14 sen 22:27Yazar

Dədə Qorqudun davamçısı

1975-ci ildə çəkilən, rejissoru Tofiq Tağızadə olan “Dədə Qorqud” filmini, yəqin ki, çoxları izləyib. Kino səlnaməmizin ən yaxşı ekran əsərlərindən biri sayılan bu film istər milli-mənəvi, istərsə də tarixi dəyərlərin qorunması baxımından çox qiymətlidi. Filmin əsas qəhrəmanlarından biri, Oğuz elinin ağsaqqalı Dədə Qurqud filmboyu qızıldan qiymətli nəsihətlər verir, həm tayfa başçılarını, həm də əli silah tutan, döyüşlərdə ad çıxaran cavanları düz yola istiqamətləndirir. Filmin sonuna yaxın Dədə Qorqud üzünü Beyrəyin oğluna tutaraq təxminən bu fikirləri səsləndirir: “Oğuz elinin qədim adətinə görə, bir tonqal yandırmaq eli-obanı şənliyə, toya çağırmaq deməkdi. İki tonqal eli-obanı düşmənlə mübarizəyə səsləməkdi. Üç tonqal qalayanda isə bütün el-oba birliyə dəvət olunur”.
Beyrəyin oğlunun el ağsaqqalının nəsihətinə nə dərəcədə əməl edib-etmədiyini deyə bilmərəm. Çünki bu haqda nə film izləmişəm, nə də tarixi kitablarda hansısa qeydə rast gəlmişəm. Ancaq Azərbaycan müstəqillik qazanandan sonra AFFA rəhbərliyinin hər il iki tonqal yandırıb, dünyanın dörd bir yanından futbolçu “milliləşdirib” rəqiblərə qarşı mübarizə apardığı göz önündədi. Artıq 26 ildi ölkə futboluna rəhbərlik edən şəxslər milli pasportu dəmir qapı Dərbənddən tutmuş, Amazon sahillərində futbol oynamağı öyrənmiş yüzlərlə futbolçuya təqdim ediblər. Rəhmətlik Fuad Musayevin təməlini qoyduğu bu proses digər rəhmətlik Ramiz Mirzəyevin dönəmində davam edib və bu gün də buna şahidlik edirik. Hərdən adama elə gəlir ki, AFFA Şimali Qafqazdan olan futbolçuları “milliləşdirməklə” çar Rusiyası dövründə itirdiyimiz Dərbəndi geri qaytarmağı qarşısına məqsəd qoyub. Onu da bildirim ki, bu tendensiya tək futbolda yox, güləşdə, cüdoda, boksda, taekvondoda da yaşanır.
AFFA rəhbərliyinin böyük futbolda yürütdüyü siyasət, deyəsən, futzala da sirayət edib. Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, “Keşlə”nin Müşahidə Şurasının sədri (bizdə bir şəxsin bir neçə vəzifə tutması artıq dəb halını alıb) Zaur Axundov özündən böyüklərin “Dağıstan siyasəti”ndən ilhamlanaraq üzünü cənuba tutub. Zaur bəy də Şah İsmayıl Xətainin dönəmindəki Səfəvilər dövlətini yadına salaraq, deyəsən, Cənubi Azərbaycan torpaqlarını, Təbrizi, Ərdəbili geri qaytarmaq fikrinə düşüb. Məhz buna görə də “braziliyalaşdırmadan” əl çəkərək, yeni mövsümdən “iranlaşmaya” üstünlük verib. İnanmırsız? Onda əlahəzrət statistikaya nəzər yetirək. Deməli, bu həftə futzal üzrə ölkə çempionatının ilk turu keçirilib. Birinci turda baş tutan 3 qarşılaşmada komandalar protokola ümumilikdə 69 futzalçının adını yazıblar. Onlardan 38-i azərbaycanlı, 31-i isə İrandan gələnlərdi. Protokollarla tanış olanda bilmirsən Zaur Axundovun rəhbəri olduğu federasiya Azərbaycan çempionatı keçirir, yoxsa İran? Bəlkə də baş redaktorumuzun dediyi kimi, iki ölkənin federasiyaları arasında əldə olunan razılığa əsasən, müştərək çempionat təşkil olunub, sadəcə, bu haqda ictimaiyyətə məlumat verilmir. Sabah da milli səviyyəsində hansısa uğursuzluğa düçar olanda, Zaur bəy mikrofonlar qarşısına çıxaraq, yerli futzalçıların olmamasından dəm vurub, özünü təmizə çıxarmağa çalışacaq.
Deyəsən, böyük qardaşlarının yandırdıqları iki tonqalın alovları Axundovun rəhbərlik etdiyi federasiyaya da gəlib çatıb və bu üzdən bir qədər gec ayılan Zaur bəy bir güllə ilə iki dovşan vurmağa qərar verib. Federasiya prezidenti eyni zamanda müxtəlif yerlərdə iki və üç tonqal yandırmağa qərar verib. İki tonqal düşmənlə mübarizəyə səsləyirsə, üç tonqal Dədə Qorqudun təbirincə desək, elin-obanın birləşməsinə işarədi. Zaur bəy də həm düşmənlə mübarizəyə səsləyir, həm də Arazın o tayı ilə bu tayının birləşməsinə, daha böyük Azərbaycannın qurulmasına çalışır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar