20 sen 20:56Yazar

Abasovun korlanan debütü

“Səbail” – “Zirə” oyununda yaşanan hadisəyə görə çox təəssüfləndim. Birincisi, ona görə ki, “Zirə”nin bir xaldan məhrum edilməsinin, 0:3 hesablı texniki məğlubiyyət almasının səbəbkarı kimi dəyərli həmkarımız Elmar Abdullazadə göstərilirdi. Protokolu onun yazdığı deyilir, limitin tələbləri üçün vacib olan futbolçunun adının ora qeyd edilməməsi Elmarın diqqətsizliyi kimi qiymətləndirildi. Yaxşı ki, qəzetimizin dünənki sayında bununla bağlı digər klublardan mövqe öyrənilib. Mən ölkə klublarının mətbuat xidmətinə rəhbərlik edən dostlarımızın səmimiyyətinə inanıram. Göründüyü kimi, hər klubda bu işlə məşğul olan ayrıca əməkdaş var və xüsusi diqqət tələb edən proses işi mətbuatla əlaqələrə nəzarət etmək olan şəxslərə tapşırılmır. Doğru olan da budu. Həssas məqamda protokolu yazarkən bütün tələblərə əməl etmək üçün əsəbləri daha sakit, futbolçuların təvvəllüdündən tutmuş heyətdəki statusuna qədər hər xırda detalı əzbər bilən birinə ehtiyac var. Bu əlavə “yük”lə mətbuat xidmətinin rəhbərini məşğul etmək düzgün davranış deyil. Necə ki həmin yanlış davranışın cəzasını “Zirə”nin bütün kollektivi çəkdi.
Amma təskinlik üçün də kiçik bir əsas var. Görünən odu ki, klub rəhbərliyi də, Samir Abasov da bu səhvi faciəyə çevirməyib, yaşananlardan dərs çıxarmağa üstünlük veriblər. Atalarımız əbəs yerə “başına gələn başmaqçı olar” deməyib. Bu hadisədən Abdullazadə də, Samir Abasov da, elə klubun rəhbər şəxsləri də müəyyən nəticələr çıxaracaq. Bizə qalan Elmara təsəlli vermək, Abasova və rəhbərliyə isə göstərdikləri anlayışa görə minnətdarlıq etməkdi. Xal silinəndən, texniki məğlubiyyət veriləndən sonra kimi və necə cəzalandırmağın heç bir mənası yoxdu. Önəmli olan səhvdən nəticə çıxarmaq və onu bir daha təkrarlamamaqdı. İndiki halda “Zirə”nin səlahiyyət sahibləri də məhz bu cür davrandılar. Ümid edək ki, qəsəbə təmsilçisinin “çıxacağı” elə bu 1 xal olacaq. Bundan sonra işlər qaydasında gedər və Samir Abasovun gəlişi ilə “Zirə”nin təkcə oyununda yox, elə qazandığı nəticələrdə də xeyli müsbət dəyişikliyin şahidi olarıq.
Girişdə qeyd etdiyim kimi, bu qanqaraldıcı olaya görə təkcə Elmar Abdullazadənin adına təəssüflənmədim. Həm də Samir Abasovun və meydanda 90 dəqiqə boyunca əziyyət çəkən futbolçuların zəhmətinə, axıtdıqları tərə heyfim gəldi. Təsəvvür etmək çətin deyil ki, Abasov ötən müddət ərzində “Səbail”lə oyuna necə ürəkdən hazırlaşıb. İlk imtahanı uğurla vermək, ən azı uduzmamaq yeni klubda işə başlayan hər bir məşqçi üçün önəmlidi. Bununla təkcə rəhbərliyin və futbolçuların sənə olan etimadı artmır, həm də özünə daha çox inanırsan, əziyyətinin boşa getməməsi sənə əlavə ruh yüksəkliyi verir. Heç şübhəsiz, futbolçular da Samir Abasovun rəhbərliyi altında çıxdıqları oyunda daha əzmkar olmağa, meydanda can qoymağa çalışırmışlar. Məlum məsələdi ki, belə həssas məqamlarda məşqçi əlinin altında olan “material”a tələbkar yanaşır, gələcəkdə kimləri yola salmağın vacibliyi haqda götür-qoy edir, komandasında “zəif bənd”i müəyyənləşdirir. Heç bir futbolçu istəməz ki, elə ilk oyundaca məşqçisinin iradına tuş gəlsin, növbəti qarşılaşmalarda əsas heyətdəki yerini itirsin. Axı bu prosesin sonu heyətdən göndərilməklə yekunlaşır.
Samir Abasov “Zirə”nin baş məşqçisi kimi keçirdiyi ilk brifinqdə futbolçularına ilk ismarıcını yollamışdı. Xüsusən də legionerlərin bu açıqlamadan götürəcəyi və nəticə çıxaracağı çox şey var idi. Sizin də yadınızda olar. Məşqçi açıq dillə heç bir futbolçunun nazı ilə oynamayacağını, özünü sübut edə bilməyən, komandaya fayda verməyənlərin “Zirə”dən uzaqlaşdırılacağını tam qətiyyəti ilə dilə gətirmişdi. Hamımız Samir bəyin xarakterinə bələdik. Bilirik ki, açıqsözlüdü, dediyini də edir. Tez-tez fikir dəyişməz, prinsiplərindən də əl çəkməz. Ona görə də Abasovun “Zirə”dəki perspektivinə də, futbolçulara münasibətdə sona qədər tələbkar davranacağına da inanmağa dəyər.
Amma bir şərtlə. Bəzən yersiz prinsipallıq, həddən artıq radikal və tələbkar olmaq, sonda deyiləsi sözü əvvəlcədən demək də zərərli ola bilər. Odu ki, Abasov bəzən belə məsələlərdə diqqətli olmalı, ehtiyatı əldən buraxmamalıdı. Futbolçular bəzən ərköyün, bəzən də dəymədüşər olurlar. Gərək onların da dilini tapasan, zərurət yarananda komandanın ümumi mənafeyi naminə futbolçuların da nazını çəkəsən. Belədə əlavə gərginlik yaranmaz, komandanın daxilində məşqçi və futbolçular izafi gərginlikdən əziyyət çəkməz. Bu Samir Abasovun özü üçün də vacibdi. Həddən çox gərgin olanda, beynini daim məşğul edəndə insan çox yüklənir. Bəlkə də Samir bəy “Səbail”lə oyun ərəfəsində hədsiz gərgin olmasaydı, protokola göz atar, orda nəyinsə qaydasında olmadığını görə bilərdi.
Keçənə güzəşt deyərlər. Protokoldakı nöqsan da, qazanılan bir xalın 0:3 hesablı texniki məğlubiyyətə çevrilməsi də artıq keçib. “Zirə” üçün yeni bir səhifə, yeni bir dönəm başlayır. Önəmli olan bundan sonra istər meydanda, istərsə də ordan kənarda oxşar səhvləri təkrarlamamaqdı. “Neftçi” ilə görüş bütün xoşagəlməz halları unutmağın, “qara zolaqdan çıxmağın” vacib olduğu qarşılaşmadı. Özü də Samir bəyin “Neftçi” ilə oyunlarla bağlı xeyli xoş xatirəsi qalıb. Kim bilir, bəlkə ilk qələbə elə bu turda olacaq?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar