18 sen 21:46Yazar

Dərdini söylə, dərman alaq, “Qəbələ”

Premyer-liqanın 4-cü turu “Qəbələ” üçün heç də yaxşı keçmədi. Ardıcıl iki il Avropa Liqasının qrup mərhələsində oynayan, çempionluq uğrunda yarışmasına adət etdiyimiz bölgə təmsilçisi elitanın debütantına uduzdu. Özü də “quru” hesabla. Mən hələ “Sabah”ın təxminən 20 dəqiqə azlıqda oynamasını bir kənara qoyuram. Düzdü, üstün görünən “Qəbələ” idi və “qırmızı-qaralar” daha çox qol vəziyyəti yaratdı. Amma bütün bunlar qələbə və ya xal qazanmaq üçün yetərli olmadı. Ardıcıl üç oyundu “Qəbələ” qələbəyə həsrət qalıb. Mövsümün əvvəlində kimə desəydin, inanmazdı, bu cür ssenarini “mümkünsüz” adlandırardı.
Məğlubiyyətə səbəb tapmaq mümkündü. Həmin səbəbləri incələmək, araşdırmaq da. Di gəl ki, “Qəbələ”nin “Sabah”a uduzmasını şərtləndirən bütün səbəblər bəhanədən başqa bir şey deyil. Mən Elşad Əhmədovun məşqçilik bacarığına zərrə qədər də olsun, kölgə salmaq istəmirəm. Əksinə, ötən il “Xəzər”lə tarix yazmağı bacaran çalışdırıcıya cari mövsümdəki işinə görə ürəkdən “əhsən” deyirəm. Səviyyəni ortaya qoymaq, bacarığını isbatlamaq buna deyilir. Diviziondakı uğura barmaqarası yanaşmaq, təsadüf və ya ordakı səviyyənin aşağı olmasını önə sürmək mümkündü. Elitadakı nəticələr, “Sabah”ın 9 xalla 3-cü pillədə qərarlaşması isə sırf məşqçi işinin göstəricisidi. Bundan sonra sükanı belə saxlamaq və belə davam etmək mümkün olsa, Elşad bəy hələ uzun müddət Azərbaycan futbolunda adından söz etdirəcək. Heç şübhəm yoxdu.
Bütün bunlar öz yerində. “Sabah” yaxşı heyət yığıb, Əhmədov da bu heyətlə bacarığını ortaya qoyub. Bəs “Qəbələ”də nə baş verir? Bölgə təmsilçisinin problemləri təkcə “Sabah”la qarşılaşmada qeydə alınan yenilgi ilə məhdudlaşmır axı. Doğma meydanda “Sumqayıt”dan 3 xal qazanmağa nə mane oldu? Özü də “Qəbələ” həmin görüşdə uzun müddət hesabda öndə idi və bu üstünlüyü son saniyələrə qədər qoruya bilmişdi. Özü də “Sumqayıt” da “Sabah” kimi “Qəbələ”yə qarşı azlıqda oynadı, Nicat Qurbanovu hakim meydandan 77-ci dəqiqədə qovmuşdu. Deməli, elə həmin görüşdə də “Qəbələ” son 15 dəqiqəni meydanda say üstünülüyü ilə keçirib, azlıqda qalan rəqibi öz qapısına doğru sıxmaq, onu ikinci dəfə məyus etmək şansına sahib olub. Amma bunu bacarmayıb.
Səbəbi hamıya çox maraqlıdı. Heç kim deyə bilməz ki, “Qəbələ” heyətinə görə “Sumqayıt”dan və ya “Sabah”dan zəifdi. Tez-tez “qırmızı-qaralar”ın büdcəsindəki azalmanı önə çəkir, əvvvəlki kimi böyük maliyyə imkanlarının, bahalı əcnəbilərin olmamasını qabardırıq. Bəli, bütün bunlar reallıqdı. Elə buna görə də “Qəbələ”ni əvvəlki kimi çempionluğa “2 nömrəli” namizəd qismində görmürük, “Qarabağ”ın əsas rəqibi kimi qiymətləndirmirik, bölgə təmsilçisinin “Neftçi”dən güclü olduğunu iddia etmirik. Çünki biz də reallığı görür və obyektiv qiymətimizi veririk. Heç kim Sənan Qurbanovdan “Qarabağ”la sona qədər yarışmağı, çempionluq mübarizəsində mayın ortalarına qədər olmağı, “Neftçi”ni Bakıda məğlub etməyi tələb etmir. Bilirik ki, onun əlinin altında bu tələblərə cavab verəcək heyət yoxdu, Dabo səviyyəsində qolçuya, Dodo qədər universal futbolçuya, Subotiç və ya Baranin kimi legionerə sahib deyil. Amma bütün bu şərtlər altında belə “Qəbələ” “Sumqayıt”dan və ya “Sabah”dan zəif olmamalı, onların qarşısında aciz görünməməlidi axı.
“Qəbələ”nin heyətinə göz ataq, Sənan bəyin sərəncamındakı ifaçıların adlarına diqqət yetirək. “Sabah”la oyunda “çərçivə”də yer alan Dmitri Bezotosnı Saşa Stamenkoviçdən zəifdi, ya Mehdi Cənnətovdan? Elə həmin qarşılaşma Bezotosnı üçün Azərbaycanda 100-cü idi. Kiçik rəqəm deyil. Bu 100 oyunun əksəriyyində Dima “Qəbələ”nin xal qazanmasında pay sahibi olub, “çərçivə”də keçilməz olub. Müdafiəçiləri və yarımmüdafiəçiləri də zəif adlandıra bilmərik. Ürfan Abbasovla Təmkin Xəlilzadə milli komandamızın üzvüdü. İlqar Qurbanov da yığmanın iyunda təşkil olunan toplanışına dəvət almışdı, uzun müddətdi Azərbaycanın üzdə olan futbolçularından sayılır. Bəhlul Mustafazadə son illərdə yetişən ən istedadlı gənclərimizdəndi. Stankoviçin də təcrübəsinə və səviyyəsinə bələdik. Fasilədən sonra meydana çıxan Cavid Hüseynov həm liderlik keyfiyyəti, həm də bacarıqlı futbolçu olmasıyla ad çıxarıb. Rauf Əliyev indi yaxşı günlərini yaşamasa da, onun da qol duyumu və fiziki göstəriciləri əladı, istənilən anda rəqib qapıçını məyus edə bilər.
Göründüyü kimi, yerlilərin hər biri adından söz etdirənlərdi. Onlarla çiyin-çiyinə də yaxşı legionerlər “Qəbələ”nin şərəfini qorumaq üçün qırmızı-qara formanı geyinib, meydana çıxırlar. Amma komandanın şərəfini heç də lazımi səviyyədə, onun ad-sanına uyğun şəkildə qoruya bilmirlər. “Qəbələ”nin son 3 oyunda qələbəyə həsrət qalması, 4 xalla 4-cü pillədən boylanması heç də təsadüf sayılmamalıdı. Son illərdə qazandığı uğurlarla, infrastrukturu və yetişdirdiyi istedadlarla hər kəsin alqışını qazanan, yetərincə imic formalaşdıran “Qəbələ”nin problemləri xeyli ciddidi. Bu problemləri çox qısa zamanda həll etmək qaçılmazdı. Fürsəti əldən buraxmayın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar