, bu dəyişikliyin futbolumuza nə verəcəyini proqnozlaşdırmağa çalışır. Sevincək olanlar, vəzifə eşqinə düşənlər də var, fitinin və bayrağının əlindən alınacağından qorxuya düşənlər də. Sözsüz, bütün bunlar real hisslərdi. Artıq Anar Salmanovla Babək Quliyevin fəallaşdığı hiss olunur. Onların yenidən formalaşdırılacaq strukturda yer alacağı, səlahiyyət sahibi olacağı gözlənilir. Qoy olsun. Onsuz da kimisə hansısa səhvinə görə ömürlük cəzalandırmaq, çörəyini əlindən almaq humanizm prinsiplərinə ziddi. Quliyevlə bağlı məsələ xeyli qaranlıq olsa da, Salmanovun səhvi və bu səhv ətrafında yaşananlar hər kəsə məlumdu. Sabiq FİFA referisi özü də dəfələrlə səhvə yol verdiyini etiraf edib və səhvinə görə cəzasını çəkdiyini deyib. Sadəcə, məsələnin bir pis tərəfi var. Kobud səhvə yol verən hakimlərin futboldan ömürlük uzaqlaşdırılması müəyyən mənada effektli cəza metodu idi. Belədə nisbətən gənc hakimlər onların başına gələnlərə baxıb, özləri üçün dərs çıxarır, əyri yollardan çəkinirdilər. Qorxurdular ki, onlar da qəzəbə tuş gələr, ömürlük cəzalanarlar. İndi isə vəziyyət bir qədər fərqli olacaq.
Ramin Musayevin sərt cəza tədbirlərinin faydasını son illərdə görmüşdük. Hakimlər üçün yaxşı şərait yaradılır, onların qonorarı yüksəldilir, təhlükəsizlikləri qorunur, xaricdə təlim-məşq toplanışları təşkil olunurdu. Bunun müqabilində isə onlardan ədalətli idarəçilik, hansısa klubla danışığa getməmək, qərəzli olmamaq tələb edilirdi. Müəyyən mənada hakimlərin üzərində qorxu da yaradılmışdı. Azərbaycanın da öz reallıqları var. Elxan Məmmədov illərdi ki, UEFA-dan “danışılmış oyunlar”la bağlı siqnal aldıqlarını deyir. Amma indiyə qədər geniş ictimaiyyət üçün ortaya fakt qoyulmayıb, konkret hansı klubun və ya futbolçunun danışığa getdiyi, çirkli işə qol qoyduğu isbatlanmayıb. Elə buna görə də şübhələrə son qoymaq, “danışılmış oyunlar”ın kökünü kəsmək və AFFA-nın bu məsələdə qərəzsiz davrandığına hamını inandırmaq mümkün olmayıb. Stuxlikin idarəetmə sistemində də bu problem özünü göstərəcək. Əvvəlcə hakimlərimiz yeni sədrin gəlişindən qorxuya düşüb, meydanda həyəcan hissinə məğlub oldular. Bu isə kobud səhvlərlə nəticələndi. Prosesin davamı daha maraqlıdı. Mümkündü ki, avstriyalı sədr hakimlərlə öz ölkəsinin standartları ilə münasibət qurmağa, iş prinsipində bizim mental qayda-qanunlarımızı nəzərə almadan davranmağa çalışacaq. Bu isə yeni fəsadları özüylə gətirəcək. Bir az boşluq hiss edən hansısa hakimin təzyiq və ya şirnikləşdirici təklif qarşısında gücsüz qalması premyer-liqanı xeyli geri salacaq, yeni qalmaqalların, kiminsə haqqının yeyilməsinin şahidinə çevriləcəyik.
Gələcəkdə daha bir problemlə üzləşməyimiz də mümkündü. Məsələn, kobud səhvə görə hakimlikdən uzaqlaşdırılanlardan kimsə yeni komitədə rəhbər vəzifədə yer alanda həm gənc ədalət təmsilçilərinin, həm də klubların yanında gözükölgəli olacaq. Bu hal da yeni boşluqların yaranmasına rəvac verəcək. Gənc hakimlərdən kiminsə ona göstəriş verən, irad bildirən həmin şəxslərdən birinə “sən axı özün kim olmusan ki, indi mənə söz deyirsən?” tipində cavab qaytarması da mümkündü. Cənab Stuxlikin bütün bu halları nəzərə almasına, bizim hakimliyin və mentallığın spesifikasını öyrənməsinə xeyli zaman lazımdı. Həmin zaman keçənə qədər isə azı bir mövsümü yola salmış olacağıq. Heç kim də təminat verə bilməz ki, bu zaman kəsiyində Azərbaycan futbolunun və hakimliyinin nüfuzuna ciddi zərbə vuracaq, bizim indiyə qədər qazandıqlarımızın üzərindən çalın-çarpaz xətt çəkəcək biabırçılıqlar yaşanmayacaq. Arzu edək ki, bu ehtimallar özünü doğrultmaz, Azərbaycan hakimliyini tanrı bu cür bəlalardan hifz edər.
Mən elə bütün bunları nəzərə alaraq, herr Fritsin təyinatı günü fikirlərimi sizinlə bölüşərkən yerli mütəxəssislərdən kiminsə sədr təyin olunmasını arzuladığımı bildirmişdim. Bununla da AFFA həm izafi xərcdən, həm də avstriyalı mütəxəssisin ölkəmizə öyrəşməsi üçün tələb olunan vaxt itkisindən xilas olacaqdı. UEFA-nın guya bizdən bunu tələb etdiyi ilə bağlı deyilənlər isə ağ yalandan başqa bir şey deyil. Elə stadion məsələsində olduğu kimi. UEFA bizdən komitələrin birləşməsini tələb edə bilər. Amma birləşən komitələrə əcnəbi mütəxəssisin təyin olunmasını bizdən tələb etməyə heç FİFA ilə BMT-nin də ixtiyarı yoxdu. Belə tələb indiyə qədər hansısa ölkənin qarşısına qoyulubmu? Təbii ki, yox!
Artıq Frits Stuxlik Xaqani Məmmədovun boşaltdığı otaqda əyləşib, yeni işinə də başlayıb. Avstriyalı mütəxəssisin Məmmədov qədər hakimliyə xeyir verib-verməyəcəyini isə çox tezliklə zaman bizə göstərməyə başlayacaq. Yaşayaq ki, görək. Sağlıq olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar